Cümə axşamı günü, 12 noyabr 2026
     

Vətən savaşında iki dəfə həlak olan məğrurumuz...

Image


...Bu iki müharibə – Birinci Qarabağ savaşı və İkinci Vətən müharibəsi Azərbaycan xalqı üçün çox amansız oldu. Müharibələr necə oğulları apardı - əvəzsiz və təkrarolunmaz... Anaları, ataları, bacı-qardaşları, nişanlı qızları, başlarından ağ duvaqlarını yenicə atmış, təzəcə ana olmuş gəlinləri və kimləri həsrətdə, gözü yolda qoydular... Bir nənənin iki nəvəsi, bir ananın həm oğlu, həm də nəvəsi, bir ananın iki oğlunun şəhid olduğunu, lakin ruhlarının sındırılmadığını, başlarını dik tutduğunu da gördük... Hətta o anaları da gördük ki, səhərə kimi müharibədə həlak olmuş oğullarının məzarlarını qucaqlayıb, onlara layla çalıb, mahnı oxuyub... Çünki o oğullar Ana Vətən üçün vuruşdu, elə Vətənin də qoynuna getdilər... cəsarətlə, vicdanla, qeyrətlə, namusla, qəhrəmanlıqla...

Vətən yolunda, el üçün canını fəda edən bu oğullar bir daha erməniyə öz murdar siyasətləri ilə torpaqlarımızı qəsb etməyə imkan verməyəcəklərinə and içmişdilər. Onlar həm də erməni münaqişəsi başlayandan şəhidlərin intiqamını alacaqlarına and vermişdilər, kişi kimi də əməl etdilər...

Bu kişi qeyrətli oğullar arasında elə qəhrəmanlarımız, cəsurlarımız da var ki, onlar hətta döyüşlərdə iştirak edən zaman dünyaya gələn övladlarının belə üzlünü görməyib, torpaqlarımızı erməni vandallarından təmizləyərkən şəhid olub əbədiyyətə qovuşublar...

...Uzun müddət Azərbaycan Silahlı Qüvvələrində MAXE kimi qulluq etmiş baş çavuş, Zaqatala rayonunun Qımır kəndindən olan şəhidlərimizdən biri də İsrafilov Abdurəhman İsrafil oğludur... Müharibəni Zəfər qələbəsi ilə başa çatdırmaq və tezliklə ata olmaq niyyəti... ümidi ilə yaşayırdı bizim fədakarımız Abdurəhman...

Döyüşçü yoldaşları həmişə Abdurəhmana deyərdilər ki, “Təki bu amansız müharibə itkisiz qələbəmizlə qurtarsın, sağlıq-salamatlıq olsun, gedərik o gözəl, Vətənin dilbər güşəsi olan Zaqatala övladının gözaydınlığına toplaşarıq...” Düzdür, onun sağ qalan hərbçi yoldaşları bu diyara gəldilər, ancaq şəhid qəbrini ziyarət etməyə, Abdurəhmansız, onun ölümündən 10 gün sonra dünyaya gələn qız körpəsini görməyə...

Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, Zaqatala rayonunun Qımır və eyni nümayəndəlikdə olan Bazar kəndi hərbçilər kəndi adlandırılır. İsrafilovlar ailəsində də 3 oğulun hər 3-ü hərbçi olub... Milli Ordumuzun fəxri olan hərbçilər...

...Etiraf edim ki, mən bu şəhidin dünyaya gəldiyi, böyüyüb boya-başa çatdığı həyətdə olarkən gərgin anlar yaşadım... Bu da səbəbsiz deyildi, bu barədə bir az sonra... İkinci Vətən müharibəsi İsrafilovlar ailəsinə iki dəfə sarsıdıcı zərbə vurub. Ailə başçıları İsrafil kişi, Şəfiqə xanım, böyük oğlu Elşən, şəhid Abdurəhmanın əkiz qardaşı Abdulla, şəhidin gənc həyat yoldaşı Jalə xanım aldıqları zərbələrdən, həmin stresli anlardan hələ də özlərinə gələ bilmirlər, hələ də şokdadırlar... Təsəvvür edin ki, həyatda elə hadisələr baş verir, onları yaddan çıxara bilmirsən, çox ağrılı-acılı olsa da... Haqqında söhbət açdığım Azərbaycan Silahlı Qüvvələrinin əlaçı hərbi (MAXE) qulluqçusu İsrafilov Abdurahman İsrafil oğlu bu savaşda iki dəfə “həlak” olub.

Xatırlama: 27 sentyabr 2020-ci il. Çörəyimizi yeyib suyumuzu içən harınlamış, mənfur ermənilərin həmin gün Azərbaycana qarşı ardıcıl keçirdikləri təxribatlar nəticəsində Azərbaycan Ermənistanla qanlı müharibəyə başladı... Torpaqlarımızın vicdanlı, qeyrətli oğulları düşmənə qarşı ölüm-dirim mübarizəsinə başladılar... Abdurahman da, Elşən də elə ilk gündən düşmənə qarşı mübarizəyə qalxdılar...

27 sentyabr 2020-ci ilin ilk günündən döyüşə qatıldılar Müharibənin ilk günü düşmənin qəfil, xaincəsinə hücumu nəticəsində xeyli sayda şəhid və yaralılarımız oldu... Həmin gün axşam saatlarında Zaqatala rayonuna xəbər yayıldı ki, rayona bir neçə şəhid tabutu gətirilib... Bir tərəfdən müharibənin başlanması, digər tərəfdən ölüm xəbərləri vətəndaşlar arasında çaxnaşma yaratdı...

“...28 sentyabr 2020-ci il tarixində isə ailəmizə xəbər verdilər ki, oğlum Aburəhman Vətən müharibəsinin ilk günündə qəhrəmanlıqla həlak olub və günorta saatrında dəfn mərasimi keçiriləcək... Əvvəlcə rayonumuzun Yeni Suvagil kəndində İkinci Qarabağ müharibəsinin ilk şəhidinin (Zaqatala rayonundan olan, döyüş əməliyyatları zamanı düşmənin atdığı mərmi qəlpəsindən həlak olan Elvin Azər oğlu Qədirov nəzərdə tutulur. E.M.) dəfn mərasimi keçirildikdən sonra kəndimizə gəlib oğlumuzu son mənzilə yola salacaqlar... – deyə astaca, udquna-udquna, kədərli-kədərli həmin vaxtlar başına gələn bəlaları nəql etməyə başlayır şəhid atası. Bu məqamları danışmaq həqiqətən də çox dəhşətli idi... İsrafil kişi faciəli hekayəni davam etdirir:

“Qımır kəndinin icra nümayəndəsi, bələdiyyə sədri, RİH-in bir neçə əməkdaşı həyətimizə gələrək, mənə toxtaqlıq verib dedilər ki, artıq oğlunun nəşi olan üçrəngli bayrağa bükülmüş tabutu gətiriblər... 28 sentyabr 2020-ci il saat 13-14 radələri olardı... Dilim qurumuşdu, söz tutmurdu, yerimdən tərpənə bilmirdim. Necə yəni, oğlum Abdurahman doğrudanmı ölüb?!... İnana bilmirdim ki, düşmən onu hədəfə alar. Həyat yoldaşım xəbəri eşidən andan bayılmışdı, oğlanlarım elə bil dəli olmuşdular. Artıq qəbiristanlıqda qəbir də qazılmışdı. Hiss edirdim ki, həyətimiz, küçələr adamla dolub... Artıq son dini mərasimi keçirilib, şəhid balamız torpağa tapşırılmalıydı... Heç kim dinmirdi, bayrağa bükülmüş tabut da ortaya qoyulmuşdu... Nəhayət, oğlum Abdulla mənə yaxınlaşıb astaca dedi: “Ata, səbrli ol, oğlun sağdır. Abdurahman kənddəki dostuna zəng edib, sağlıq-salamatlıqdır....!” – deyib”. Bəs, bu tabutdakı nəş kimə məxsusdur?... Ax, ax... deyərək, köks ötürdüm... Birinci kədərli anın xronikası İsrafilovlar ailəsinə beləcə çətin, mürəkkəb anlar yaşadıb...

...Sonradan məlum olub ki, müharibənin ilk günü həlak olan, əynində Abdurəhmanın hərbi kiteli olan şəxs respublikanın başqa bölgəsindən olan tabor komandiri imiş. Ey fani dünya, gör nələr baş verirmiş, Ax, müharibə, müharibə...!

...Bu nakam taleli şəhid baş çavuş (MAXE) Abdurəhman İsrafil oğlu İsrafilov 1991-ci il iyunun 11-də Zaqatalanın Qımır kəndində dünyaya göz açıb. Uşaqlıq və məktəb yaşını qanlı-qadalı illərdə keçirib. Azərbaycan və Ermənistan arasında gedən qızğın müharibə dönəmində, ölkəmizin ən ağır vaxtlarında...

...Hərbçilər kəndi Qımırda olan zaman bu şəhid ailəsinə baş çəkdim. Əvvəlcə Abdurəhmanın valideynləri, əzizləri ilə görüşdüm. Kənddə şəhidin yaşadığı evdə daima Azərbaycanımızın üçrəngli bayraqları dalğalanır... Yenə də sadə, qüssəli, oğullarının yolunu gözləyən İsrafil kişi, danışdığı ilk kədərli anlardan sonra psixoloji sarsıntı keçirmiş, stresdən kar və lal olmuş Şəfiqə ana... şəhid anası... şəhidin əkiz qardaşı Abdulla... Çox çətinliklə onlarla söhbət edirəm. Abdulla deyir ki: “...Biz 3 qardaş olmuşuq... Düzdür, bizdən əvvəl dünyaya gələn 2 qardaş və 2 bacımız vaxtsız dünyasını dəyişib. Ailəmizin böyük övladı olan 1979-cu il təvəllüdlü Elşən birinci olaraq hərb yolunu seçib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib. Əsgərliyi başa vurandan sonra isə müddətli hərbi xidmət üçün müqavilə bağlayaraq (MAXE) hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətini davam etdirir. 3 övlad atası olan Elşən hazırda baş gizirdir. O da İkinci Vətən müharibəsində iştirak edib, düşmən üzərində qələbə qazanılmasında böyük rolu olub. Biz də böyük qardaşımız kimi hərbçi olduq. Amma valideynlərimiz biz bu yolu seçəndə tərəddüd etmişdilər. Həmin vaxt atamız belə demişdi: “Ay balalar, qardaşınız hərbçidir də, qanlı-qadalı vaxtlardır, müharibə səngiməyib... Siz başqa sahə seçə bilərsiz... Biz inadımızdan dönmədik...”

Şəhid qardaşının söylədiyinə görə, özü cəbhə bölgəsi Füzuli rayonunda həqiqi hərbi xidməti başa vurduqdan sonra müqavilə əsasında MAXE kimi Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində 2 il hərbi qulluğunu çəkib. Abdulla İsrafilov qeyd etdi ki, xəstəliyi ilə əlaqədar hərbi qulluğunu yarımçıq qoyub... İki övlad atası olan şəhid Abdurəhmanın qardaşı Abdulla.

Altı illik məhəbbətin qəmli sonluğu...

...Haqqında söhbət açdığım Vətən müharibəsinin qəribə taleli şəhidi Abdurəhman İsrafilovun həlak olması da həyatı kimi ziddiyyətlərlə dolu olub. Belə ki, müharibənin başlandığı gün şəhid olması barədə xəbər yayılan, hətta “tabutu” yaşadığı evin həyətinə gətirilən və o anda dostuna zəngindən sonra sağ olması xəbəri çıxan, bundan 24 gün sonra həqiqətən də döyüş əməliyyatlarının birində ölümü gerçəkləşən hərbi qulluqçu...

...Abdurəhman İsrafil oğlu İsrafilov uşaqlıqdan cəld, diribaş və əməksevər olub. Ailə üzvlərindən öyrəndik ki, Abdurəhman şəhid İsgəndər Məmmədov adına Qımır kənd orta məktəbində oxuyandan böyük qardaşı kimi hərbçi olmaq arzusu ilə yaşayıb. Qardaşı Abdulla deyir ki, əkiz qardaşı məktəbdə hərbi hazırlıqdan, fiziki bədən tərbiyəsindən, tarix və coğrafiya fənlərindən həmişə yaxşı qiymətlər alardı... Məktəbi müvəffəqiyyətlə bitirməsinə baxmayaraq, Abdurahman təkidlə hərb yolunu seçdi. O, 2009-cu ildə kənd tam orta məktəbini bitirdikdən sonra bir müddət təsərrüfat işlərində valideynlərinə yaxından köməklik edib, 2009-cu ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb və həvəslə, vətənpərvərlik hissləri ilə əsgərliyə gedib... Abdurəhman İsrafilov hərbi xidmətini cəbhə bölgəsi olan Füzuli rayonunda döyüş mövqelərində keçirərək daha da mətinləşib, hərbi təcrübəsini artırıb, qorxmaz, cəsarətli olub, hərbi silahlarının da sirlərini dərindən öyrənib və hərbi xidməti dövründə nümunəvi əsgər kimi seçilib, xidmətini uğurla başa vurub...

“...Mənlə tanış olanda Abdurəhman artıq müqavilə əsasında (MAXE) hərbi qulluqçu kimi xidmət edirdi. Böyük qardaşı Elşənin yolunu seçmişdi, hərbidə böyük həvəslə, ürəkdən, vicdanla xidmət edirdi... Abdurəhman çox həssas, diqqətcil, uzaqgörən, hərbçiyə xas müsbət xüsusiyyətləri daha çox olan insan idi...

“...ikimiz də əvvəlcədən düşünülmüş addım atmağı qərara almışdıq. Çünki mən də orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinə qəbul olunmuşdum...

Beləcə, bizim məhəbbət, sevgi dastanımız 6 il davam etdi, enişli-yoxuşlu, daşlı-kəsəkli eşq yolu... Daima cəbhə bölgələrində hərbi qulluqçu kimi xidmət etmiş Abdurahman tələbəlik illərində də mənə qarşı çox diqqətcil, həssas və qayğıkeş olub. Həmişə mənimlə əlaqə saxlayıb, vəziyyətimlə maraqlanıb. Unutmayaq ki, onun xidmət etdiyi zaman da döyüş bölgələrində vəziyyət çox gərgin idi. Ancaq buna baxmayaraq, Abdurahman məni yaddan çıxartmırdı...” Bu, həmsöhbətim, el-xalq yolunda cavan canını, gənc ailəsini qurban vermiş şəhidin həyat yoldaşı Jalə xanımın dedikləri idi... O indi 8 aylıq, şəhid atasının üzünü görməmiş qız balası Nilayla atasının və anasının yanında yaşayır (şəhidin həyat yoldaşının körpə balası ilə atası evində yaşamasının incə, dərin, mürəkkəb, sirli, bir az da təsirli səbəbləri var. Hələlik açıqlanması mümkün olmayan - E. M.)...

Ax, müharibə, müharibə, ağrılı, acılı, qanlı, qadalı müharibə!... ömürləri, sevgiləri, həyatları, şirin arzuları yarımçıq qoyan müharibə... Belə yerdə deyirlər, ar olsun müharibə törədənlərə, ar olsun...!

Bəli, şəhidin ailəsi ilə görüşmək üçün Jalə xanımın atası evində oldum. Ətraflı, dəqiq məlumat almaq məqsədilə...

...Şəhidin yarımçıq qalmış sevgi yolunun cəmi 2 ilə yaxın yolçusu olmuş xanımı Jalə 2017-ci ildə iyul ayında Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat-İnformatika fakültəsini müvəffəqiyyətlə bitirib... Jalə mülayim səslə, kövrələrək danışır: “O mənim ali təhsil almağıma maraqlı idi. Diplom alanda isə uşaq kimi sevinmişdi... Çoxlu arzu, niyyətlərimiz var idi, dünyaya gələcək övladımızın sağlam mühitdə və Vətənə, doğmalarına sevgi ruhunda böyütmək kimi. Vədləşdiyimiz kimi, ağsaqqallarımızın, valideynlərimizin xeyir-duası ilə ailə həyatı qurduq. Toyumuz 2018-ci ilin 12 oktyabr tarixində Zaqatala şəhərində “Ulduz” şadlıq sarayında keçirildi... Çox şən, maraqlı, oynaq keçdi, xatirələrə, röyalara dönən bizim Abdurahmanla olan toyumuz... Sonu kədərlə, qəmlə bitən ailə həyatı qurduq... Xəyallara, xülyalara dönmüş o məhəbbət hekayəsi... Heç olmazsa körpə qızımız Nilayın üzünü görərdi, əzizlyərdi, bala sevincini, təbəssümünü yaşayardı, qığıltısını eşidərdi – Vətəni hər şeyə dəyişən Abdurahman...

Həyəcanlanır, narahatlıq keçirir Jalə xanım... Nilay isə körpə baxışlarını qapıya zilləyib... Kiminsə gəlməsini gözləyir...

...Qeyd edək ki, Abdurahman İsrafilov həqiqi hərbi xidmətindən sonra Dövlət Sərhəd Qoşunlarında 4 il 6 ay, Müdafiə Nazirliyinin hərbi hissəsində isə 2 il 6 ay xidmət edib.

Abdurahman İsrafilov təcrübəli, nümunəvi hərbi qulluqçu kimi həmişə ön cəbhədəki mövqelərdə qulluq edib. Bölük komandiri olub. Döyüşə hazırlıq təlimlərində fəal iştirak edib, hərbimizin bütün sınaqlarından uğurla çıxıb...

Xatırlatma:  27 sentyabr 2020-ci ildə İkinci Vətən müharibəsi başlayan kimi Abdurahman İsrafilovun bölüyü ön xətdən döyüş əməliyyatlarına başlayıb... Həmin vaxt Abdurahman cəbhənin bir tərəfində böyük qardaşı, baş gizir Elşən isə digər tərəfindən erməni daşnaklarına qarşı döyüşürmüş, hamımızın (məmurdan adi fəhləyədək, hətta müharibə başlayan kimi dədələrinin pulları sayəsində “qırmızı pasport” alanların da E.M.) Azərbaycan Respublikasının əsarət, işğal altında olan torpaqlarının azadlığı, düşməndən təmizlənməsi uğrunda əsl Vətən igidləri kimi...

Onun döyüş yolu Ağdam–Tərtər–Suqovuşan-Hadrut-Füzuli-Zəngilan-Cəbrayıldan keçib... Qanlı, odlu-alovlu, ölüm, itkili döyüş əməliyyatlarını təşkil edib bizim igidlər...

Abdurahmanın tabor komandiri müharibənin elə ilk günü həlak olub. Eyni zamanda, 27.09.2020 –ci il tarixindən sonrakı döyüşlərdə onun silahdaşlarındn neçəsi şəhidlik zirvəsinə ucaldı, neçəsi yaralandı...

Belə məqamlarda isə Abdurahmanda düşmənə qarşı nifrət, qisas hissi daha da artırdı... Qardaşı Abdulla deyir: “Qardaşımın məzarını ziyarətə gələn hərbçilər deyiblər Abdurahman həmişə deyərmiş ki, “mən son damla qanımadək vuruşub, bütün şəhidlərin, qazilərin qanını yerdə qoymayacağam, hətta şəhid də olacağam, amma düşmənə göz dağı verəcəyəm.” O, belə də etdi...”

Cəsur eloğlumuzun həyat yoldaşı Jalə xanım deyir ki, “Abdurahman həlak olub” deyə birinci dəfə tabutu gətirəndə dərin stress keçirdim. Uzun müddət müalicə olundum. Nə yaxşı ki, övladıma heç nə olmadı. Vətən cəfakeşinin həyat yoldaşı əlavə ki, “Abdurahman tez-tez ailəsi ilə telefon əlaqəsi saxlayar, qısa şəkildə deyərdi ki, “özünüzdən muğayat olun, biz yaxşıyıq...””

Jalə xanımın dediklərindən: “Abdurahman sonuncu dəfə 09.10.2020-ci il tarixində mənimlə danışdı. Danışığında narahatlıq, nigarançılıq hiss olunurdu. Dedi ki: “balamdan möhkəm muğayat ol, qızımı sənə əmanət edirəm, çox fikir etmə, mən geri dönməsəm də ona həm də çox qayıkeş ata olacağam... Müharibədir, ölüm qaşla-göz arasındadır. Namərd düşmən atəş açanda seçim etmir... Salamat qalın,  Nilayı mənim əvəzimə də öpün...!” Sonuncu dəfə onun səsini eşitdim. Sanki vida deyirdi Abdurahman. Körpəsi üçün çox darıxmışdı. Elə bil həmin telefon danışığından sonra nəsə hiss etmişdim, Çox nigaran idim. Demə Abdurahmanın son yaşam anları idi...

Və nəhayət.... 10 sentyabr 2020 –ci il tarixdə hərbi qulluqçu Abdurahman İsrafilovun ailəsində qız uşağı dünyaya gəldi... Hamı gözaydınlığı verdi... Ancaq Abdurahman ilk şirin-şəkər balasını görə bilmədi...

Daha bir səhifə açıldı: 21 oktyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə düşmən qüvvələri qəfildən Azərbaycanın Silahlı Qüvvələrinə hücum etdilər, düşmən artileriyasının atdığı çox saylı mərmi nəticəsində döyüşçülərimizdən yenə itkilər oldu... Elə həmin gün, 9 il hərbi qulluqçu (MAXE) kimi nümunəvi xidmət etmiş baş çavuş Abdurahman İsrafil oğlu İsrafilov qəlpədən aldığı yaralardan qəhrəmancasına həlak olub, şəhidlik zirvəsini fəth etdi, elin gözündə bir daha ucaldı... Tarix yazmış bir qəhrəman kimi... 10 günlük körpə balasını belə görməyən şəhid Abdurahman İsrafilovun üçrəngli bayrağa bükülmüş nəşi 22 oktyabr 2020-ci il tarixində Qımır kəndinə İsrafilovların həyətinə gətirildi. Bu dəfə birinci əfsanə həqiqətə çevrildi, acı bir həqiqətə... Abdurahman gerçəkdən şəhid oldu... əbədiyyətə qovuşdu... ömrünün 28-ci dönəmində... Həmin gün Qımır kəndinin sakinləri, ictimaiyyət nümayəndələri, hərbçilər və onu sevənlər, ürəkdən bağlı olanlar Abdurahmanı son mənzilə yola saldılar, fəxarətlə, böyük qürurla... kənddəki Şəhidlər Xiyabanında...

Bu anda həyat yoldaşı Jalə xanımın sözləri yadıma düşdü: “Biz təmiz, ülvi bir məhəbbətlə sevdik, yaşadıq, ailə qurduq, yenə də bir-birimizi sevdik, övladımız dünyaya gəldi, yenə də bir-birimizi unutmadıq. Qanlı-qadalı müharibədə olsa da, o da bizi unutmadı...Abdurəhman. Bilə-bilə, düşməni məhv edə-edə düşmənin üstünə, ölümə getdi... İndi ümidim qurban olduğumadır. Mənim indi ən böyük vəzifəm şəhid həyat yoldaşımdan əmanət qalmış Nilay balamızı sağ-saıamat, atasına layiq böyütməkdir. Mənə qarşı olan bütün təzyiqlərə, təhdidlərə, saymazlığa və biganəliyə baxmayaraq. Dözürəm, Abdurahmanın ölümünə də, bütün bu yaşadıqlarıma, mənə yaşatdıqlarına da dözürəm. Təkcə o balamızı sağ-salamat mühitdə böyütmək üçün... Bir də unutmayın ki, mənim valideynlərim məni və tək qardaşımı əziyyətlə də olsa, halal çörəklə böyüdüblər. Onlara qurban olum! Allah onları qorusun! Həm də mən fəxarətlə deyə bilərəm ki, mən Vətən yolunda şücaət göstərərək həlak olan şəhid Abdurəhman İsrafilovun həyat yoldaşıyam...”

Bəli, qəhrəmanlar can verir Vətəni yaşatmaq üçün. Abdurahman İsrafilov kimi, Allah Rəhmət eləsin! Ruhun şad olsun!

...Son gedişindən qalan izlər və yollara dikilən gözlər... Bu gözlər o ölməz şəhidi gözləyir... ümidlə, intizarla və sevgi həsrəti ilə...

Reallıq isə göz önündədir...

Prezidentin sərəncamı ilə Vətənə ürəkdən, əsl hərbçi kimi xidmət etmiş Abdurahman İsrafilov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azadlığı uğrunda” medalları ilə təltif edilib...

O, ölməz bir qəhrəmandır, mərddir və hamımızın xilaskarı, fəxarətidir... Əhsən, belə övladları böyüdən valideynlərinə! Onların qarşısında baş əyirik, baş əyirik.

Halal olsun, Vətənin xilaskarının yadigarının anasına – Jalə, daima məğrur ol!

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ