Goranboy rayonu Qızılhacılı qəsəbə sakiniyəm Eminov Neman Bayram oğlu redaksiyamıza müraciət edib.
N.Eminov yazır ki, 2021-ci ilin iyun ayında Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyə sədri xanım Səbinə Həsənovaya həyətyanı torpaq sahəsi, məhəllə yeri ilə əlaqədar ərizə ilə müraciət edib. Ancaq müraciəti təmin ediləyib. Neman Eminov bununla bağlı aidiyyatı qurumlara şikayət edib.
“Gəncə Regional Ədliyyə İdarəsindən mənə məktub göndərilib ki, 17.08.2021-ci il tarixində Qızılhacılı qəsəbə bələdiyyəsində iclas keçirilib, ərizə müzakirə edilib, torpaqdan imtina ərizəsi qərarı qəbul edilib” – Eminov yazır.
O, bildirir ki, o bələdiyyə sədrinə torpaqdan imtina ərizəsi yazmayıb və sözügedən iclasa da dəvət olunmayıb: “Mən, heç bir bələdiyyə üzvü 17.08.2021-ci il tarixində bələdiyyə sədrinin keçirdiyi iclasa dəvət olunmamışıq. Demək imzalar saxtalaşdırılıb, mənim, bələdiyyə üzvlərinin əvəzindən imzalar edilib, hətta yəqin edirəm ki, mənim adımdan imtina ərizəsi yazılıb. Bu qədər saxtakarlığa aidiyyatı qurumlar münasibət bildirərək, obyektiv araşdırma aparacaqlarmı, ədalətli qərar qəbul edəcəklərmi?”
Hazırladı: Namiq QULİYEV