“OBA” marketlər şəbəkəsi Mirzə Məmmədxan 74-də ağacların kəsilməsinə aydınlıq gətirdi – “…əlaqəmiz yoxdur, kamera görüntüləri mövcuddur”

img

“OBA” marketlər şəbəkəsi Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən “OBA” marketin qarşısında kəsilən ağaclarla bağlı rəsmi açıqlama yayıb.

Baki-xeber.com xəbər verir ki, “OBA” marketlər şəbəkəsi mediada yayılan bu xəbərə operativ şəkildə cavab verərək bildirib ki, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur.

Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, “OBA” marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə  kamera görüntüləri mövcuddur: “Bir neçə gün öncə marketimizdə çalışan əməkdaşlarımız Ekologiya Nazirliyinin nümayəndələri olduğunu bildirən şəxslərə rəsmi şəkildə müraciət etməli olduqlarını, bundan sonra görüntüləri verə biləcəklərini  bildiriblər. “OBA” Marketlər şəbəkəsinə rəsmi şəkildə müraciət olunmadığı üçün təhlükəsizlik qaydaları nəzərə alınaraq  görüntülər təqdim olunmayıb”.

Fəzilət Səmədova əlavə edib ki, “OBA” marketlər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır. 

Son xəbərlər