ABŞ prezidenti Donald Trampla İran arasında əldə edilən Anlaşma Memorandumu və dünən Cenevrədə başlayan nümayəndə heyətləri arasında danışıqlar İsraildə böyük narazılığa səbəb olub. İsrail mediası, siyasətçiləri və beyin mərkəzləri Trampı İsraili keçərək İranla razılığa gəldiyinə görə sərt tənqid etməyə davam edir.
Bəzi ekspertlər hətta ABŞ-ı yeni 11 sentyabrla hədələməyə qədər irəli gediblər. İsraildə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran eksperti Ben Sabti X sosial media hesabında yazıb: “Bəlkə də ABŞ-ın kimin dost, kimin düşmən olduğunu xatırlaması üçün yeni 11 sentyabr və ya Pörl Harbor hücumuna ehtiyac var”.
Təpkilərdən sonra Ben Sabti paylaşımı belə redaktə edib: "ABŞ-ın İran rejiminin terrorçuları ilə mübarizədə şansa ehtiyacı olacaq. Ümid edirəm ki, ABŞ administrasiyası kimin düşmən, kimin dost olduğunu xatırlayacaq".
Tahir TAĞIYEV