Cümə günü, 13 noyabr 2026
     

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında ikili diplom üzrə müqavilə imzalandı… - FOTO

Image


Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında beynəlxalq ikili diplom proqramı üzrə müqavilənin onlayn imzalanma mərasimi keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə keçirilən imzalanma mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorun müdiri Müjdat Həsənov, BMU-nun rektoru, professor Havar Məmmədov, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov, İnha Universitetinin rektoru,  professor Myung Vu Ço və universitet heyəti, həmçinin Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tong Op Kim iştirak edib.

Təhsil nazirinin müavini İdris İsayev ikili diplom proqramı üzrə müqavilənin imzalanmasının əhəmiyyətini vurğulayıb.  O, cari ilin əvvəlində İnha Universitetinin nümayəndə heyəti ilə görüşlərin keçirildiyini, eyni zamanda həmin vaxt iki universitet arasında anlaşma memorandumunun imzalandığını diqqətə çatdırıb və indi imzalanan müqavilənin uzunmüddətli əlaqələrin qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. İ.İsayev göstərdikləri əməyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi,  İnha Universiteti və BMU-nun əməkdaşlarına təşəkkür edib. Nazir müavini bu proqramın Azərbaycanda mühəndislik sahəsində təhsilin məzmununun inkişafına kömək edəcəyinə əminliyini söyləyib.

İ.İsayev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın universitetlər üçün  yaratdığı əlavə imkanları qeyd edib. O, mühəndislik sahəsi üzrə həyata keçirilən ikili diplom proqramının yerli proqramların keyfiyyətini artıracağını və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına kömək edəcəyini bildirib.

İnha Universitetinin rektoru, professor Myung Vu Ço rəhbərlik etdiyi universitetin tarixi haqqında məlumat verib. 1954-cü ildə Mühəndislik Kolleci kimi fəaliyyətə başlayan İnha Universitetinin bu gün Koreyanın ən üstün keyfiyyətə malik və innovativ universitetlərdən biri olduğunu diqqətə çatdırıb. O, İnha Universitetinin BMU ilə qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində görəcəyi işlərdən danışıb, beynəlxalq əməkdaşlıq platformalarının əhəmiyyətini vurğulayıb. Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından bəhs edən rektor professorların və gənc tədqiqatçıların ikili proqram səviyyəsində birgə müştərək əməkdaşlıq imkanlarını dəyərləndirib.  

BMU-nun rektoru, professor Havar Məmmədov iki ölkənin nüfuzlu ali təhsil müəssisələri arasında ikili diplom proqramının Azərbaycanın gənc mühəndis kadrlarla təmin olunması üçün böyük imkanlar açacağını bildirib.  O, gənc universitet olan BMU-nun əldə etdiyi nailiyyətlərə toxunub və müqavilə çərçivəsində İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi və İnformasiya texnologiyaları (Bakalavr pilləsi üzrə) ixtisasları üzrə mütəxəsislərin təcrübəli professor – müəllim heyəti tərəfindən hazırlanacağını qeyd edib. Rektor məzun olacaq tələbələrin Azərbaycanın müxtəlif sənaye müəssisələrində çalışaraq ölkəmizin iqtisadi inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

H.Məmmədov müqavilənin Cənubi Koreya ilə Azərbaycanın təhsil və mədəniyyət sahəsində olan əlaqələrin də inkişaf etməsinə öz müsbət təsirini göstərəcəyini diqqətə çatdırıb. 2020-ci ildə Koreya Respublikasının Seconq İnstitutu və İnha Universiteti ilə birgə BMU-nun nəzdində Xırdalan Seconq İnstitutunun təsis edildiyini sözlərinə əlavə edən rektor cari ilin sentyabr ayından tələbələrə, müəllimlərə, Koreya dilini öyrənmək istəyənlərə bu dilin peşəkar koreyalı, həmçinin azərbaycanlı müəllimlər tərəfindən tədris ediləcəyini deyib. Proqram 3+1 modeli əsasında qurulub. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaqlar. Diplom işini ingilis dilində hazırlayıb müdafiə etdikdən sonra tələbələr iki diplom əldə edəcəklər. Cari proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur.

Rektor bildirib ki, COVİD-19 pandemiyası dövründə bəzi məhdudiyyətlərin yaranmasına baxmayaraq, BMU bütün imkanlardan səmərəli istifadə edərək tədrisi keyfiyyətli təşkil etməyə çalışacaq, universitetin müasir maddi – texniki bazası, kitabxanası, Texnoparkı, müxtəlif laboratoriyaları tələbə və müəllimlərin ixtiyarında olacaq.

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tong Op Kim beynəlxalq ikili diplom proqramı üzrə müqavilənin imzalanması münasibətilə təbriklərini çatdırıb və bu tədbirin iştirakçısı olmaqdan məmnunluğunu bildirib. O, pandemiya səbəbindən mərasimin yüksək səviyyədə onlayn təşkil edilməsini Təhsil Nazirliyi, BMU və İnha Universitetinin məsul əməkdaşlarının işə bəslədikləri xüsusi diqqət və səyin nəticəsi kimi dəyərləndirib.

Səfir Koreya və Azərbaycan arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu , həmin dövrdən indiyə qədər 2 dövlət arasında dövlət başçıları başda olmaqla müxtəlif dövlət rəsmiləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil edildiyini xatırladıb. Bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan mübadilə və əməkdaşlığın davamlı olaraq genişləndirilməsi mövcud münasibətlərin gələcəyinin parlaq olacağına əsas yaradır. Əlaqələrin inkişaf etdirilməsi baxımından İnha və BMU arasında ikili diplom proqramı üzrə müqavilənin imzalanması xüsusi əhəmiyyət kəsb edir.

Sonra iki universitet arasında beynəlxalq ikili diplom proqramı üzrə müqavilə imzalanıb.

İmzalanma mərasimi başa çatdıqdan sonra proqrama dair mətbuat konfransı keçirilib. Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorun müdiri Müjdat Həsənov, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov ikili diplom proqramı haqqında ətraflı məlumat verib, eyni zamanda ünvanlanan sualları cavablandırıb.  




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ