Bakıda tikinti şirkətlərindən biri vətəndaşın obyektini ondan xəbərsiz söküb. Hadisə Nəsimi rayonunda olub. Söhbət “Grand Plaza” adlı tikinti şirkətindən gedir. Nəticədə vətəndaşa ziyan dəyib. Vətəndaşın obyekti ondan xəbərsiz tikinti şirkəti tərəfindən sökülüb.
Hadisə paytaxt sakini Mərdan Yusifovun başına gəlib. O bildirir ki, ''Grand Plaza'' adlı şirkət Nəsimi rayonu, Süleyman Rüstəmov 59 ünvanında yerləşən 82 kv/m-lik təmirli obyektini söküb. Həmin şirkət ərazidə 4 ilə yaxındır ki, tikinti işləri aparır. Şirkətlə vətəndaşın razılaşması olmadığından obyekti sökülməyib. Buna baxmayaraq, şirkət obyekti hasara alaraq fəaliyyətini dayandırıb.
Zərərçəkmiş bildirir ki, şirkət tərəfindən indiyə qədər ona verilən sözlər tutulmayıb. Üstəlik, obyekt fəaliyyət göstərmədiyi üçün kompensasiya da ödənilməyib.
Araşdırma zamanı məlum olub ki, tikinti şirkəti tərəfindən tək M.Yusifov deyil, həmin əraziyə yaxın olan evlərə də ziyan dəyib.
“Söküntü aparılan zaman əraziyə müəyyən ziyan dəyib, biz həmin ərazinin təhlükəsizliyinə xüsusi diqqət etdik ki, heç bir problem olmasın”
Sakinlərin şikayəti ilə bağlı “Grand Plaza” şirkətinin nümayəndəsi Namiq Rzayev bildirdi ki, sözügedən ərazidə yerli icra hakimiyyətinin sərəncamı ilə tikinti işləri aparılır. 125 mənzil sahibinin 124-ü ilə razılığa gəlinib: “Söküntü aparılan zaman əraziyə müəyyən ziyan dəyib. Biz həmin ərazinin təhlükəsizliyinə xüsusi diqqət etdik ki, heç bir problem olmasın”.
Günel CƏLİLOVA