Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Bu AMEA-da qalmaqalsız gün olmur - Elton Məmmədov işdən çıxarılması ilə barışmır...

Image


Son beş-altı ildir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi nəticələrlə, uğurlarla deyil, qalmaqallarla, məhkəmə davaları, pul yeyintiləri, maxinasiyalarla gündəmə gəlir. Kənardan baxanda belə təsəvvür yaranır ki, AMEA-da elmdən başqa hər şey var, bircə elm yoxdur.

Yeni yayılan məlumata görə, AMEA prezidenti Ramiz Mehdiyevlə qurumun İşlər idarəsinin müdiri Elton Məmmədov arasında qalmaqal davam edir. Aralarında torpaq davasından tutmuş vəzifə mübahisəsinə qədər davam edən gərginlik məhkəmə ilə nəticələnib.

KİV-in yazdığına görə, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin eks müdiri, Ziya Məmmədovun qardaşı Elton Məmmədov qurumu məhkəməyə verib. Səbəb kimi Ramiz Mehdiyevin işdən kənarlaşdırdığı Elton Məmmədovun yerinə kürəkəninin qardaşı Fikrət Əliyevi gətirməsi olub.

Bu barədə mətbuata danışan Elton Məmmədov AMEA-nı məhkəməyə verməsi məsələsini nə təsdiq, nə də təkzib edib: “O mənim hüququmdur. Məhkəməyə verərəm, ya vermərəm, sizə nə? Məlumat vermək istəmirəm. Məhkəmə prosesi gedəndə deyəcəm, zamanında deyiləndə eşidəcəksiniz”.

Mətbuatın yazdığına görə, Elton Məmmədovun AMEA-dakı vəzifəsinə Ramiz Mehdiyevin əmri ilə öz kürəkəni, keçmiş deputat İlham Əliyevin qardaşı Fikrət Əliyev təyin olunub. Ekspertlər deyir ki, son illər AMEA-da elmi hadisələr baş vermir, burada daha çox büdcə oğurluğu, mənimsəmə, büdcə dağıtma cinayətləri, hətta qurumun rəhbərini məhkəməyə vermək halları yaşanır. Bu qurumda nə baş verir? Bəlkə dogrudan da akademiya bir qurum kimi lazım deyil?

Ekspertlər deyir ki, bu qurumda torpaq qalmaqalı, maxinasiyalar və sair imkan vermir ki, akademiya ortaya elmi nəticə qoysun. AMEA-nın elmi imici rəhbərliyi maraqlandırmır?

  • “Demək, burada maraqların toqquşması var”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, AMEA-da 2013-cü ildən bəri baş verənlər təəssüf, təəccüb və ikrah doğurmaqdadır: “Akademiyanın nüfuzdan salınması, akademiyaya layiq olmayan adamların rəhbər vəzifəyə gətirilməsi təəssüfə səbəb olub. Akademiya kimi nüfuzlu bir qurum nəinki tələblərə cavab verə, dövlətin gözləntilərini doğrulda bilmir, bütövlükdə xoşagəlməz halların, korrupsiyanın, cürbəcür qalmaqalların baş verdiyi bir məkana çevirilib. Halbuki, Akademiya ölkənin ən şəffaf, ən təmiz, ən mötəbər qurumu idi və olmalı idi. Çox təəssüf edirəm ki, AMEA-dakı neqativ hallarla, çəkişmələrlə bağlı KİV-də xoşagəlməz məlumatlar oxuyuruq.

Elton Məmmədovun Ramiz Mehdiyevi məhkəməyə verməsi ilə bağlı məlumatı mən də eşitmişəm. Ümumiyyətlə, Akademiyanın 2013-cü ildən bəri prezident və vitse-prezidentlər, eyni zamanda işlər müdiri sarıdan bəxti gətirmədi. Akademiyanın işlər müdiri prezidentin müavini deməkdir. Yəni akademiya prezidentinin müavini olaraq AMEA-nın işlər müdiri vəzifəsi çox mühüm bir postdur. AMEA-da baş verən dələduzluqların, qeyd etdiyiniz kimi mənzil qalmaqallarının baş verməsində işlər müdirinin məsuliyyəti qaçılmazdı və danılmazdı. Burada baş verənlərin məsuliyyətinin digər bir tərəfdən də AMEA-nın Rəyasət Heyətinin üzərində olduğunu qeyd etmək istəyirəm. Çünki Akademiya kollegial bir qurumdu və Ramiz Mehdiyevin nə deməsindən asılı olmayaraq, qərarları Rəyasət Heyəti qəbul edir. Ramiz Mehdiyevin, ondan əvvəl Akif Əlizadənin bütün neqativ əməllərində Rəyasət Heyəti də məsuliyyəti bərabər olaraq paylaşır. AMEA-nın Rəyasət Heyətində respublikanın bir çox sanballı insanları təmsil olunur, onların arasında Ramiz Mehdiyevin, ondan əvvəl isə Akif Əlizadənin neqativ əməllərinə dəstək verən xeyli sayda insan var. Bu insanları da cəzalandırmaq lazımdı. Necə olub AMEA-nın Rəyasət Heyəti Ramiz Mehdiyevin və Akif Əlizadənin qanunsuz əməllərinə dəstək verib? Niyə onlar məsuliyyətdən kənar qalmalıdır? Onlar da məsuliyyətə cəlb olunmalıdırlar.

Elton Məmmədov qısa müddətdə Akademiyanın işlər müdiri oldu. Bu həmin müddət idi ki, artıq Ramiz Mehdiyevin ətrafında akademiya rəhbərinə yaraşmayan hadisələr baş verdi, toy qalmaqalı oldu. Biz akademiyanın əvvəlki prezidenti Akif Əlizadənin mənzilləri ələ keçirməsi, onun və onun dövründə AMEA-nın işlər müdiri olmuş Fətəli Abdullayevin qanunsuz əməlləri ilə bağlı məsələləri mətbuatda işıqlandırdıq. Ümid edirdim ki, Ramiz Mehdiyevin dövründə özündən əvvəl baş verən bütün neqativliklər araşdırılacaq, bu işləri törədənlər cəzalandırılacaq. Amma bir nəfər də olsun cəzalandırıldımı? Xeyr”.

İ.Orucov qeyd etdi ki, R.Mehdiyev AMEA prezidenti olmazdan əvvəl bu sistemi kurasiya edirdi və bu qurumda baş verənlərin hamısından xəbərdar idi: “Gerçəklik budur ki, Ramiz Mehdiyevlə Akif Əlizadə əlbir olub, bu adamlar birgə işləyiblər. Ramiz Mehdiyev elementar, lakin biabırçı olan mənzil qalmaqalı ilə bağlı araşdırma apardımı, o mənzilləri qanunsuz ələ keçirənlərdən geri alıb kasıb, imkansız, Akademiyanın yataqxanasında şəraitsiz bir otaqda yaşayanlara payladımı? Paylamadı. Niyə bunu  etmədi? Çünki Akif Əlizadənin arxasında Ramiz Mehdiyev durmuşdu. Doğru deyirsiz, AMEA elmdən başqa hər şeylə məşğuldu. Biz Akademiya rəhbərliyinin və onun ətrafının planlaşdırdığı çirkin işlərlə bağlı söhbətləri siyasi mənsubların dilindən eşidirik. Düşünürəm ki, dövlətin müvafiq qurumları bu məsələ ilə bağlı araşdırma aparmalıdırlar, əgər belə hallar varsa, bu insanlar ən ağır cəza ilə cəzalandırılmalıdır, dövlət öz gücünü göstərməlidir. Mən yeznəmin qardaşını gətirib AMEA-ya işlər müdiri qoyuram, bu nə deməkdi? İşlər müdiri AMEA-nın bütün maliyyə məsələlərinə eyni zamanda cavabdehdir. Demək, burada maraqların toqquşması var. Bütün müəssisələrdə maraqların toqquşması deyilən bir sənəd olur. Bu sənəd onu göstərir ki, çox yaxın qohumlarla bir yerdə işləyəndə burada neqativliklər baş verir. AMEA dövlətin ali idarəçilik qurumu deyil, elm siyasəti ilə məşğul olan bir qurumdu. Hansı marağa gətirib qohumunu orada yerləşdirmisən? Mən Elton Məmmədova haqq qazandırmıram, onu müdafiə etmirəm. Bəlkə də Elton Məmmədovun dediklərində həqiqət var, mən bilmirəm. Amma reallıq budur ki, adam öz yaxın qohumunu elə-belə gətirib rəhbərlik etdiyi bir qurumda maliyyə ilə bağlı məsələlərə cavabdeh qoymur. Düşünürəm ki, AMEA artıq bur formada fəaliyyət göstərə bilməz. Təklifim ondan ibarətdir ki, AMEA Təhsil Nazirliyi ilə birləşdirilməlidir. Biz Azərbaycanda elmin, alimin  nüfuzunu qaldırmaq, elmin cəmiyyətin, dövlətin inkişafında rolunu gücləndirmək istəyiriksə elmin idarəolunmasını şəffaflaşdırmalıyıq. Təcili olaraq ölkəmizdə elm, təhsil, innovasiyalar nazirliyi yaratmağı təklif edirəm. Bununla da elmin idarəedilməsində şəffaflığı təmin edərik…”

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ