Cümə günü, 13 noyabr 2026
     

“Vağzalı” rəqsinin adı haqqında həqiqətə ən yaxın yanaşma…

Image


Müasir dövrdə “Vağzalı” adı ilə təqdim olunan Azərbaycan xalq rəqs musiqisi, əslində bu ahəngi-avazla mövcud olan “Asta Qarabağı” adlanan qədim Azərbaycan milli rəqsidir. Ehtimala görə, isə bu rəqsdən əlavə iki “Qarabağı” rəqsi – “Yeyin Qarabağı” və “Həzin Qarabağı” adlanan rəqslər də mövcuddur.

Hazırkı dövrdə bunlardan birinin “Mirzeyi” kimi təqdim olunduğunu güman edirəm. Digərinin hansı ad altında ifa edildiyi isə hələlik mənə də məlum deyil. (Düşünürəm ki, digəri bugünkü “Uzundərə” və ya “Yüzbiri” rəqslərindən biridir.) Bəzi musiqiçilər əsaslı mənbələrə istinad etmədən “Asta Qarabağı” adlanan rəqs musiqisinə “Vağzalı” adının verilməsini Bakı şəhərindən bölgələrə qatarla gəlin yolasalma mərasimi ilə əlaqələndirirlər. Yəni qatar nəqliyyatı meydana gəldikdən sonra – at, fayton, kəcavə və s. gəlinaparma vasitələri sıradan çıxdıqdan sonraya aid edilən bir ad olaraq təqdim edirlər. Hesab edirəm ki, bu mülahizə (Bakıdan qatarla yolasalma) doğru deyildir... Xatırlatmaq yerinə düşərdi ki, “Asta Qarabağı” rəqsi bir vaxtlar gəlinin atla bəy (ər) evinə yola salınması zamanı “Gəlinatlandırma” adı ilə də adlandırılıbdır...

Yaşlı nəslin yerli nümayəndələrinin verdiyi məlumata əsasən “Asta Qarabağı” rəqs musiqisinə “Vağzalı” adının verilməsi tarixi Azərbaycanın neft maqnatı, görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. O mənada ki, Z.Tağıyev Bakının Zığ bölgəsində bez istehsalı kombinatını tikdirdikdən sonra xammalı yerli məhsullar hesabına təmin etmək qərarına gəlir. Bunun üçün o, Yevlax şəhəri yaxınlığında geniş pambıq sahələrini icarəyə götürür və məhsul hazır olanda onu qatarla Bakıya yola saldırır. Həmin dövrlərdə ətraf rayonların əhalisi Bakıya getmək üçün əsasən Yevlax şəhərindəki çox da münasib olmayan kiçik bir qatar dayanacağından (stansiyasından) istifadə edirdi. Dayanacağın kiçikliyi isti-soyuq günlərdə əhali sıxlığına və narahatlığına səbəb olurdu. Bu məsələ şəhər rəhbərliyini daim narahat etsə də burada münasib şərait yaratmaq üçün vəsait əldə etmək mümkün olmurdu.

...Bölgə rəhbərliyi şəhər ağsaqqalları ilə məsləhətləşib belə qərara gəlirlər ki, Z.Tağıyev növbəti dəfə bölgəyə gələndə bu barədə ona müraciət etsinlər... Belə də edirlər... Qəlbi daim xeyirxahlıqla çırpınan Z.Tağıyev bu təklifə çox müsbət yanaşır və qısa bir zamanda bölgə üçün ecazkar bir layihə üzrə Vağzal – dayanacağın inşasına rəvac verir. Çox tez bir müddətdə dayanacaq hazır olur və Z.Tağıyevin istəyi ilə açılış ilk yola salınan qatarın gedişi ilə baş tutur.

O vaxt Z.Tağıyev musiqiçilərdən xahiş edir ki, qatarın bu gedişinin (bir ehtimala görə də gəlişinin) ahənginə uyğun bir musiqi səsləndirsinlər. Zatən Qarabağdan olan musiqiçilər də bu tədbiri bir gəlinatlandırma mərasimi şərəfində dəyərləndirərək “Gəlinatlandırma – Asta Qarabağı” rəqs musiqisi ilə rövnəqləndirirlər...

Elə o vaxtdan da bu musiqi-rəqsin adı – kimin nə vaxt, harada, necə adlandırmasından asılı olmayaraq – “Vağzalı” adı ilə adlandırılmağa başlayır...

Əlbəttə ki, mənim nəzərimcə bu yanaşma daha inandırıcı görünür və həqiqətə uyğun gəlir...Ümumiyyətlə götürdükdə, 150 min illik təxmin edilən tariximizdə ilahi-ruhi musiqimizin –“Muğam” adı altında cəmləşən musiqilərimizin istər adlarında və istərsə də ifaçılıq zamanı səsləndirilməsində belə dəyişgənlik, uğramalar zaman-zaman baş vermişdir.

Bunlar əsasən son üç min illik tariximizdə – yəni Makedoniyalı İskəndərin Zərdüştləri təqibindən (Avestanın yandırılmasından) sonra, o cümlədən Maninin həmin missiyanın özünəməxsus qəddarlıqla yerinə yetirməsindən, daha sonra isə İslam dininin hakim kəsildiyi dövrlərdən sürətlənməyə başlamışdır.

Yeni dini və fəlsəfi dünyagörüşlərin təsir dairəsi genişləndikcə qədim ənənəvi dini etiqadın, xüsusən də bu dini ainlərin, təlimlərin ayrılmaz müşayətçisi olan ilahi-ruhi musiqilərin (Muğamın) ifası zamanı səs-ahəngi, o cümlədən də adlarının tədricən unudularaq yaddan çıxarılması və yeni adlarla əvəz olunması halları müntəzəm olaraq baş vermişdir.

Belə hallar son iki-üç yüz ildən bəri – yəni musiqilərin əyləncə vasitəsinə çevrilməsi zamanından sonra daha da sürətlənmişdir. Bu barədə mən bir sıra məqalələrimdə, “Müdrikliyinin səlahiyyət zirvəsi” kitabımda epizodik olsa da bəhs etmişəm...

Misal olaraq, yeddi-səkkiz yüz il bundan əvvəl yaranmış bir musiqini: “Apardı tatar məni” mahnısını göstərə bilərəm... Mahnının mahiyyətinə əsasən sözlərdə əks olunan hadisə monqol-tatarların Azərbaycana basqını dövrünü özündə etiva edir:

“Apardı tatar məni,

Qul edər, satar məni,

Əgər yarım sevirsə –

Ay aman, ay aman

Axtarar tapar məni...”

Bayatı və musiqidən aydın olur ki, basqınçılar nişanlı qızı əsir edib aparırlar. O da iç yanğısı ilə bu bayatını musiqi ilə çağırır. Mahnını Azərbaycanın qüdrətli sənətkarı Əbül Həsən Xan Soltan İqbal Azər təxminən yüz il bundan qabaq olduğu kimi ifa edib. (Mahnı və sözlərini tanınmış aktyor Əli Nur qədim val yazısında mənə təqdim etmişdir.) Son yüz ildə isə bu mahnının sözlərini və qismən də musiqisinin ahəngini dəyişib, “Axşam oldu” adı altında ifa etməyə başlayıblar:

“Axşam oldu neyləyim,

Dərdim kimə söyləyim,

Yar yanına gedəndə

Aman, aman, aman,

Sevirəm səni...”

(yaxud da Yar sevdim səni)

Milli radionun fonduna da məhs bu cür daxil edilmişdir. Diqqət yetirin, görün təkcə sözü dəyişməklə mahnının bütün məzmununu, daha doğrusu, həm tarixi, həm də fəlsəfi mahiyyətini tamamən dəyişmişlər (hələ mən qafiyə pozğunluğunu demirəm!..) O dərəcədə tarixi bir hadisəni görün nə ilə əvəzləşdirmişlər: hansısa bir qızın – məhəbbət aşiqinin darıxma hissləri ilə... Axı, bununla necə razılaşmaq olar?!..

Mən dəfələrlə yazılarımda qeyd etmişəm ki, Azərbaycan xalqının milli mənşəyinin tarixi ilahi-ruhi musiqilərin (muğam adı altında cəmləşən musiqilərin) adlarında kodlaşdırılmışdır.

Belə hallar təkcə ilahi-ruhi musiqilərdə deyil, həmçinin maddi-cismi və bəstəkar musiqilərinə münasibətdə də vaxt-bivaxt özünü göstərir...

Bir də görürsən ki, hansısa bir müğənni (əgər ona müğənni demək mümkündürsə), bir xalq mahnısını və ya bəstəkar musiqisini “Yeni yanaşma” adı altında dəyişir (güya aranjiman edir), tamamən başqa bir forma, məzmun və mahiyyət daşıma üslubunda – əsasən də cəngəllik səsləri təqdimatında ifa edir... Yaxud da bir bəstəkarın hansısa mahnısının sözlərini dəyişib başqa ad altına olan – musiqiyə dəxli olmayan sözlərlə ifa edir və s...

Bu müasir rəqslərə də aiddir. Məsələn, tanınmış qarmon ifaçısı Aslan İlyasovun ifa etdiyi bir rəqs musiqisi var. Dəfələrlə jurnalistlər Aslandan onun adını soruşdular... o, isə dəqiq bir söz deyəbilmədi. İşi belə görən jurnalistlər – teleaparıcılar rəqsin adını “Aslanı” kimi təqdim etməyə başladılar. Gərək ki, indi radionun fondunda da belə adlanır...

Əslində isə – əgər yaddaşım məni aldatmırsa, bu rəqs musiqisini mən 70-ci illərin sonunda mərhum dramaturq Feyruz Məmmədovun, Gənc Tamaşaçılar Teatrında Azərbaycanın xalq artisti, rejissor Ağakişi Kazımovun hazırladığı “Sirli Dəyirman” tamaşasına görkəmli bəstəkar, xalq artisti, mərhum Şəfiqə xanım Axumdovanın yazdığı rəqs musiqisi kimi xatırlayıram...

Təbii ki, bu adi bir faktdır. Görün on minilliklər, minilliklər, yüzilliklərdən bəri neçə-neçə belə hallar baş vermişdir...

Keçmişlərdə bu yaddaşsızlığın, savadsızlığın günahından baş verirdisə düşünürəm ki, indi elmi-texniki tərəqqinin belə yüksək məqamında bu cür hallar ən böyük qəbahət hesab edilməlidir...

Binnət HÜMBƏTOĞLU
Sənətşünas 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ