Cümə günü, 13 noyabr 2026
     

Son 10 ayda Akademiyada kitab çapı üçün 1,3 milyon manat – dövlət əhəmiyyətli bircə kitab çap edilibmi…

Image


Son günlər mətbuatda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) maliyyə maxinasiyalarının olduğuna dair iddialar yer almaqdadır. Bir sıra elektron KİV-in yazdığına görə, 2019-cu ilin payızından sonra AMEA-ya dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb ki, onun da məqsədyönlü şəkildə xərcləndiyi ciddi şübhə doğurur.

“Yeniavaz.com” yazır ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra Akademiyanın institutları, elmi müəssisə və təşkilatları tərəfindən təxminən 3,9 milyon manatlıq tender müsabiqəsi keçirilib. Sayt qeyd edir ki, son 10 ay ərzində AMEA-nın institutları, elmi müəssisə və təşkilatları dövlət büdcəsindən ayrılan vəsaitləri tender müsabiqələri vasitəsilə əsasən aşağıdakı istiqamətlərdə xərcləyiblər. İddialara görə, mətbəə, çap məhsulları, dəftərxana və təsərrüfat malları ilə bağlı xərclər (kitab, jurnal və s.) – 1 milyon 322 min manat, maşın, avadanlıq, inventar, xüsusi geyimlər, təsərrüfat malları və s. ilə bağlı xərclər – 1 milyon 252 min manat, elmi-tədqiqat, proqram təminatı və s. işlərlə bağlı xərclər – 761 min manat, cari təmir işləri ilə bağlı xərclər – 304 min manat təşkil edib.

  • “Təsəvvür edin ki, Nəsiminin 650 illiyinə həsr olunan konfransın materialları indiyə qədər çap olunmayıb”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, tanınmış dilçi-alim İdris Abbasov öz “Facebook” hesabında  yazıb: “Mətbuat xəbər verir ki, son 10 ay ərzində AMEA-nın institutları, elmi müəssisə və təşkilatlarında mətbəə, çap məhsulları, dəftərxana və təsərrüfat malları (kitab, jurnal və s.) ilə bağlı dövlət büdcəsindən ayrılan xərclər 1 milyon 322 min manat təşkil edib. Görəsən, bu vəsaitə 10 ay ərzində hansı fundamental kitablar çap olunub? Onu bilirəm ki, Mirzə Kazımbəyin “Azərbaycan dilinin ilk elmi qrammatikası” (1846, 1000 səh.) və italyan Pietro della Vallenin 400 il əvvəl yazdığı “Azərbaycan dilinin orijinal qrammatikası” (1620, 1096 səh.) kimi dövlət əhəmiyyətli möhtəşəm dil abidələrinin nəşrinə 1 manat da ayrılmayıb. Hər iki kitab müəlliflərin boğazlarından kəsdikləri vəsait hesabına az sayda çap edilib. Göstərsinlər, görək, bəlkə daha vacib əsərlərə pul ayırılıb?”

Mətbuatda yer alan məlum iddialarla bağlı İ.Abbasov “Bakı-Xəbər”ə bildirdi ki, bunun nə dərəcədə dəqiq olub-olmadığını deyə bilməz, amma AMEA-nın aidiyyəti təşkilatı - mühasibatlıq bu məsələ ilə bağlı elmi ictimaiyyətə, cəmiyyətə hesabat təqdim etməlidir. İ.Abbasovun sözlərinə görə, bu hesabatın, birmənalı olaraq, hazırlanıb təqdim edilməsi vacibdir ki, AMEA-ya ayrılan vəsaitin hansı istiqamətlərə, hansı işlərə xərcləndiyi məlum olsun: “İddiaların əsasının olub-olmadığını demək çətindir. Amma mən özümdən çıxış edərək demək istəyirəm ki, böyük fundamental dəyərə malik, dövlətimiz üçün əhəmiyyətli sərvət olan “Mirzə Kazımbəy. Türk-tatar dilinin ümumi qrammatikası. Tərcümə, tədqiqat şərh” kitabının çapına Akademiya bir manat da olsa vəsait ayırmayıb. Bu kitabı öz vəsaitimə çap etdim. Bundan başqa, “Azərbaycan dilinin orijinal qrammatikası” kitabını da öz vəsaitimiz hesabına nəşr etdirdik.

Bilirsiniz ki, 2019-cu il Prezident İlham Əliyevin sərəncamı ilə “Nəsimi ili” elan edildi. “Nəsimi ili” çərçivəsində Dilçilik İnstitutunda 2019-cu ilin noyabrında Nəsimi ilə bağlı konfrans keçirildi. Təsəvvür edin ki, Nəsiminin 650 illiyinə həsr olunan konfransın materialları indiyə qədər çap olunmayıb. Səbəb isə “pul yoxdur” göstərilir. Nəsiminin 650 illik yubileyinə həsr edilən konfransın materiallarını toplu şəklində çap etməyə Dilçilik İnstitutunun rəhbərliyi vəsait tapa bilmir. Bu günə qədər bu məsələ gerçəkləşməyib. Bu nə deməkdir? Mən hələ təkcə bizim institutu götürürəm. Həmin vəsait hesabına hansı kitablar nəşr edilib? Bunun hesabatını versinlər ki, bu fundamental əsərin çapına bu qədər vəsait ayırıb onu çap etmişik. Mən görməmişəm ki, Akademiya Dilçilik İnstitutuna aid olan lazımi əsərlərin çapına  vəsait ayırsın. Ümumiyyətlə, əgər kitabların, jurnalların  və sair çapına bu qədər vəsait ayrılıbsa, onda o vəsait nəyə xərclənib? Bu barədə mühasibatlıq açıqlama verməlidir ki, doğrudanmı mətbuatda yazıldığı kimi, AMEA-ya 10 ay ərzində 1 milyon 322 min manat ayrılıb? Ayrılıbsa, o vəsait hara və nəyə xərclənib, bu pula hansı kitablar, jurnallar nəşr olunub? Bu çox maraqlıdır. Onlar bu barədə məlumat verməlidirlər” - deyə İ.Abbasov qeyd etdi.

İ.Abbasovun sözlərinə görə, dövlət atributu olan Azərbaycan dili ilə bağlı 400 il bundan əvvəl yazılan və heç kəsin araşdırmadığı, Vatikanda əlyazma şəklində qalan bir əsərin çapına da AMEA biganə yanaşıb. “Biz bu əsəri dirçəldirik, amma AMEA tərəfindən heç bir reaksiya verilmir. Burada şəxsi maraqlar, intriqalar önə çıxır. Yəni bu məsələyə ögeylik var” - deyə müsahibimiz vurğuladı.

Onun fikirlərindən belə nəticəyə gəldik ki, AMEA-ya ayrıldığı iddia edilən 1 milyon 322 min manatın taleyi müəmmalıdır və bu məsələyə AMEA, onun mühasibatlığı aydınlıq gətirməli, həqiqətən də dövlət büdcəsindən bu quruma 10 ay ərzində bu qədər vəsait ayrılıbsa, onun hansı istiqamətlərə xərcləndiyi ictimaiyyətə açıqlanmalıdır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ