Cümə axşamı günü, 12 noyabr 2026
     

Rəşid Cavanşir – Cavanşirlər nəslinin fəxarət ünvanı...

Image


Azərbaycanın istənilən şəhərində, bölgəsində elə nəsillər, sülalələr var ki, onları çox vaxt mənsub olduqları soyadları ilə tanıyırlar. Məşhur “Cavanşir” soyadı da bu qəbildəndir.

Azərbaycana onlarla sərkərdə, şair, yazıçı, musiqışünas, o cümıədən Qarabağ xanlığının qurucusu Pənahəli xanı bəxş etmiş Cavanşirlər nəslinin numayəndələri tarixin müxtəlif dönəmlərində öz soy-köklərinin siyasi, milli-mənəvi, əxlaqi ənənələrinə sadiq  qalaraq xalqımızın tərəqqisi naminə bütün imkanları ilə səfərbər olublar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, “BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə ilk azərbaycanlı regional prezidenti olmuş Rəşid Cavanşir də bu nəslin parlaq nümayəndəsi olaraq, elm fədaisi kimi dünya şöhrəti qazanaraq bir sıra ilklərə imza atmaqla, nəinki Cavanşirlər nəslinin, bütovlükdə Azərbaycan xalqının fəxarət ünvanına çevrilib.

Professor Rəşid Cavanşirin 70 illik yubileyi ilə bağlı “Bakı-Xəbər” qəzetinə təqdim etdiyim bu yazıdan – bu fürsətdən istifadə edib  görkəmli alimimizin həyat yolunu içıqlandırmazdan öncə, onun  nəsil şəcərəsinə diqqət yetirirməklə  azad Qarabağımızda ruhu dolaşan böyük kişilərə ehtiramımı bildirmək istəyirəm.

Professor Rəşid Cavanşirin atası Cəmil Cavanşir Abbas bəyin oğlu olub. Abbas bəy isə Abbasqulu bəyin 5 övladından biri olan Nəsir bəyin oğlu idi. Abbasqulu bəyin də  atasının adı Nəsir bəy olub. O, Əlihümbət bəyin oğlu idi. Əliümbət bəyin atası isə Mehrəli xan, babası isə Pənahəli xan olub.

Uluları, valideynləri kimi bütün həyatı boyu Rəşid Cavanşir öz şəcərəsinə, soy-kökünə həssaslıqla, ehtiramla yanaşıb, övladları uzaq Avstraliyada, ABŞ-da yaşasalar da bu gün fəxrlə Cavanşir soyadını daşıyırlar.

Rəşid Cəmil oğlu Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub.  Bəy və xan nəsillərinə xor baxılan sovet rejimində Rəşid müəllim öz Cavanşir soyadını “ov”la, “yev”lə əvəzləməyib, ən mötəbər auditoriyalarda belə özünü Cavanşirlər nəslinin nümayəndəsi kimi qürurla təqdim edib.

Rəşid Cavanşir Bakı şəhərində 23 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Lenin təqaüdü ilə həmin institutn geoloji kəşfiyyat fakültəsini bitirib.  Təhsil illərində ali məktəbin ictimai həyatında da fəal iştirak edərək institutun həmkarlar komitəsinin sədri vəzifəsini tutub. Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Kremldə Azərbaycan tələbələrinin adından SSRİ rəhbərlərinin, o cümlədən, Sov.İKP MK-nın  Baş Katibi L.İ.Brejnevin qarşısında çıxış etmək də məhz ona həvalə olunub. Berlində keçirilən gənclər festivalında Rəşid Cavanşir Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb. Onun tələbə həyatı bu cür tədbirlərlə zəngin olub.

Valideynlərinin məsul dövlət qurumlarında rəhbər vəzifələrdə çalışdığı Rəşid Cavanşirin gənclik illərində komsomol və partiya orqanlarında işə keçmək dəbdə olsa da,  bu sahələrdə iş tapmağa şanslı olsa da, o, öz gələcək həyatını elmə bağlayıb. Moskvanın ciddi maneələrinə baxmayaraq “Anomal yüksək lay təzyiqlərinin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto­dikası və proqnozlaşdırılması (Cənubi Xəzər çökəkliyinin timsalında)” adlı dissertasiya mövzusunun təsdiq olunmasına nail olub, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib və  bununla da Rəşid Cavanşir gələcək həyatını elmi fəaliyyətə bağlayıb.

Rəşid müəllim ilk əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb, 1988-ci ildə “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy­yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda doktorluq işini müdafiə etdikdikdən sonra seçki yolu ilə həmin institutda  elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib.

2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən professor Rəşid Cavanşirin elmi fəaliyyəti nəticəsində sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılıb. 

Professor Rəşid Cavanşirin elmi axtarışları ilə elektron mikroskopiya əsasında tam sıxılmaya uğramamış gillərin məsamə fəzası strukturu və mineroloji xüsusiyyətləri öyrənilib, ilk dəfə allotigen mineral yaranmaların geokimyəvi və termodinamik şəraitli kompüter modelləşdirilməsi həyata keçirilib. 

Professor Rəşid Cavanşir beynəlxalq səviyyədə biznes rəhbərliyi və idarəçiliyi üzrə də ixtisaslaşıb - ABŞ-ın tanınmış Dyuk və Rays Universitetlərinin və Harvard Biznes Məktəbinin biznesə icraçı rəhbərlik üçün nəzərdə tutulmuş proqramlarını bitirib.

Elmi nailiyyətləri ilə diqqət mərkəzində olan Rəşid Cavanşir 1995-ci ildə “Amoko” şirkətindən iş təklifi alıb. O, şirkətin Xəzər üzrə geoloji kəşfiyyat koordinatoru vəzifəsinə təyin olunub və bu vəzifəni Bakıda icra edib.

Rəşid müəllim nüfuzlu bir institutun elmi işlər üzrə direktor müavini vəzifəsindən xarici şirkətə işə keçməkdə məqsədi xarici şirşətlərdə azərbaycanlıların əsasən mühafizəçi, sürücü, katibə kimi fəaliyyət göstərirdi bir vaxtda Azərbaycan aliminin elmi potensialını xarici mütəxəssislərə təqdim etmək olub. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanması ərəfəsində professor Rəşid Cavanşir bu xoş niyyətinə müvəffəqiyyətlə imza atıb. O, ümummilli lideriiz Heydər Əliyevin neft strategiyasından səmərəli şəkildə bəhrələnərək bir azərbaycanlı kimi dünya iqtisadiyyatında ən mühüm yerlərdən birini tutan neft sənayesi sahəsində bir çox ilklərə imza atıb.

1997-ci ildə “Amoko” şirkəti  Rəşid Cavanşiri yüksək iş məhsuldarlığı və dərin bilgilərə malik olan azərbaycanlı alimin təcrübəsini artırmaq məqsəd ilə Amerika Birləşmiş Ştatlarına, Hyustona Ümumdünya kəşfiyyat və planlaşdırma şöbəsinə göndərib. 

1998-ci ildə şirkət Rəşid Cavanşiri yenidən Bakıya qaytarıb, o, Xəzər üzrə kəşfiyyat sahəsinə direktor vəzifəsinə təyin olunub. Həmin ərəfədə pay bölgüsü kontraktları zamanı “Amoko”nun operatoru olduğu “İnam” Əməliyyat Şirkəti yaradılanda şirkətə prezident seçkiləri zamanı “Amoko” rəhbərliyi Rəşid Cavanşirə də namizədliyini irəli sürməyi təklif edib. Rəşid müəllim bu məsul vəzifəni icra edə biləcəyinə şübhə etməyib, amma bu şirkətə bir azərbaycanlı olaraq prezident təyin olmasını real saymayıb. Amma o, bu fikirlərində yanılıb. Bir həftədən sonra namizədlərin müzakirəsi başa çatdıqda Rəşid Cavanşirə yüksək etimad göstərilərək “İnam” Əməliyyat Şirkətinə prezident təyin olunduğu bildirilib. Professor Rəşid Cavanşir ilk azərbaycanlı alim və mütəxəssis olaraq belə bir şirkətin prezidenti vəzifəsinə təyinat alıb. Bu Azərbaycan elminin böyük nailiyyəti idi.

Bu təyinatdan bir ay sonra “BP” və “Amoko” şirkətlərinin birləşməsi nəticəsində kadr dəyişiklikləri başlananda bir sıra xarici neft şirkətlərinin, o cümlədən “BP”-nin və “Amoko”nun Azərbaycandakı rəhbərləri də dəyişdirilib. Azərbaycanda yeni yaradılmış “BP-Amoko” şirkətinə isə Londondan yeni prezident təyin olunub. 1999-ci ilin yanvarında vəzifəsinin icrasına başlayan yeni prezident Rəşid Cavanşirlə görüşəndə ona “Amoko-İnam”, “BP-Şahdəniz, “BP-Araz-Alov-Şərq” Əməliyyat şirkətlərinə rəhbərlik etmək təklifini verib. Belə bir təyinat xarici mütəxəssisləri də təəccübləndirib. Məhz bu təyinatla Rəşid Cavanşir hansı gücə, elmi potensiala malik olduğunu növbəti dəfə sübut edib.

1999-cu ildə Rəsid Cavansirin rəhbərliyi altinda nəhəng Sahdəniz gaz yatagi askar olunub. Sonraki illərdə professor Rəsid Cavansir ilk tarixi Turkiyə Azərbaycan Dövlət Neft Sirkətinin rəhbərlərindən olmus Valeh Ələsgərovun gaz satis müqaviləsi ilə bağlı danisiqlarda bilavasitə istirak edib. 

2002-ci ildə Rəşid Cavanşir Londonda “BP” şirkətinin mərkəzi ofisində strategiya şöbəsinə menecer vəzifəsinə göndərilib. Fəaliyyət coğrafiyası daha geniş olan bu şöbədə işləməklə və işgüzarlıq nümayiş etdirməklə azərbaycanlı alimin “BP” ailəsində nüfuzu daha da artıb.

2003-cü ildə şirkət rəhbərliyi Rəşid müəllimi ən ağır sahəyə - Şotlandiyaya ezam edib. O, “BP”-nin Şimal dənizinin cənub hissəsinə rəhbərlik edib. Rəşid müəllim üçün bu dövr sınaq dövrü sayılıb. Belə ki, bu vəzifə kabinetdən daha çox, dənizdə, platformalarda olmağı tələb edib. Şotlandiyadakı üç illik fəaliyyətindən sonra “BP” rəhbərliyi Cavanşirlər nəslinini nümayəndəsini – Azərbaycanın adına daim baş ucalığı gətirən Rəşid müəllimi “hər yerdə işləməyi bacaran mütəxəssis” kimi xarakterizə edib.

Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası başa çatdıqdan sonra Rəşid Cavanşir “BP” rəhbərliyi tərəfindən bu şirkətin ilk baş icraçı direktoru təyin edilib. Eyni zamanda o, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin baş meneceri olub. 

2009-cu ildə Rəşid Cavanşir ilk azərbaycanlı olaraq “BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezident təyin olunub. O, bu vəzifədə “BP” transmilli şirkətinin baş əməliyyat direktoru vəzifəsinə irəli çəkilmiş Bill Şreyderi əvəz edib.  “BP”-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icracı direktoru Endi İnqlis Bakıda təqdimat mərasimində bildirib ki, “Rəşid bu vəzifəyə Xəzərlə bağlı dərin geoloji və texniki biliklərini və ötən 14 iI ərzində “BP”-dəki təcrübəsindən əldə etdiyi geniş biznes perspektivini gətirir”.

Professor Rəşid Cavanşir  2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə birgə Ankarada imzalanmış Anlaşma Memarandumunun danışıqlarında iştirak edib. 2011-ci ilin İzmir anlaşmalarında Rəşid müəllim tranzit muqaviləsinə imza atıb.  

 2010-cu ilində BP ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü ilə bağlı saziş imzalanıb. Sazişi “BP” sirkəti tərəfindən Rəsid Cavansir, respublikamız tərəfindən isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  prezidenti   Rovnəg Abdullayev imzalayıb. Beləliklə, tarixdə ilk dəfə möhtəşəm bir sənədi hər iki tərəfdən azarbaycanlilar imzalayıb.

Rəşid Cavanşir 2012-ci ilə qədər BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti vəzifəsini daşıyıb. O,  2012-ci ildə “BP”-də daha yüksək vəzifəyə irəli çəkilərək Böyük Britaniyanın “BP” neft şirkətinin Strategiya və inteqrasiya üzrə baş vitse-prezidenti təyin edilib. Bununla əlaqədar “BP”-nin hasilat üzrə icraçı vitse- prezidenti Bob Frayar yazırdı: “Biz Rəşidi Londona elə bir vəzifəyə aparırıq ki, onun böyük təcrübəsindən bu regiondan da geniş miqyasda və “BP”-nin ümumi biznesi xeyrinə istifadə edə bilək. Biz Rəşidə “BP”-nin Azərbaycandakı biznesinə rəhbərliyi və Azərbaycandakı, həmçinin regiondakı uğurlarımıza doğru müstəsna qətiyyətinə görə təşəkkür etmək istərdik.”

Rəşid Cavanşir “BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti vəzifəsində olduğu kimi, Amoko Kaspian Si şirkətinin axtarış-kəşfiyyat işləri üzrə direktoru, Amoko İnam Əməliyyat Şirkətinin prezidenti, “BP”-nin əməliyyatçısı olduğu üç müqavilənin - Şahdəniz, İnam və Araz-Alov-Şərq üzrə Hasilatın Pay Bölgüsü Sazişlərinin prezidenti, Londondakı Qlobal Biznes Mərkəzində “BP” Qrupu Strategiyasının İşlənməsi üzrə rəhbər, Aberdində (Şotlandiya) “BP”-nin Şimal dənizinin cənub hissəsindəki əməliyyatları üzrə vitse-prezidenti, BTC Ko şirkətinin prezidenti, “BP Azerbaijan” şirkətinin qurudakı əməliyyatları üzrə vitse-prezidenti kimi vəzifələrdə çalışdığı illərdə də qəlbi daim Azərbaycanla döyünüb, Azərbaycan üçün sərfəli olacaq müqavilələrin imzalanmasına bütün varlığı ilə çalışıb.

Bu gün Rəşid müəllim bir çox elmi şuraların, cəmiyyətlərin, dünyada tanınımış elmi redaksiyaların üzvüdür. Diqqət çəkən faktdır ki, Rəşid Cavanşir 1989-cu ildə ABS-da, Hollandiyada nəşr olunan iki beynalxalq jurnalin redaksiya heyətinə dəvət olunub və tarixdə ilk dəfə Azarbaycan elmini orada təmsil edib. 230 elmi əsərin, 8 monoqrafiyanın, 12 müəlliflik şəhadətnaməsi və patentin müəllifi, AMEA-nın müxbir üzvü olan Rəşid Cavanşir, həm də 1993-cü ildən başlayaraq bir müddət Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Yer haqqında elmlər üzrə ilk ekspert Şurasında təmsil olunub. Milli kadrların hazırlanması işində gərgin əmək sərf edib.

Elmi yaradıcılığı, xidməti vəzifəsi ilə yanaşı Rəşid müəllim dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında mühazirələr söyləyib, neft hasilatı sahəsindəki təcrübəsini gənc mütəxəssislərlə bölüşüb.

Şərəfli ömür sürmüş və böyük əmək yolu keçmiş Rəşid Cavanşirin xidmətləri zaman-zaman yüksək mükafatlara layiq görülüb. Bu mükafatların arasında isə 14 iyul 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən ona təqdim etdiyi “Şöhrət” ordeninin xüsusi yeri var.

Qeyd olunduğu kimi professor Rəşid Cavanşir tək Azərbaycanda deyil, xaricdə də neft sahəsinin səriştəli mütəxəssisi kimi tanınan, elmi yaradıcılığında, tutduğu vəzifələrdə bir sıra uğurlar qazanıb. Bu uğurlar ona sevincli günlər bəxş edib. Ən sevincli anlarını isə Rəşıd Cavanşir Qarabağın işğaldan azad olduğu günlərdə yaşayıb. Bəli, minlərlə, on minlərlə soydaşımız kimi, ömrünün 70-ci  illik zirvəsində dayanan professor Rəşid Cavanşirin də vətən nisgilli günləri arxada qalıb. 1992-ci il mayın 8-də xəstəxanada müalicə olunarkən Şuşanın işğal olunması xəbərini eşidərək səhhətində ciddi problemlər əmələ gələn və  çox keçməmiş Şuşa nisgili ilə dünyasını dəyişən anası Məlahət Əliyevanın vətən həsrəti bir övlad kimi  Rəşid Cavanşirin qəlbini daim sarsıdırdı. Qarabağın düşmən tapdağında olduğu illərdə hər dəfə Azərbaycana gələndə  Ağdamda böyük bir nəslin nümayəndəsi olan, bütün mənalı ömrünü vətən övladlarının təhsil almasına sərf edərək müdrik ağsaqqallığı ilə külli-Qarabağda böyük hörmət sahibi olan Zülfuqar Səfərəliyevin halal ocağında  keçən unudulmaz anları  ürək ağrısı ilə xatırlayırdı. Bəhruz Səfərəliyev başda olmaqla bu ocağın övladları ilə keçən xoş günlərini kövrək hisslər və vətən nisgili ilə yada salırdı. Bu gün isə Rəşid Cavanşirin qəlbi vətən sevgili duyğularla rahatdır. Hər bir azərbaycanlı kimi Qarabağın işğaldan azad olunacağına professor Rəşid Cavanşir də əmin olub. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun yazdığı qələbə soraqlı şanlı tarixlər, o cümlədən babalarının əmanəti olan Şuşanın işğaldan azad olunması onun da qəlbini sonsuz fərəh hissi ilə döyündürür.

Bu gün Rəşid Cavanşirin azad Qarabağ sevgisindən fərəhlə döyünən qəlbi böyük Cavanşirlər nəslinə - Pənahəli xana, İbrahim xana, Xurşidbanu Natəvana ruhunuz şad olsun deyir, bu möhtəşəm sevinc Mir Möhsün Nəvvabı, Cabbar Qaryağdıoğlunu, Üzeyir bəyi, Bülbülü,  Ağaoğluları, Bədəlbəyliləri, Şuşinskiləri salamlayır...

Bu gün Rəşid Cavanşirin Qarabağ səadəti ata-anasına  “Cıdır düzü, qırx pilləkən, Daşaltı çayı, Xan qızı bulağı, Qala divarları, “Ərim gəldi” qayası azaddır”, - deyərək onlara gözaydınlığı verir və doğmalarına “ rahat uyuyun” deyir...

Hikmət XUDİYEV
əməkdar jurnalist,
tarix üzrə fəlsəfə doktoru,
istefada olan polkovnik



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ