Gəncliyə Yardım Fondunda YAP Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu. Layihə rəhbəri Aygün Əzizova olan sərgidə 50 rəssam vətənpərvərlik mövzusunda əsərləri ilə iştirak edirdilər. Ağdam Dram Teatrının rəssamı, "Ağdam" Tədris Mərkəzinin rəhbəri Qönçə Həzizadə 20 tələbəsi ilə iştirak edirdi.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qeyd edib ki, Silahlı Qüvvələr Günü münasibətilə, başda Ali Baş Komandan İlham Əliyev olmaqla, müstəqilliyimizin, azadlığımızın və sabitliyimizin qorunmasında xidmət edən bütün hərbiçilərə dərin hörmət və ehtiramımızı bildiririk. Qoy bayrağımız daim ucalarda dalğalansın, ordumuz hər zaman qüdrətli olsun! Torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizə rəhmət diləyirəm.
Sərgidə fəxri qonaq olaraq iştirak edən Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, yazıçı Elxan Zaln 65 illik yubileyi qeyd olunub portreti hədiyyə olundu.
Elxan müəllim çıxışında Beynəlxalq Qalereyanın gənc nəsli vətənpərvərlik ruhunda, Azərbaycançılıq ideologiyasında tərbiyə olunmasında mühüm əhəmiyyətli fəaliyyətindən söz açıb uğurlar arzuladı.
Sərgidə fəxri qonaq olaraq ADRA-nın müəllimi Zinaida Mirzəzadə, ehtiyatda olan gizir Könül Əzimov rəssam, Firdovsi Hacıyev iştirak edirdilər
Sonra rəssamlara sərgidə iştirak diplomları təqdim olunub xatirə fotoları çəkildi.