Milyarder iş adamı Peter Til tərəfindən qurulan özəl tədbirlər qrupu olan Dialog-un veb saytında baş verən xəta nəticəsində aralarında, Ağ Ev müşavirləri və 1-ci dərəcəli xüsusi əməliyyat zabitləri də daxil olmaqla 222 milli təhlükəsizlik işçisinin ev ünvanlarından tutmuş parol kodlarına qədər bütün məxfi məlumatları ifşa edilib. Pentaqon sızma ilə bağlı təcili araşdırmalara başlayıb.
WIRED jurnalı tərəfindən aşkarlanan sızdırılan sənədlərdə, Rusiya, Çin və İran da daxil olmaqla xarici kəşfiyyat xidmətlərinin əldə etmək üçün milyonlarla dollar xərclədiyi həssas şəxsi məlumatlar da yer alır.
Sızdırılmış sənədlər adi profillərdən fərqli olaraq, xarici kəşfiyyat xidmətlərinin barələrində məlumatlar əldə etmək üçün milyonlarla dollar xərclədiyi, Amerika hökumətinin mərkəzində xidmət edən iki əsas şəxsi də ortaya çıxarır. İddialara görə, indiyə qədər heç bir rəqəmsal iz buraxmamağa çalışan iki yüksək vəzifəli mütəxəssisin, lüks şəbəkələrə qoşulmaq səhvi ucbatından həssas hökumət məlumatlarının ələ keçirilməsinə səbəb olub.
Sızdırılmış sənədlərin nə qədər məxfi və ciddi olduğunu göstərmək üçün sənədlərdə bəhsim keçən iki fiqurdan birinin hökumıtdə tutduğu mövqeyə diqqət çəkilir. Qeyd edilir ki, Milli Təhlükəsizlik Şurasında fəal şəkildə xidmət edən və əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsində (CİA) sahə agenti kimi də çalışan bu şəxs, birbaşa Prezident Donald Trampa və onun ən yüksək səviyyəli milli təhlükəsizlik müşavirlərinə dövlətin ən məxfi kəşfiyyat proqramları üzrə hesabatlar verən Ağ Evin qərar qəbuletmə prosesindəki ən vacib casuslardan biridir.
Tahir TAĞIYEV