Astara rayonunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi sayəsində BMT-nin Miqrasiya Agentliyi və Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində “KompAs” Tədris və Fərdi İnkişaf Mərkəzi istifadəyə verilib. Mərkəz rayonun Gənclər Evində yerləşir. Layihə çərçivəsində həm də Mərkəzə 6 kompüter dəsti, 6 kompüter masası, printer, projektor, noutbuk və elektron tablo verilib.
Mərkəzin açılışı ilə əlaqədar tədbir oldu. Tədbirdə çıxış edən “KompAs” Tədris və Fərdi İnkişaf Mərkəzinin direktoru X.İsayeva, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İ.Cəfərov, Astara Pedaqoji Kollecinin direktoru A.İbrahimov, Vətən müharibəsi veteranı A.İbrahimli və başqaları yeni Mərkəzin əməkdaşlarına uğurlar arzuladılar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü