Cümə axşamı günü, 12 noyabr 2026
     

Ali Attestasiya Komissiyasının alimlərdən “xaricdə azı 2 məqalə” tələbi xeyirdən çox ziyan vurmağa başlayır...

Image


Azərbaycanda elm sahəsinə kütləvi maraq var desək yəqin ki, bizə irad bildirən olmaz. Bu gün çoxları elmi iş müdafiə edib alimlik dərəcəsi almağa maraq göstərir. Söz yox ki, bunlar arasında elm üçün yararlı olanlarla yanaşı, bu sahəyə dəb, imic, şan-şöhrət naminə gələnlər də var.

Son illər tez-tez eşidirik ki, elmi iş müdafiə edib alimlik dərəcəsi almaq elə də asan başa gəlmir, bunun üçün saysız proseduru keçmək tələb olunur. Əlbəttə, əgər bu, elmə gəlmək istəyən təsadüfi adamların qarşısını kəsmək üçün işlənən vasitə olsaydı, yaxşı olardı, amma bu, çox zaman elm üçün yararlı olanların qarşısına daş-kəsək itələyir.

Elmi işçilər deyirlər ki, Ali Attestasiya Komissiyası (AAK) elmi iş  müdafiə edəcək elmi işçilərdən impakt faktorlu jurnallarda heç olmasa 2 məqalə çap etdirməyi tələb edir. Yəni fəlsəfə doktoru olmaq istəyənlər ən azı 2, elmlər doktoru alimlik dərəcəsi almaq istəyənlər isə üç məqalə çap etdirməlidirlər. Bilirik ki, alimlərin çoxunun isə xaricdə çap olunmaq imkanları məhduddur.

AAK-ın bu tələbini elmi işçilər narazılıqla qarşılayır və bidlirirlər ki, bu qurum bununla onların elmə gələn yollarının qarşısına çəpər çəkir. Elmi işçilər deyirlər ki, Azərbaycan alimlərinin impakt faktorlu jurnallara düşməkləri çox cətindir, çap olunmaq üçün bəzən aylarla, illərlə gözləyirlər, nəticədə isə həm pulları, həm də əsəbləri gedir.

Elmi ictimaiyyət arasında belə təklif var ki, AAK impakt faktorlu jurnallarda çap olunmaq tələbini götürsə, daha yaxşı olar, çünki o jurnallarda çap olunmaq çoxları üçün əlçatan deyil, AAK bu tələbi götürsə, müdafiə prosesinin qarşısındakı əngəllərdən biri də aradan qalxa bilər, onsuz da müdafiə prosesi çox çətindir.

  • “Qaydalar qəlizləşdirilərək daha çox maddiyyata bağlanır”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə bildirdi ki, AAK qaydaları günü-gündən sərtləşdirir, bu da müsbət hal deyil: “Ümumiyyətlə, onu qeyd edim ki, Bolonya sisteminə keçid etməyimizə baxmayaraq, təhsilin pillələri bizdə qarışıqdır. Bolonya 3 pilləli təhsil sistemidir və 3 dərəcə ilə yekunlaşır: bakalavr, magistr və Ph.D, yəni fəlsəfə doktoru. Bizdə isə sistemin adı Bolonya olsa da, elmlər doktorluğu dərəcəsi də mövcuddur. Yəni bu, birinci böyük uyğunsuzluğumuz. İkincisi isə Qərb təhsili və Bolonya sistemində AAK kimi qurum yoxdur. Bizdə AAK-ın həqiqətən də məqsədi sağlam elmi mühiti təmin etmək və nəzarət-senzura mexanizmini formalaşdırmaqdırsa, o zaman doğrudan da layiq olan tədqiqatçılara elmi ad verərdilər. Ətrafımızda bir çox tədqiqatçı var ki, nəinki dissertasiyalarından, hətta məqalələrindən də xəbərsizdir. Deməli, AAK-ın fəaliyyəti düzgün nəzarət üzərində qurulmayıb. Digər tərəfdən isə AAK-ın tələb və qaydaları gündən-günə qəlizləşdirməsi və sərtləşdirməsi sağlam elmi mühitin formalaşmasına deyil, getdikcə kasıb təbəqənin sıxışdırılıb çıxarılmasına və zəngin təbəqəyə elmi dərəcə və adların verilməsinə xidmət göstərir. Çünki qaydalar qəlizləşdirilərək daha çox maddiyyata bağlanır”.

V.Ağabəylinin sözlərinə görə, beynəlxalq miqyaslı konfranslarda iştirak və impakt faktorlu jurnallarda çox sayda dərc olunmuş məqalə maliyyə vəsaiti tələb edir. “Belə çıxır ki, zəngin təbəqənin nümayəndəsi olan tədqiqatçı öz elmi işindən xəbərsiz olsa belə, kimlərəsə məqalə sifariş edib impakt faktorlu jurnallardakı maddi tələbi də rahatlıqla ödəyəcək, üç deyil, beş və daha çox məqalə dərc etdirməyə maddi imkanı kifayət edəcək. Əsl elm sahibləri isə kənarda qalacaqlar. Əslində, beynəlxalq nüfuzlu konfrans və simpoziumlarda iştirak, impakt faktorlu jurnallarda dərc olunma həm tədqiqatçının özü, həm təmsil etdiyi müəssisə, həm də ölkə adına çox faydalıdır. Lakin bu məsələ pullular yarışı yox, elmlilər yarışı olmalıdır. Həqiqi tədqiqatçıların məqalələrinin impakt faktorlu jurnallarda dərc edilməsi, beynəlxalq simpoziumlarda iştirakı yalnız öz adı və nüfuzu deyil, təmsil etdikləri müəssisələrin də nüfuzu olduğu üçün, ödəniləcək vəsaitə, konfransların ödənişinə maliyyə vəsaiti ayrılmalı, köməklik göstərilməlidir. Ölkəni pul yox, elm təmsil edir, elm tanıdır. Nəzarət edən qurumun ləğv olunmasını deyil, real tədqiqatçılara yer verib puluna güvənənləri kənarlaşdırmasını arzu etmək lazımdır. Adamı olan deyil, savadı olanın beynəlxalq məkana çıxışı təmin olunmalıdır.

Son dövrlər təəssüf ki, öz ölkəmizdə də təşkil olunan beynəlxalq konfranslar ödənişlidir. Vəsaiti ödəyə bilməyən real alimlər, tədqiqatçılar elmi mühitdən soyuyurlar. AAK-ın məqsədi həm də ədaləti təmin etmək olmalıdır. Konfransların məqsədi pul toplamaq deyil, elmi araşdırmaları üzə çıxarmaqdır. Maraqlı məsələdir ki, niyə Azərbaycan təhsil müəssisələrində təşkil olunan beynəlxalq konfranslarda ödəniş azərbaycanlılar üçün də, əcnəbilər üçün də eynidir. Satış bazarı deyil, elm “bazarı” axtarışında olmalıyıq.

Bizim istəyimiz AAK-ın ləğv edilməsi deyil, yalançı tədqiqatçıları, pul və güc hesabına dərəcə və elmi ad alanların ifşa edilməsi, layiq olanlara maliyyə dəstəyi və şərait yaradılmasıdır” - deyə V.Ağabəyli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ