Sürücülük vəsiqəsi aldığı ortaya çıxan gözdən əlil şəxsin əlilliyi ləğv edildi

img

Bu il saxta əlillik alan 266 nəfərlə bağlı Baş prokurorluğa məlumat göndərilib. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

O bildirib ki, saxta əlilliyin müəyyən edilməsi üçün sənədlər Təhsil Nazirliyinin, Dövlət Yol Polisi, Səhiyyə Nazirliyi və digər qurumların sistemləri vasitəsilə yoxlanılır: "Məsələn, Forma-88-də gözdən əlilliyi olan şəxs araşdırılarkən məlum olub ki, iki ay əvvəl sürücülük vəsiqəsi alıb. Bu cür şəxslərin əlilliyi dayandırılır.

2006-cı ildə əlilliyi təsdiqlənən 193 min nəfərin 5 illik əlillik müddəti bitib. Bu vaxta qədər onlardan cəmi 30 faizi yenidən müraciət edib".

Son xəbərlər