Venesiyadakı fəallar milyarder və ABŞ-ın İtaliyadakı səfiri Tilman Fertittanın şəhərə səfərini pozmağı planlaşdırırlar. Tilman Fertitta ölkə sahilləri boyunca turist kruizinin bir hissəsi olaraq 117 metrlik superyaxtası ilə şəhərə gəlməyi planlaşdırır.
"The Guardian" qəzetinin verdiyi məlumata görə, bir qrup etirazçı belə böyük bir şəxsi gəminin şəhərin tarixi mərkəzinə daxil olmasının varlı sahiblərin həddindən artıq təsirini və Venesiyanın "kommersiyalaşdırılmasının" daha bir nümunəsini simvollaşdıracağına inanır.
İctimai fəal Stella Fae bildiribk ki, “keçən il Bezosun əyləncəsini məhv etdik, bu il isə səfirin turunu məhv edəcəyik".
Fertitta ABŞ-ın müstəqilliyinin 250 illiyini qeyd etmək və Roma ilə Vaşinqton arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil ediləcək "Sahil Diplomatiyası 250" adlı təşəbbüs çərçivəsində iyulun 17-də Venesiyaya səfər etməyi planlaşdırır. Səfər proqramına İtaliya sahilləri boyunca səyahət də daxildir.
Fəalların sözlərinə görə, gəmi, Venesiya təqviminin ən vacib tədbirlərindən biri olan və XVI əsrdə baş verən vəba epidemiyasına son qoyulmasına həsr olunmuş Redentore festivalı şəhərin tarixi hissəsində lövbər salmış ola bilər. Bu dövrdə şəhərdə ənənəvi olaraq müvəqqəti ponton körpüsü qurulur və axşam saatlarında minlərlə sakin və turisti cəlb edən böyük atəşfəşanlıq nümayişi keçirilir. Etirazçılar böyük bir yaxtanın burada olmasının görmə qabiliyyətini məhdudlaşdıra və festivalın xarakterini dəyişdirə biləcəyindən narahatdır və onların sözlərinə görə, festival "şəhər sakinlərinin mülkiyyəti olaraq qalmalıdır".
Mənbələrə görə, Fertittanın, iki vertolyot meydançası və üzgüçülük hovuzu olan altı göyərtəli yaxtasının dəyəri təxminən 450 milyon dollardır.
Tahir TAĞIYEV