Cümə günü, 13 noyabr 2026
     

Müasirliyin, abadlığın 30 yaşlı ünvanı – Sədərək - FOTO

Image


Yazıya giriş

“Sədərək” deyəndə ağla ilk gələn fikir onun ikinci adı olur - Qeyrət qalası. Bu sərhəd bölgəmiz Ordubad qədər zəngin tarixi abidələrə, Şahbuz qədər təbii zənginliklərə malik deyil, tarixə Naxçıvanın “Qeyrət qalası” adı ilə öz möhürünü vurub. 90-cı illərdə muxtar respublikanın digər bölgələrindən köməyə gələnlərlə bərabər bu elin, bu torpağın müdafiəsinə qalxan mərd sədərəklilər itki versələr də, geri çəkilmədilər. Naxçıvana düşmən ayağının dəyməsinə imkan vermədilər. O vaxtdan da ulu öndər Heydər Əliyevin söylədiyi kimi “Qeyrət qalası” adlanır...

Yolumuz Naxçıvanın alınmaz qalasınadır. Qalanın bugünkü müdafiəçilərinə - ordumuza güvənən sədərəklilər qurur, yaradır, bir zamanlar güllə yağan torpağın hər qarışını gülüstana çevirirlər. Naxçıvan-Sədərək magistral yolu ilə avtomobilimiz irəliləyir. Kəngərli və Şərur rayonlarının abad kənd mənzərələri, yaşıllıqlar, yolboyu müşahidə etdiyimiz əkin sahələri, bağının-bağçasının barını satışa çıxaran zəhmətkeş insanlar diqqətimizdən yayınmır. Gözoxşayan mənzərələr yolumuza körpü salıb. Budur, artıq Sədərəyin girişində, tikinti meydançasındayıq. Hazırda inşası aparılan Bayraq Meydanında azadlığımızın carçısı olan bayrağımız dalğalanacaq. Nə gözəl...Bu yol Azərbaycanı qardaş Türkiyə ilə birləşdirən yeganə quru yol, Naxçıvanın Qərbə açılan qapısıdır. Sədərəyə və Türkiyə istiqamətindən Naxçıvana girişdə qonaqları salamlayacaq üçrəngli bayrağımız həm də müstəqilliyimizi və gücümüzü bəyan edən ən ali dəyərdir.

  • Düşmənə göz dağıdır Sədərək

Sədərək rayonunun yaradılmasının 30 ili tamam olur. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 avqust 1990-cı il tarixli Qərarı ilə Sədərək rayonu yaradıllb. Qeyd edək ki, buna qədər Sədərək Şərur rayonunun tabeliyində olub və rayonun yaradılmasında məqsəd, ümumilikdə, Naxçıvanın müdafiəsini gücləndirməyə xidmət edib. Və bu gün bu missiyanı şərəflə yerinə yetirir. Daim sədərəklilərin yanında olan dahi rəhbər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən cəmi iki ay sonra imzaladığı “Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati-ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında’’ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli Qərarı da birbaşa o böyük şəxsiyyətin Sədərək rayonuna qayğı və diqqətinin təzahürü idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamı ilə həyata keçirilən məqsədyönlü tədbirlər sərhəd bölgəsinin inkişafına güclü təkan verib. Sərəncam bölgədə sosial infrastrukturun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcını qoyub. Sərhəd bölgəsində təhsilin, səhiyyənin və mədəniyyətin və digər sahələrin inkişafı, iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində ardıcıl və müvafiq tədbirlər həyata keçirilib. Təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün yeni binalar inşa edilib. Rayonda fəaliyyət göstərən 4 tam orta məktəb və 3 məktəbdənkənar müəssisə maddi-texniki bazasına görə şəhər məktəblərindən heç də geridə qalmır. Bunun nəticəsidir ki, son illər, elmə, təhsilə, müxtəlif peşə sahələrinə maraq artıb. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərinin XI sinfindən məzun olmuş 71 nəfərdən 57-si ali məktəblərə, 6 nəfəri kolleclərə, 15 nəfəri isə Şərur rayon Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd verib. 3 dünya, 14 ölkə, şəhər 11 yerli əhəmiyyətli tarixi abidəsi olan rayonda Tarix-Diyarşünaslıq Muzeyi yaradılıb. Muzey vasitəsilə rayonun 30, Sədərəyin minilliklərə dayanan tarixi tamaşaçılara təbliğ edilir.

Dövlət müəssisələrinin yüksək səviyyədə fəaliyyəti üçün lazımi şərait yaradılıb. İstehsal müəssisələri, xidmət sektoru öz işini günün tələbləri səviyyəsində qurub. Xalça İstehsalı Müəssisəsində qadınların məşğulluğu təmin olunmaqla bərabər, Naxçıvan xalçaçılıq məktəbinin ənənələri yaşadılır. Bir neçə ildir ki, paytaxt şəhərimizdəki “Naxçıvanqala”da keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında Sədərəyin ailə təsərrüfatçıları öz çeşidli məhsulları ilə iştirak edirlər. Ötən il keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında Mehparə Hüseynova keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etdiyinə görə 1-ci yerin qalibi olub.

Bir sözlə, 90-cı illərdə ən ağır günləri yaşayan Sədərəkdən indi əsər-əlamət qalmayıb. Əzəmətli dağlarının qoynuna çıxıb boylananda Sədərəyin bugünkü əzəmətinin şahidi olursan. Bu əzəmət tablosuna yeni quruculuq ünvanları, yaşıllıqlar, gülkarlıqlar, bir də bu gözəlliyi qoruyan zəhmətkeş sədərəklilər daxildir. İndi bu tablonu pozmağı düşmən ağlına belə gətirə bilməz. Sədərək bu gün onlar üçün göz dağıdır. Hələ göz işlədikcə uzanan əkin sahələrini demirik. Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmaqla, rayonun əkinəyararlı torpaq sahələri genişləndirilib. Belə ki, 2010-cu ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilər ötən dövrdə minalardan təmizlənib, meliorativ tədbirlər görülüb, nəzarətə keçən torpaqların 73 hektarı əkin üçün yararlı vəziyyətə gətirilib. Əraziyə yeni yol, elektrik və suvarma xətləri çəkilib. Bu ilin yazından 65,5 hektar sahədə dən üçün qarğıdalı əkini həyata keçirilib. “Kitabi-Dədə Qorqud” dastanında da deyildiyi kimi, “Torpağı qorumasan əkməyinə, əkib-becərməsən, qorumağına dəyməz”. Görünən odur ki, Sədərək torpaqları bu gün həm etibarlı müdafiə olunur, həm də bir qarış torpaq belə boş qalmır, əkilir, becərilir, məhsul bolluğu yaradılır, rayonun, muxtar respublikanın, nəticə etibarilə ölkənin iqtisadiyyatına sanballı töhfələr verilir. Ümumilikdə, Sədərək rayonunda 2020-ci ilin məhsulu üçün 3647 hektar sahədə əkin aparılıb. Sahələrdə bol məhsul yetişdirilib. Məhsul tədarükü, necə deyərlər, qar yerə düşünədək aparılacaq.

  • Yaşıllığa boyanmış Sədərək

Muxtar respublikamızda ekoloji tarazlığın qorunması və ətraf mühitə qayğı prioritet məsələ kimi illərdir ki, diqqət mərkəzində saxlanılır. Keçirilən iməciliklər, artırılan yaşıllıq sahələri dediklərimizin əyani sübutudur. Bütün bölgələri əhatə edən yaşıllaşdırma tədbirləri Sədərəkdən də yan keçməyib. Sədərək həm də yaşıllığı ilə göz oxşayır. 90-cı illərin məlum ağır və böhranlı illərində kəsilən hər ağacın yerinə orta hesabla onlarla ağac əkilib. Hündürlükdən baxanda yaşıllıqlara boyanmış bir Sədərək tablosu gözlərin önündə açılır. Boy-boya verib ucalan ağaclar rayonda salınmış gözəl, yaraşıqlı evləri gizləyir. Təkcə bu ilin ötən dövrü ərzində, ümumilikdə, 1 hektar ərazidə yeni meyvə bağı salınıb. Həmçinin bərpa məqsədi ilə Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissəsində, “Dəhnə” adlanan ərazidə, Gənclər bağında, Gömrük yolunda və rayondaxili bir sıra ərazilərdə, ümumilikdə, 8,7 hektar sahədə 5700 ədəd meyvə, 1200 ədəd meşə, 1570 ədəd həmişəyaşıl, 6830 ədəd gül-bəzək kolları və 1420 ədəd üzüm tingi, Heydərabad qəsəbəsində 500 ədəd çinar və 200 ədəd ceviz ağacı əkilib.

  • Müasirliyi ilə öyündüyümüz Sədərək

2002-ci il avqust ayında muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayon zəhmətkeşləri ilə görüşən ulu öndər Heydər Əliyev əvvəlki illəri belə xatırlayır:“Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm”.

Ulu öndər Heydər Əliyevin şərəfinə adlandırılan Sədərəyin mərkəzi Heydərabad qəsəbəsinin növrağı bu gün hər kəsi sevindirir. Ulu öndərin böyük uzaqgörənliyi ilə 1970-ci illərdə salınan qəsəbə hələ o vaxt ermənilərin mənfur planlarına qarşı atılmış addım idi. Kənddən aralıda salınan qəsəbə ermənilərin torpaq iddialarına tutarlı cavab oldu. Qəsəbə 1990-93-cü illərdə ermənilərin hücumuna məruz qalıb dağıdılsa da, mətanətlə dayandı. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşən sədərəklilər öz torpaqlarını tərk etmədilər, Sədərəyi mərdliklə qorumağa müvəffəq oldular. Və qəsəbə yenidən dirçəldildi.

Abadlığı ilə göz oxşayan Heydərabadın qoynunda salınan sosial obyektlər, inzibati binalar, ikimərtəbəli yaşayış evləri, ötən il istifadəyə verilən 7 mərtəbəli, 48 mənzilli yeni yaşayış binası və digər quruculuq ünvanları ölkəmizdə, o cümlədən muxtar respublkamızda həyata keçirilən sosial-iqtisadi inkişafın bəhrələri, sərhəd bölgəsinə göstərilən diqqətin təzahürüdür. Hazırda rayonda üzrə içməli su və kanalizasiya xəttinin çəkilişi davam etdirilir. Sərhəd bölgəsinin bütün yaşayış məntəqələrini əhatə edən layihəyə uyğun olaraq Heydərabad qəsəbəsində, Sədərək və Qarağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaq. Həmçinin rayon ərazisində Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi davam etdirilir.

2010-cu ildə Sədərək rayonunda sosial obyektlərin açılışında iştirak edən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Biz elə etməliyik ki, hər bir bölgədə bu gözəl təşəbbüslər özünü göstərsin və reallığa çevrilsin. Xüsusilə, Sədərək rayonunda. Çünki siz düşmənlə üz-üzəsiniz. Siz lap sərhəddə yerləşirsiniz. Sədərəklilər, bütün naxçıvanlılar Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşlar, qan tökmüşlər”.

***

Sədərək 30 ilin astanasında daha əzəmətli, daha məğrur görünür. Dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan sərhəd bölgəsi qəhrəmanlığın, əzmkarlığın, yurd, torpaq sevgisinin bariz ünvanı kimi həm də iqtisadi inkişafımızın göstəricisidir.

Mərd, vətənpərvər, zəhmətkeş insanların var olsun! 30 yaşın mübarək, müasirliyi, abadlığı, inkişafı ilə göz oxşayan əziz Sədərək!

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ