Hələ ki, təhsil müəssisələrində vahid formanın tətbiq edilməsi ilə bağlı qərar yoxdur. Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, məktəb formaları məktəb tərəfindən müəyyən edilir. Hələ ki, mövcud məktəbli formalarının istifadəsinə icazə verilir.