Cümə axşamı günü, 12 noyabr 2026
     

Yazı qaydalarımızda “apostrof” işarəsinə qarşı təxribatın müəllifi kimdir...

Image


2003-cü ildə yeni orfoqrafiya lüğətinin meydana gəlməsi nəticəsində ləğv olunan apostrof işarəsi ilə bağlı 20 ildir ki, ciddi müzakirələr davam edir.

Ölkə dilçilərinin, alimlərinin, ziyalılarının, KİV təmsilçilərinin bir qrupu deyir ki, apostrofun rəsmən ləğv edilməsi düzgün qərar olub, başqa mütəxəssislər, ziyalılar isə əksini düşünürlər. Onlar hesab edirlər ki, apostrofun ləğvi heç bir qanun çərçivəsinə sığmır və sözlərin tələffüzündə ciddi problemlər yaradır. Xüsusən də şagird və tələbələr omonim sözlərin deyilişində və yazılışında çaşqınlığa düşürlər.  

Bəzi mütəxəssislər deyirlər ki, əslində, dilimizdən, yazı qaydalarından apostrof tamamilə götürülməli deyilmiş, orta məktəblərdə qalmalı imiş, lakin müəmmalı şəkildə orta məktəb dərsliklərindən də götürülüb. Məlumatlara görə, Azərbaycan dili ilə bağlı qanun layihəsində bu şəkildə qeyd edilirmiş ki, apostrof orta məktəblərdə qalmalıdır.

Əslində, apostrofun orta məktəbdə qalmasının vacib olduğunu deyən mütəxəssislər hesab edirlər ki, bu, ən azından, vaxtilə apostrofla yazılan sözlərin düzgün tələffüzü baxımından əhəmiyyətli olardı.

Bu gün apostrofa münasibətdə iki cəbhə formalaşıb. Bir tərəfin fikrincə, apostrofun ləğv edilməsi vacib idi, o biri tərəf isə “apostrofun götürülməsi dilimizə zərbə vurub” deyirlər.

Yeri gəlmişkən, sosial şəbəkələrdə də bu məsələ aylardır ciddi müzakirə edilir.

  • Fuad İsmayılzadə: “Eşitdiyimə görə, əslində, apostrof tam çıxarılmayıb, qərara alınıb ki...”

Tanınmış ziyalı, Dövlət Tibb Universitetinin dosenti, dil hadisələrini yaxından izləyən Fuad İsmayılzadə bu barədə belə yazır: “Görəsən Milli Məclisin arxivindən əlifba dəyişimi haqqında qəbul edilmiş qərarın surətini necə əldə etmək olar? Eşitdiyimə görə, əslində, apostrof tam çıxarılmayıb, qərara alınıb ki, orta məktəblərin dərsliyində saxlanmalıdır, elmi ədəbiyyatda isə yazılmaya bilər. Ancaq qanun qəbul edildikdən sonra mətbuatda təhrif edilmiş şəkildə verilib. Əgər doğrudursa, bu məsələ ictimailəşdirilməlidir”.

  • Vüsalə Ağabəyli: “Apostrof rəsmi qaydada ləğv olunana qədər artıq bir sıra qəzet və jurnallarda...”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli isə bizimlə söhbətində bildirdi ki, apostrofun götürülməsi doğru qərar olub. “Apostrof  2003-cü ildə – yeni orfoqrafiya lüğəti əsasında ləğv olundu, yəni sözlərin bəzilərində orfoqrafik dəyişikliklər oldu, bəzilərində isə, sadəcə, apostrof götürüldü. Məsələn, şe’r - şeir, fe’l – feil kimi tələffüz edilməyə başladı. Bir məsələni də deyim ki, apostrof rəsmi qaydada ləğv olunana qədər artıq bir sıra qəzet və jurnallarda mətnlər apostrofsuz yığılırdı. Apostrofla işlənilən sözlər əsasən ərəb mənşəli sözlər idi. Demək olar ki, bunlara bir qədər Azərbaycansayağı baxış, üslub, tərz gətirilirdi. Ona görə də bunlar çıxarıldı. Düzdür, apostrofun götürülməsi omonimlik təşkil edən sözlərdə çaşqınlıq yaradır. Bu da orta məktəbdən şagirdlərə aşılanır. Bu tələffüz qaydaları orta məktəblərdə uşaqlara izah olunur. Yəni dəyişikliyin orta məktəblərə tətbiq olunmasının tərəfdarıyam. Çünki bu qaydanı onlar aşağı siniflərdən düzgün bilməlidirlər ki, sonra universitetlərdə də bu qaydanı davam etdirsinlər. Aşağıdan onu öyrənməsələr, bu, yuxarıda çaşqınlıq yaradacaq. İndinin özündə də şe’r,  fe’l yazan, dəyişikliyi tətbiq etməyənlər var. Orta məktəbdə bunlar öyrədiləndə artıq ali məktəbdə də, işdə də bilirlər ki, yazılış necə olmalıdır” - deyə V.Ağabəyli qeyd etdi. 

  • Nəsib Göyüşov: “Apostrofun götürülməsi uğursuz yenilikdir”

Filologiya elmləri doktoru Nəsib Göyüşovun isə məsələyə münasibəti bu cürdür: “Dildə sözlər bir-birilə fərqli yönlərdə əlaqə qurmaqla əsrlər boyu cilalanaraq əksəriyyət tərəfindən anlaşılan ünsiyyət vasitəsinə çevrilir. Sözlərin tələffüzü, düzümü və sıralanması dilin ümumi ahənginə uyğun şəkildə tənzimlənir. Hər bir əlifbanın üstünlüklərindən biri həmin ahəngi saxlamaq üçün münasib yazı işarələrindən istifadə etməsidir. Azərbaycan dilində son əlifba dəyişikliyi və apostrofun götürülməsi uğursuz yenilikdir. Söhbət təkcə omonimlərin (məsələn, Qur’an və Quran) ayırd edilməsi zərurətindən getmir, ümumiyyətlə, apostrofla yazılan sözlərin əsrlər boyu dilin ahənginə verdiyi incəlik və musiqili düzənin, məna bütövlüyünün təmin edilməsində yeri təbii haldır. Azərbaycan klassiklərindən tutmuş, XX əsrin əvvələrinədək vəznli şeir dilimiz apostrofsuz təsəvvür edilmir və bunun götürülməsi ədəbi dilimizi pəltək vəziyyətə salır.  Türklər və ingilislər də apostrof işlədirlər. Hətta Avropa ölkələrində Şərq mətnlərinin transkripsiyasında apostrof işlənir. Bizlərdə isə apostrof sanki xalq düşmənidir və bu işarəyə qarşı çıxmağın tutarlı dəlili, elmi-məntiqi əsası yoxdur”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ