Cümə günü, 13 noyabr 2026
     

Koronavirus testi kimi çox məsuliyyətli işi özəl klinikalara necə ümid etmək olar... Ortada saxta arayışlar da varsa...

Image


Azərbaycanda koronavirus pandemiyasının yayılmağa başladığı ilk vaxtlardan bu günədək tez-tez bəzi mütəxəssislərdən eşidirik ki, koronavirus xəstələrinin müalicə edilməsi prosesinə özəl klinikalar da qoşulmalıdır. Hətta bəzi mütəxəssislər deyirlər ki, laboratoriyası olan istənilən özəl klinikaya koronavirusa görə test aparmaq şəraiti yaradılmalıdır.

Onlar hesab edirlər ki, özəl klinikalar bu məsuliyyətli və ciddi məsələnin öhdəsindən gələ bilərlər.

Onu da qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də “Trend”ə açıqlamasında deyib ki, testlərin aparılması ilə bağlı hər hansı qadağanın qoyulmasını düzgün saymır: “Laboratoriyasında bu analizləri apara bilən istənilən özəl klinikaya koronavirusa görə test aparmaq imkanı verilməlidir. Bu məsələ ilə bağlı hər hansı qadağa, məhdudiyyət qoymaq başqa qanunsuz əməllərin yaranmasına gətirib çıxarır”.

M.Quliyev qeyd edib ki, əslində, ölkədə COVID-19-a görə test apara biləcək kifayət qədər özəl klinika var. Onun sözlərinə görə, laboratoriya analizləri aparmaq üçün lisenziyası olan istənilən klinika bu testi edə bilər.

Bəzi mütəxəssislər isə hesab edirlər ki, Azərbaycanda özəl klinikaların çoxunun reputasiyası zədəli olduğu üçün, onlara bu imkanı yaratmaq düzgün olmazdı. Mütəxəssislərə görə, indiyə qədər bir çox özəl klinikanın infeksion xəstəlikləri müəyyən etmək üçün normal laboratoriyası yoxdur, onlar çox zaman pasientdən götürdükləri analizləri xarici ölkələrə, xüsusən də Türkiyəyə göndərirlər və analizin nəticələri oradan gəlir. Bir çox özəl klinika analiz götürdüyü pasientlərə yanlış diaqnozlar qoyub, analizlərinin cavabını səhv verib. Bundan başqa, bildirilir ki, özəl klinikalar bir-birinin analizlərini qəbul etmirlər, biri digərinin laboratoriyasında götürülən analizə şübhə ilə yanaşaraq, pasientə “bu analizin cavabını qəbul edə bilmərik, nə bilək doğrudur, yoxsa yanlış, siz bizim klinikada analiz verməlisiniz” deyiblər. Demək olar ki, hər birimiz bu halla üzləşmişik.

Məsələnin bu cür ciddi olduğu şəraitdə koronavirus testlərinin aparılması işinin özəl klinikalara da həvalə edilməsinin perspektivini görməyən mütəxəssislər qeyd edirlər ki, bu gün ən uyğun və etibarlı yer dövlət laboratoriyalarıdır, onlar da bütün uyğun vasitələrlə, avadanlıqlara təchiz ediliblər. Mütəxəssislər hesab edirlər ki, koronavirus testlərinin aparılması işinə özəl klinikalar qoşularsa, bu, testlərin qiymətinin daha da artması ilə nəticələnə bilər. Dövlətin koronavirus xəstələrinin müalicə prosesinə özəl klinikaları cəlb etmədiyini deyən mütəxəssislərin sözlərinə görə, bu gün koronavirusun müəyyən edilməsi və bu xəstəliyə tutulan insanların müalicəsi üçün dövlətin kifayət qədər resursu var.

  • Rafis Bağırov: “Bəzi klinikalara həvalə etmək olar, amma...”

Tanınmış tibb mütəxəssisi Rafis Bağırov isə hesab edir ki, özəl klinikalarda da peşəkar həkimlər var, bəzi klinikaların laboratoriyaları yüksək səviyyədə qurulub. R.Bağırovun sözlərinə görə, COVID-19 testlərinin keçirilməsi işini bəzi özəl klinikalara etibar etmək olar, lakin gərək Səhiyyə Nazirliyi bu məsələyə ciddi nəzarət etsin. Müsahibimiz qeyd etdi ki, özəl klinikaların reputasiyasına mənfi təsir edən, xəstələrə yanlış diaqnoz qoyan şəxslər işdən kənarlaşdırılıblar. “Hesab edirəm ki, bu işi bütün özəl klinikalara deyil, bəzi klinikalara həvalə etmək olar. Amma prosesə Səhiyyə Nazirliyinin ciddi nəzarət etməsi vacibdir. Yoxsa, hansı xəstəxana istədi koronavirus testi keçirməli deyil. Avropadan gələn testlər kifayət qədər yaxşı testlər sayılsa da, onlarda müəyyən qədər səhv göstəricilər olur. Bu gün görürsən ki, şəhərimizdə bəzi klinikalar koronavirus testi keçirir, həmin testlərin nəticələri ilə bağlı Səhiyyə Nazirliyi məlumat verməlidir ki, hansının nəticəsi düzdür, hansınınkı yanlışdır. Ona görə də bəzi özəl klinikalar da hardan gəldi test tapıb koronavirus analizi götürürlər. Səhiyyə Nazirliyi camaatı məlumatlandırmalıdır. Bu ona görə lazımdır ki, özəl klinikalarda, xəstəxanalarda camaatı aldadıb, yalandan pulunu alıb analiz götürülməsi hallarının qarşısı alınsın” - deyə müsahibimiz qeyd etdi.

  • Pərvanə Vəliyeva: “Dövlət xəstəxanaları, özəl klinikalar da həmin reagentlərdən istifadə edirlər”

“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizdə ABŞ istehsalı olan testlər tətbiq edilir. “Əslində, özəl klinikalara da testlərin verilməsi rəqabət mühitinin formalaşması baxımından müsbətdir. Çünki ölkəmizə idxal edilən bütün testləri eyni firma istehsal edir və hamısı eyni məhsuldur. Dövlət xəstəxanaları, özəl klinikalar da həmin reagentlərdən (reaktiv) istifadə edirlər. Bütün dünyada, o cümlədən, Azərbaycanda SARS CoV-2 PCR testləri CFR96_BİO-RAD ABŞ istehsalı olan aparatla aparılır. Biz təşkilat olaraq bu testlərlə bağlı araşdırma aparmışıq. İlk əvvəllər bir neçə özəl tibb müəssisəsində bu testlər verilirdi, bunu da əsasən xaricə getmək istəyənlər verirdi. Onun da qiyməti 120-130 manat arasında dəyişirdi. Hazırda araşdırmışıq, bu qiymətlər də, demək olar ki, tənzimlənib. Bəzi özəl tibb mərkəzlərində bu testlərin qiyməti 50, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində isə 40 manatdır, xaricə getmək istəyənlər bu testləri verirlər. Bu da testlərlə bağlı əlçatanlığı təmin edib. Çünki bilirsiniz ki, simptomların qiymətləndirmə şkalasına əsasən, bir neçə simptom olarsa, dövlət təcili tibbi yardımları gəlir və həmin testləri pulsuz şəkildə edirlər. Amma bir-iki gün qızdırması olan adam narahatlıq keçirirsə, onlar ya özəllərdə, ya da dövlət müəssisələrində ödənişli testlər verirlər”.

Sözügedən firmanın testlərinin 100 deyil, 70 faiz düzgün nəticə verməsi məsələsinə gəlincə, P.Vəliyeva bunun səbəbinin götürülən yaxmaların vaxtında ünvana çatdırılmaması ilə bağlayır: “Yaxmanın hansı şəraitdə götürülməsi, tibb işçilərinin onu götürərkən qaydalara tam əməl edib-etməməsi, düz, yaxud yanlış götürməsi, vaxtında onu laboratoriyaya çatdırıb-çatdırmaması nəticəyə təsir edir. Bütün qaydalara əməl etməklə tibb işçiləri o yaxmanı vaxtında laboratoriyaya çatdırıblarsa, həmin test nəticəni düzgün göstərir. Amma elə olur ki, tələbat çox olur, yaxmanı laboratoriyaya vaxtında çatdırmırlar, buna görə də nəticə səhv çıxa bilir” - deyə P.Vəliyeva qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ