Ukraynanın Kerç boğazının hər iki tərəfinə yeni hava hücumları Rusiyanın ilhaq etdiyi yarımadada yanacaq böhranını daha da şiddətləndirib. Hakimiyyət orqanları daşıyıcılara cənubi Ukraynanın işğal olunmuş bölgələrindən Krıma gedən marşrutdan istifadə etməyi tövsiyə edir, lakin Ukrayna ordusu dron hücumlarının diapazonunu və tezliyini əhəmiyyətli dərəcədə artırdıqdan sonra bu marşrut may ayının ortalarından bəri təhlükəli olub.
Ukrayna iddia edir ki, Krım müharibədə əhəmiyyətini itirib. Bazar günü gecəsi Ukrayna dronları Krımdakı Kerç bərə keçidində, Kerç limanında və boğazın o tayında yerləşən Kavkaz dəniz limanında partladıqdan bəri Krıma bərə xidməti dayandırılıb. Yanacaq tankerlərinə Rusiya tərəfindən tikilmiş Krım körpüsündən istifadə etmək qadağandır və bu da Krasnodar diyarından ilhaq edilmiş əraziyə yanacaq tədarükünü dayandırıb. Səhər saatlarında Krım və ayrıca idarə olunan Sevastopol şəhərinin rəhbərləri sakinlərə əvvəllər məhdudlaşdırılmış benzin satışlarının indi tam dayandırılacağını və yalnız hökumət maşınlarına yanacaq doldurulacağını elan edib. Bu arada, bazar günü yarımadanın bir hissəsi elektriksiz qalıb. Bu, müvəqqəti enerji təchizatı cədvəlinin tətbiqinə və nasosların işləməməsi səbəbindən su təchizatında fasiləyə səbəb olub. Axşam saatlarında elektrik kəsintilərinin əksəriyyəti həll edilsə də, Sevastopolda növbəti həftə ərzində elektrik kəsintiləri ilə bağlı xəbərdarlıq edilib.
Rusiya tərəfindən təyin olunmuş Sevastopol meri Mixail Razvozjayev "son hadisələr" nəzərə alınmaqla "logistikanı təcili olaraq tənzimləmək" üçün ictimai nəqliyyatın saat 21:00-a qədər işləyəcəyini, bərələrin dayandırılacağın, mağaza və ticarət mərkəzlərinin iş saatlarının qısaldılacağını və küçə işıqlarının gecələr söndürüləcəyini açıqlayıb.
SAMİRƏ