Fatimə İsmayılova Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən V.Əvəzov adına 300 saylı tam orta məktəbin 8 y sinfinin şagirdidir.
Fatimə hələ balaca olmasına baxmayaraq, həyatda arzularını, istədiklərini mümkün qədər reallaşdırmağa can atır. Bacardığı qədər bu istiqamətdə əlindən gələni edir. Toxumağa, rəsm əsərləri çəkməyə və müxtəlif cür əl işləri düzəltməyə həvəsi var. Yaradıcı təbiətli Fatimənin əl işləri maraq doğurur. Öz üzərində işləyir və çalışır ki, bacarıqlarını durmadan təkmilləşdirsin. Həm də düzəltdiyi əl işlərindən mənəvi zövq alır.
Fatimə bu sənəti çox sevsə də, dərslərini də unutmur, orta məktəbdə bu günədək qiymətləri yaxşı olub. Bir sıra müsabiqələrdə uğurla iştirak edib və müvafiq sertifikatla təltif olunub.
Bacardığımız qədər belə istedadlı uşaqları daha da həvəsləndirmək üçün onlara dəstək olmalıyıq. Bizim onlara dəstəyimiz və köməyimiz istedadlarının daha da üzə çıxmasına səbəb olacaq. Beləliklə, daha da gözəl işlər görməyə, dərslərində də uğurlar qazanmağa çalışacaqlar.
Ülviyyə NAĞIYEVA