Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa edilən binanın qarşısında bankomat quraşdırılıb.
Baki-xeber.com xəbər verir ki, Kapital Bank bina sakinlərinin rahatlığını təmin etmək məqsədilə binanın qarşısında bankomat yerləşdirib.
Ərazidə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "BakıKart" yükləmə aparatı da qoyulub.
Binada yaşayan jurnalistlər Kapital Bank və Bakı Nəqliyyat Agentliyi rəhbərliyinə təşəkkürlərini bildiriblər.