şənbə günü, 26 sentyabr 2026
     

Bakıda “Qaçqınkom”un əsas binası qarşısında yolu kəsmək istəyənlərin məsələsi tam aydınlaşdı...

Image


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, avqustun 26-da paytaxtın Yasamal rayonu ərazisində bir qrup şəxs Tbilisi prospektində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında yola çıxaraq təhlükəli vəziyyət yaradıb, avtomobillərin hərəkətini dayandırmağa cəhd göstərib. İctimai asayişin pozulmasına yönələn cəhdin qarşısı ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal alınıb.

Dövlət Komitəsi bildirir ki, həmin şəxslər Yasamal rayonu ərazisindəki yataqxanalarda məskunlaşan, lakin mövcud qaydalar əsasında yeni yaşayış sahəsinə köçürülməsi mümkün olmayan məcburi köçkünlərdir.

Xəbər verildiyi kimi, paytaxtın Qaradağ rayonu ərazisində bu il mayın 28-də  istifadəyə verilmiş “Qobu Park-3” yaşayış kompleksində Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanıb. Köçürülmə işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” əsasında aparılır. Köçürülməyə hazırlıq zamanı Dövlət Komitəsinin müvafiq komissiyasının İşçi qrupu yataqxanalarda müvəqqəti qeydiyyatda olan və faktiki yaşayan hər bir məcburi köçkünə dair məlumatları araşdırıb,  mövcud qayadanın tələbləri əsasında yeni yaşayış sahəsi ilə təmin ediləcək məcburi köçkün ailələri müəyyənləşdirib.

Araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərə yuxarıda qeyd olunan qərarla təsdiqlənmiş qaydalarda təsbit olunan səbəblərdən yeni yaşayış sahəsinin verilməsinin mümkünsüzlüyü aşkara çıxıb.

Belə ki, Yasamal rayonu ərazisində  yerləşən, Azərbaycan Texniki Universitetinin 1, 2, 3, 4, 5, 6 saylı tələbə yataqxanalarında, yataqxana kompleksinin həyətində, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitenin 1, 2, 4, 5 saylı tələbə yataqxanalarında, sanatoriya binasında, yataqxana kompleksinin həyətində, buradakı yarımçıq tikilidə 1340 ailənin müvəqqəti məskunlaşdığı  qeydə alınıb və müvafiq qaydada siyahılaşdırılıb. Bunlardan 1133 məcburi köçkün ailəsi “Qobu Park-3” yaşayış kompleksində müvəqqəti yaşayış sahəsinə – yeni mənzillərə köçürülüb.  Mövcud qaydalar əsas götürülərək, aşağıda göstərilən səbəblərdən 161 ailəyə yeni yaşayış sahəsi verilməyib:

- Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin sakinləri olduqlarına görə - 24 ailəyə;

-müxtəlif vaxtlarda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən ev və ya mənzil aldıqlarına görə - 76 ailəyə;

- məcburi köçkün statusu olmadığına görə - 13 ailəyə;

- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etdiklərinə görə - 24 ailəyə;

-Yasamal rayonunda müvəqqəti və kommunal qeydiyyatı olmadığına, ölkə xaricində olduğuna və məcburi köçkün qadının yerli sakinlə ailə qurması faktına görə -  24 ailəyə.

Yataqxanada faktiki yaşayan 46 ailə mövcud qaydalara uyğun olmayan iddialar irəli sürərək, onlara təklif olunan yeni müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina edib.

Avqustun 26-da Dövlət Komitəsinin qarşısına yığışaraq ictimai asayişi pozmağa cəhd göstərən və ictimai davranış qaydalarına zidd hərəkətlər nümayiş etdirən şəxslərdən bəziləri haqqında məlumatları təqdim edirik.

Hüseynova Nargilə Mürsəl qızı - Füzuli rayonunun məcburi köçkündür. 2008-ci ildə həmin rayonun ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə valideynləri ilə birlikdə müvəqqəti  yaşayış sahəsi ilə - evlə təmin edilib.

Kazımova Nəsibə Kamil qızı- məcburi köçkün statusu yoxdur. Məcburi köçkün olan həyat yoldaşı ilə birlikdə Ağdam rayonu ərazisində 2006-cı ildə salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Aslanova Rübabə Şöhrət qızı –valideynləri ilə birlikdə ailə tərkibində Ağdam rayonu ərazisində 2014-cü ildəməcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Niftəliyeva Leyla Mübariz qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Həyat yoldaşının valideynləri ilə birlikdə ailə tərkibində 2003-cü ildə Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Məstəliyeva Ceyhunə Səməd qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Bakı şəhərinin Yasamal rayonunda hazırda köçürülmə obyekti olan yataqxanada faktiki olaraq yaşamır.

Musayeva Gülnarə Umud qızı– məcburi köçkün kimi qeydiyyatda olduğu Füzuli rayonunda ona məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan ev təklif edilib. Razılaşmayıb.

Haqqında məlumat verdiyimiz şəxsləri və bu qəbildən olan 30-a yaxın məcburi köçkünü Dövlət Komitəsinin sədri Rövşən Rzayev karantin rejiminin qaydalarına uyğun olaraq qoruyucu vasitələrdən istifadə etmək və sosial məsafə gözləmək şərti ilə açıq havada fərdi qaydada qəbul edib dinləyib, onların hər birinə yeni yaşayış sahələrinin verilməsi qaydaları bir daha ətraflı şəkildə izah edilib. Bundan əvvəl də həmin şəxslər Dövlət Komitəsinin sədr müəvinləri, aparat rəhbəri tərəfindən dəfələrlə qəbul ediliblər. Hər dəfə də “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”onlara ətraflı şəkildə izah olunub.

Komitə bir daha xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:

- müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlər;

- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlər və onların ailə üzvləri (şəhid ailələri istisna olunmaqla);

- digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3(üç) ildə həmin obyektdə yerləşib yaşayanlar;

- artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələr;

- əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmiş məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.

Təəssüf doğuran hallardan biri budur ki, bəzi media qurumları məcburi köçkünlərin haqsız tələblərini heç bir araşdırma aparmadan xüsusi canfəşanlıqla ictimailəşdirir, bununla da vətəndaşlarda dövlət orqanının və onun əməkdaşlarının fəaliyyətinə şübhə və inamsızlıq yaratmaq kimi hüquqazidd əməllərə yol verirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı vətəndaşların və medianın hər bir müraciətini cavablandırmağa, istənilən məsələyə aydınlıq gətirməyə hazırdır.

Unutmayaq ki, Azərbaycan dövləti və onun başçısı məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioriteti elan edib, bu kateqoriyadan olan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir.

Hazırladı: Namiq QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ