Böyük Britaniyanın Baş naziri Kir Starmer Baş nazir və Leyboristlər Partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Starmer bildirib ki, "Namizədlik prosesi 9 iyulda başlayacaq. Mən yarış başa çatana qədər vəzifəmdə qalacağam".
Dünən ABŞ prezidenti Donald Tramp sosial mediada Starmerlə bağlı paylaşımında Britaniyanın Baş nazirinin istefa verəcəyini bildirmişdi: "Starmer Birləşmiş Krallığın Baş naziri vəzifəsindən istefa verəcək. O, iki çox vacib sahədə - immiqrasiya və enerji siyasətində böyük uğursuzluqlarla üzləşib. Ona uğurlar arzulayıram".
Tahir TAĞIYEV