Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident Zelenskinin nümayəndələri ilə görüşdüyünü və Belarusun müharibəyə cəlb edilməməsi tələbini onlara çatdırdığını açıqlayıb.
Ukrayna tərəfinin bu mesajı aldığını deyən Lukaşenko, Belarusun Ukrayna ilə döyüşmək istəmədiyini, lakin bütün hallarda Rusiyanın tərəfini tutacağını bildirib. Lukaşenko həmçinin bəzi dairələrin Belarusu münaqişəyə cəlb etməyə çalışdığını iddia edib.
Bu arada, Ukrayna Prezidenti Zelenski Rusiyanın təsiri altında Belarusun Ukrayna sərhədi boyunca hərbi infrastruktur, sursat və yanacaq anbarları qurduğunu iddia edib.
"Belarus tərəfindən gərginliyin azaldılması və sülh üçün lazımi addımlar atılmalıdır" deyən Zelenski, həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) Rusiyanı xüsusi hərbi əməliyyata son qoymağa təşviq etmək məqsədi ilə 40 günlük "təsir əməliyyatı" keçirməyi tapşırdığını açıqlayıb.
Tahir TAĞIYEV