Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı sayəsində yeni mədəniyyət layihəsi müasir həyata göz açıb. Rayon rəsmiləri, mədəniyyət işçiləri, media mənsubları, ziyalıların, yerli sakinlərin iştiraki ilə “Mədəniyyət kəndlərdə” adlanan bu yeni layihənin start günü Mahmudavar kəndində baş tutdu.
Tədbir İkinci Qarabağ müharibəsində Vətən, torpaq naminə canından keçən şəhidləri bir dəqiqəlik sükutla yad etməklə başlandı. Giriş sözündə Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının rejissoru Cəmalətddin Əliyev dedi: - Yeni layihənin ilk tədbirini rayonun Mahmudavar kəndində keçirməsi heç də təsadüfdən olmadı. Cənub bölgəsinin zəngin mədəni ənənələrini yaşadan “Halay” Xalq folklor ansamblı bu gözəl məkanda yaradılıbdır. İndi ansamblı öz uğurlu fəaliyyəti sayəsində dünyada belə tanınır. Eyni zamanda ansamblın Şuşa şəhərində keçirilmiş musiqi festivalında çıxışı yaddaşlara yazı8ldı.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbir iştirakçılarını salamlayaraq layihənin məqsəd və qarşıdakı vəzifələrini açıqladı. O, bildirdi ki, “Mədəniyyət kəndlərdə” layihəsini həyata keçirməkdə Azərbaycanın adət-ənənələrini əsas tutulmaqla kəndlərdə olan mədəniyyət müəssisələrin fəaliyyətində müsbət irəliləyişlərə nail olmaq, bununla yanaşı istedadlı gəncləri üzə çıxarılaraq onların yaradıcılıq imkanlarına dəstək verməkdən ibarətdir.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tədbirin təşkilində əməyi keçənlərə minnətdarlığını bildirdi və bu kimi layihələrin kəndlərdə mədəniyyətin inkişafına təkan verəcəyini böyük əminliklə söylədi. Mahmudavar kəndinin tarixi və arxeoloji abidələri, coğrafi mövqeyi, təsərrüfat həyatı, ziyalıları, mədəni mühiti, o cümlədən folklor irsi və ənənələri haqqında isə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva geniş məruzə ilə çıxış etdi. Onu söylədikləri tədbir iştirakçılarda böyük maraq doğurdu.
Çıxışlardan sonra tədbir bədii hissəsi başlandı. Əvvəlcə "Halay" Xalq folklor ansamblının ifasında vətən sevgisi və şəhidlik zirvəsini vəsf edən bayatılar qürurla dinlənildi. Tələbə və məktəblilərin vətənpərvərlik mövzusunda olan şerləri də yüksək ovqat səbəb oldu.
Bütün bunlarla bərabər, tədbirdə istedadlı gənclərin çəkdikləri rəsm əsərləri, eləcə də
layihədə iştirak edən mədəniyyət müəssisələrinin qədim əşyaları, müxtəlif xalq sənətkarlığı nümunələri və əl işlərdən ibarət sərgisi nümayış olundu .
Yekunda mədəniyyət tədbirlərində fəal iştirak edən bir qrup istedadlı tələbə və məktəblilərə Masallı Regional Mədəniyyət İdarəsinin Təşəkkürnaməsi verildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü