İranın Təbəs şəhəri son 24 saatda dünyanın ən isti şəhəri olub. Relay Weather sisteminin açıqladığı məlumata görə, Təbəsdə yerləşən hava stansiyasında son 24 saat ərzində 46,8 dərəcə Selsi temperatur qeydə alınıb. Bu göstərici ilə şəhər dünyanın ən isti yerləri siyahısında ilk yeri tutub. Məlumatı "IRIB News" yayıb.
İRADƏ