ABŞ Prezidenti Donald Tramp, Türkiyədə keçiriləcək tarixi 36-cı NATO Liderlər Zirvəsi ərəfəsində yenidən Avropa ölkələrini hədəfə alıb.
Tramp Truth sosial media paylaşımında qeyd edib ki, bir çox Avropa ölkəsi Amerika texnologiya nəhənglərinə rəqəmsal xidmətlər vergisi tətbiq etməyi müzakirə edir və bəzi ölkələr bu addımı atmağa çox yaxındırlar.
"Bu açıqlama, belə bir rüsum tətbiq edən hər hansı bir ölkənin ABŞ-a ixrac edəcəyi bütün mallara dərhal 100 faiz rüsum tətbiq ediləcəyinə dair bir elandır" - deyə Tramp bildirib.
Bu tarifin sözügedən ölkə ilə imzalanmış, qüvvədə olan və ya hələ təsdiqlənməmiş bütün ticarət müqavilələrini ləğv edəcəyinə işarə edən Tramp, rəqəmsal xidmətlər vergisi istiqamətində addımlar atılacağı təqdirdə dərhal 100% tarif tətbiq olunacağını bildirib.
Tahir TAĞIYEV