Təhsil Nazirliyi orta məktəb şagirdlərinin valideynlərinə müraciət edib.
Trend-in məlumatına görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, tədris mərkəzində xüsusi nəzarət olsa da, məktəb qarşısında sıxlıq yaranır: “Valideynlərdən xahiş edirik ki, məktəblərin qarşısında sıxlıq yaratmasınlar, sosial məsafə saxlasınlar. Əgər ailə üzvlərində yoluxma varsa, uşağını məktəbə gətirməməlidir və bu barədə məktəb rəhbərliyinə məlumat verməlidirlər.
Ötən il belə bir hal olmuşdu, valideyn COVID-19-a yoluxan şagirdi məktəbə gətirmişdi. Bu cür hallara valideynlər yol verməsinlər”.