Cümə günü, 13 noyabr 2026
     

Məktəblərin açılması ilə bağlı xüsusi qərar veriləcək, məktəb ləvazimatlarının satışı üçün yarmarkalar...

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Trend-in məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri - Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov jurnalistləri maraqlandıran suallara cavab verib.

  • Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

H.Hacıyev deyib ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Virusla bağlı vəziyyət sabitləşib və yoluxmalar azalıb. H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub.

  • Dünya təcrübəsi göstərir ki, yumşalmalara getdikcə yoluxmaların sayı artır

 “Koronavirusa yoluxmanın artmasının qarşısını almaq üçün vətəndaşlarımızı karantin qaydalarına əməl etməyə çağırırıq” - deyən H.Hacıyev bildirib ki, virusla bağlı bugünkü rəqəmlər bizi sevindirir, ancaq dünya təcrübəsi göstərir ki, yumşalmalara və açılmalara getdikcə yoluxmaların sayı artır: “Buna görə də vətəndaşlarımız diqqətli olmalı və qaydalara riayət etməlidir”

  • Metro nə vaxt açılacaq...

H.Hacıyev bildirib ki, sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Bakıda metropolitenin açılması ilə bağlı müzakirələr gedir.

H.Hacıyev qeyd edib ki, bununla bağlı ölkə ictmaiyyətinə əlavə məlumat veriləcək.

H.Hacıyev əlavə olaraq qeyd edib ki, yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək.

  • Koronavirusa qarşı vaksinlərin yaradılması Azərbaycanın tərəfindən diqqətdə saxlanılır

Prezidentin köməkçisi deyib ki, Operativ Qərargah nəzdində yaradılmış xüsusi qrup koronavirusa qarşı vaksinlərin yaradılması istiqamətində iş aparan dünyanın aparıcı şirkətləri ilə təmasları davam etdirir.

H.Hacıyev bildirib ki, dünya səviyyəsində qəbul olunmuş və sertifikatlaşdırılmış vaksinlərin ölkəyə gətirilməsi və tətbiq olunması istiqamətində məsələlər diqqətdə saxlanılır. O qeyd edib ki, burada dərin araşdırma aparmağa ehtiyac var və yan təsirləri olmayan və dünya səviyyəsində sertifikatlaşdırılan vaksinlər diqqətdə saxlanılacaq.

  • İctimai nəqliyyatla bağlı əlavə qərarlar verilə bilər

İctimai nəqliyyat haqqında danışan H.Hacıyev bildirib ki, ictimai nəqliyyatda xəttə olan avtobusların sayı artırılıb ki, sıxlıq aradan qaldırılsın. O qeyd edib ki, məktəblərin açılması ilə bağlı da qarşıdan gələn dövr ərzində Bakı Nəqliyyat Agentliyi tərəfindən əlavə tədbirlər görüləcək ki, yarana biləcək sıxlıq aradan qaldırılsın.

PA rəsmisi qeyd edib ki, ictimai nəqliyyatla bağlı vəziyyət təhlil edilərək əlavə qərarların verilməsi istisna deyil.

  • Hikmət Hacıyev: Karantinə görə atamı axırıncı dəfə mart ayında görmüşəm

“Biz də istərdik ki, rayonlara gediş-gəliş açılsın, ancaq çox təəssüf ki, bu gün bu şad xəbəri çatdırmaq iqtidarında deyilik” – deyən H.Hacıyev bildirib ki, hər kəs rayonlara gediş-gəlişin açılmasını istəyir: “Mənin atam Gəncə şəhərində yaşayır və mən öz atamla sonuncu dəfə mart ayının 13-də görüşmüşəm. Mən də istərdim ki, rayonlara gediş-gəliş olsun. Ancaq çox təəssüf ki, hazırki vəziyyətdə bu xəbəri çatdırmaq iqtidarında deyilik. Rayonlara gediş-gəlişin bağlı qalması vətəndaşlarımızın təhlükəsizliyi üçün vacibdir. Ümud edək ki, yaxın zamanlarda bu xəbəri çatdırmaq iqtidarında olacağıq”.

  • Xarici ölkələrdən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir

PA rəsmisi bidirib ki, xarici ölkələrdən vətəndaşlarımızın həm quru, həm də hava yolu ilə koronavirus testi əsasında ölkəyə gətirilməsi prosesi davam etdirilir. H.Hacıyev qeyd edib ki, vətəndaşlarımız hazırki dövrdə ciddi zərurət olmadan xarici ölkələrə getməkdən çəkinməlidir: “Biz vətəndaşlarımıza çağırış edirik ki, ciddi zərurət olmadan xarici ölkələrə səfərdən çəkinsinlər. Sanitar-epidemioloji vəziyyət hər an pisləşə bilər və vətəndaşlarımızın ölkəyə qayıtmasında çətinliklər yarana bilər”.

  • Toy və yas mərasimləri ilə bağlı qadağalar qüvvədə qaldı

“Toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağalar hələki qüvvədə qalır” – deyən H.Hacıyev bildirib ki, toy və yas mərasimləri ilə bağlı qadağalar, o cümlədən qanunlar hamı üçün bərabərdir.

PA rəsmisi əlavə edib ki, restoranların qapalı məkanda fəaliyyəti ilə bağlı da yekun qərar hələ qəbul edilməyib.

  • Məktəb ləvazimatlarının satışı üçün yarmarkalar...

PA rəsmisi deyib ki, məktəblərin açılması ilə bağlı uşaqlara geyim və məktəb ləvazimatlarının alınması üçün ənənəvi qaydalardan, o cümlədən yaramarkaların təşkil olunması metodundan istifadə oluna bilər.

H.Hacıyev bildirib ki, ancaq hələki böyük ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur: “Müəyyən yarmarkalar təşkil oluna bilər. Ancaq iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur. Tələskənlik əldə edilmiş müsbət tendensiyada əks effekt verə bilər”.

  • Naxçıvandan başqa daxili hava reyslərinin bərpası ilə bağlı hələki qərar yoxdu

“Azərbaycanda daxili hava reyslərinin bərpası ilə bağlı hələki qərar yoxdur” – deyən H.Hacıyev bildirib ki, hazırda Bakı-Naxçıvan arasında hava reysləri həyata keçirilir: “Ermənistanın işğalçı siyasəti səbəbindən Bakı ilə Naxçıvan arasında yalnız hava yolu ilə əlaqə mövcuddur. Bu səbəbdən Bakı-Naxçıvan avia reysləri həyata keçirilir. Ancaq rayonlara gediş-gəliş bağlı olduğu üçün Bakı-Gəncə hava reylərinin də bərpa edilməsinə qərar verilməyib”.

  • Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar aparılır

H.Hacıyev qeyd edib ki, Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar gedir. H.Hacıyev bildirib ki, Almaniyanın “Lufthansa” şirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət edilib. Onun sözlərinə görə, digər aviaşirkətlərdən də müraciətlər daxil olub və müxtəlif ölkələrlə aviareyslərin bərpa olunması istiqamətində danışıqlar aparılır”.

  • Ölkəyə qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək

A.Qurbanov isə deyib ki, dünyada yoluxma halları artmaqdadır: "Azərbaycandakı vəziyyət idarəolunandır. Bu bizi sevindirir. Sərt karantin rejimi tədricən yumşaldılır. Xalqımızın bu prosesdə kütləvi iştirakı vacibdir. Karantin rejimi yumşaldıqca qorunma tədbirləri daha da sərtləşməlidir. Məhz bu gündəlik həyatımıza qayıtmağımıza yardım edəcək. Qarşıdan soyuqlar gəlir, infeksiyanın artması təhlükəsi var. Qrup və qripə bənzər infeksiyalar arta bilər. Bununla bağlı dövlət tərəfindən tədbirlər görülür. Ölkəyə qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək. Bununla bağlı işlər görülür.

Hesab edirik ki, tədris mövsümündə də qaydalara riayət olunmalıdır. Bu halda biz virusun yayılmasının qarşısını ala bilərik"

  • Karantin rejimi ilə bağlı qərar seroloji testlərin nəticələrindən asılı olaraq verilə bilər

“Seroloji testlər mikroorqanizmlərin törətdiyi xəstəliklərdə istifadə edilir” deyən  A.Qurbanovun sözlərinə görə, bu testlərlə qanda anticismlər aşkar edilir: "Anticisim testi ilə biz aşkar edə bilirik ki, kim bu xəstəliyi keçirib. Bu bir növ pronostik əhəmiyyət kəsb edir. Bu test könüllülük əsasında keçirilir. Amma hər şəxsdə deyil. Biz bilsək ki, əhalinin 90 faizi bu xəstəliyi keçirib, karantin rejimini daha da yumşalda bilərik. Əgər nəticə əldə edilsə ki, əhalinin 20-30 faizi bu xəstəliyi keçirib, o halda biz karantin rejimini sərtləşdirmək məcburiyyətində qalacağıq. Yəni biz bu testlərlə əhalinin hansı faizinin bu virusa yoluxub sağaldığını müəyyən edəcəyik".

  • Tədris ilinin başlanması adi qaydada olmayacaq

Tədrisin bərpası ilə bağlı xüsusi qərarın veriləcəyini deyən A.Qurbanovun sözlərinə görə, tədris başlasa da sıxlıq maksimum azalacaq. Yuxarı siniflər dərslərini onlayn qaydada davam etdirəcək. Epidemioloji vəziyyət bizə imkan verənə qədər onlayn dərslər davam edəcək. Tədrisin bərpası ilə bağlı xüsusi qərar veriləcək.

A.Qurbanov bildirib ki, mühazirələr onlayn qaydada aparılacaq. Elə hesab olunanmamalıdır ki, senytabrdın 15-dən tədris adi qaydada davam etdiriləcək.

  • Məktəblilər virusu əsasən yüngül formada keçirir

A.Qurbanov deyib ki, məktəb yaşlı uşaqlar elə bir qrupdur ki, onlarda virus əsasən asimptomatik olur. Onun sözlərinə görə, məktəblərdə virusun yayılmasından narahatlıq yoxdur: "Biz qorxuruq ki, uşaqlar daşıyıcı olub yoluxdura bilər. Ona görə də biz məktəblilərin toplanmasından ehtiyat etmirik. Biz əsasən şagirdlərin müəllimlərlə təması nəticəsində bu virusun yayılmasından ehtiyat edirik. Yəni şagirdlər bu virusa yoluxaraq başqalarına yoluxdura bilər"

A. Qurbanov bildirib ki, buna görə də hesab olunur ki, məktəbə qədər müəssiələrin açılmasında xüsusi qaydalar olacaqdır. Sxılığın azaldılması, kütləviliyin az olması ilk növbədədir. Valideynlərlə məktəbəqədər müəssisələrin müəllimlər arasında müzakirələrin aparılması, prosesin nizamlanması ilə uşaqların yoluxması məsələsi minumuma endiriləcəkdir.

  • Antivirus preparatları xəstəxanalarda müalicə olunanlara verilir

“Antivirus preparatları xəstəxanalarda müalicə olunan şəxslərə verilir” – deyən A.Qurbanovun sözlərinə görə, hazırda xəstəxanalarda müalicə alan şəxslər hazırda müalicəsini davam etdirir: "Hazırda xəstəxanalarda kifayət qədər yerlər var və yer çatışmazlığı yoxdur. Simptomlu xəstələr aşkarlanarsa, həmin şəxslər xəstəxanalara yerləşdirilir və müalicələri dövlət hesabına həyata keçirilir".

  • Azərbaycanada vaksin ilk olaraq kimlərə vurulacaq…

A.Qurbanov bildirib ki, vaksinlər sağlam insanlara vurulur ki, onlar yoluxmasın. Onun sözlərinə görə, mövsümü qrip əleyhinə vaksinlər 4 valentli qrip əleyhinə vaksinlərdən istifadə olunması müzakirə olunur. Bu sınanmış və zərərsiz vaksindir. Yaşlı və zəifləmiş şəxslərə vaksinasiyaların gətirilməsi planlaşdırılır. Vaksinlər gətiriləndə sonra həmin risk qrupuna vurulması planlaşdırılır ki, həmin şəxslər qripə yoluxub zəifləməsin, ona görə də Azərbaycana vaksin gətiriləndən sonra ilk növbədə risk qrupuna daxil olan şəxslərə vurulacaq”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ