Valideynlərdən COVID-19 pasportu tələb etmirik. Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, COVID-19 pasportu olmayan valideynin övladının məktəbə buraxılmayacağı haqqında məlumat doğru deyil: "Amma müəyyən yerlərə daxil olarkən vətəndaşlardan COVID-19 pasportu tələb olunur. Yaxşı olardı ki, məktəb binalarına daxil olan valideynlərin də koronavirus pasportu olsun".