ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bəyan edib ki, İsveçrədəki danışıqların əsas nəticələrindən biri gələcəkdə eskalasiyanın qarşısını almaq üçün ABŞ ilə İslam Respublikası arasında birbaşa hərbi rabitə kanalının yaradılmasına dair ilkin razılıq olub. "Danışıqlarda məqsədlərimizdən biri gərginliyi azaltmaq üçün rabitə kanalının yaradılması idi", — deyə Vens qeyd edib. Onun sözlərinə görə, İran tərəfi bu təkliflə razılaşıb. "Onlar dedilər: Yaxşı, biz SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) bir nümayəndəsini Dohaya göndərəcəyik ki, o, CENTCOM nümayəndəsinin yanında olsun. Beləliklə, biz bir çox ixtilafları tənzimləyə biləcəyik", — deyə o əlavə edib. Məlumatı xarici media yayıb.
İRADƏ