Cümə günü, 13 noyabr 2026
     

Dünyam əlimdən çıxır... - Şəmsəddin ƏLİYEV yazır

Image


“Unudulmaqdan qorxduğum üçün yazıram...” - Orxan Pamuk

Yaddaşım məni artıq heç vaxt yaşamayacağım və görməyəcəyim, lakin xoşbəxt sandığım vaxtlara, illərə  qaytarır...Arxada qalan o günlər, aylar və illər başıma qar dənəcikləri kimi tökülür. Uşaqlığım, “qaçaq” günlərim, qədrini bilmədiyim sağlam gəncliyim indi çox uzaqlarda qalıb. İmkanım olanda bir də geriyə  boylanıram, dərindən köks ötürürəm...

Ağ saçlar və alın qırışları da bəzən yalançı olur. Gənclik illərində gözəl qamət axtaran müəyyən vaxtdan sonra təmiz və saf qəlb sorağına çıxır, amma tapa bilmir...

Adətən yaş üstünə illər qalananda xatirələr yada düşür, kövrəlirsən. İnsan da vaxtında, səbrlə “yetişəndə” özünü dərk edir. Böyük Sədi demişkən:“...Bir meyvə ki səbr ilə yetişdi, şəkər oldu...”

Bəzən Adəm övladı ixtiyar çağında yaşına uyğun hərəkət edə bilməyəndə, payızda bivaxt çiçəklənən  ağaca  bənzər. Bivaxt çiçək açan ağacda meyvə qalmaz ki...

“...Payızda bir alça çiçəkləmişdi,

Bir vaxt, yadımdadır, gülmüşdüm ona.

O bəladır gəlib başıma indi.

Düşdüm  o ağacın  bəd qarğışına...”(Musa  Yaqub)

Qocalıq sadəlövhlükdür, az qala hər şeyə inanırsan, hamının halına acıyırsan... Mənsəb sahibi olduğum zamanlarda bir az sərtliyim, hamıya və hətta oxuduqlarıma da inanmadığım günlər yadıma düşür. Kommunistsayaq zaman belə tələb edirmiş. İndi dövran dəyişib, insanlar zəhmətsiz gəlir dalınca düşüb vaxt itirirlər. Qazandıqları və gördükləri əsəb, qəzəb və hiddətdir...

Əslində, qocalıq uşaqlıq və gənclik illəri ilə zənginləşir, müdrikləşir. Buraxdığın səhvlərə, törədilən günahlara görə min kərə peşmanlığını çəkirsən, Tanrıdan məğfirət diləyirsən. Görən qəbul olunarmı?

Uşaqlığın  da gəncliyi və ahıl çağı olmazsa, nakam həyat yaşamağa məhkum olursan...

İmkan tapıb gənclik illərimlə bağlı zamanın ssenari müəllifi və rejissoru olduğu kadrlara baxanda köks ötürürəm...O illərdə qazandıqlarımı - “sərvətimi” istədiyim kimi hamıya sələmsiz borc verdiyimi xatırlayıram. Sinnimin bu vaxtında, indi “qapı-qapı” düşsəm də yığa bilmirəm. Qalıb o dünyanın ədalət  mühakiməsinə... Amma heyfsilənmirəm. Sadəcə, gəncliyim bu günü ilə öyünə və fəxr edə bilər. Bugünüm keçmişi ilə öyünə bilmir. Bir də geri qayıdası olsam, həyatımı başqa cür qurardım... Soruşa bilərsiniz, necə?

Cavab verirəm: Bu illər ərzində hər gün əllərimi yeri-göyü 7 günə Yaradanın dərgahına qaldırıb dua edərdim; Ya Rəbbi! İmkanım olsaydı, bütün dünyanın kin və nifrətini, qəzəb və həsədini, millətlərin bir-birinə olan düşmənçiliyini bir parça buzun üzərində yazardım. Sonra Səndən, Ya Rəbbi, yalnız Səndən Günəşin çıxmasını arzulayardım...

Açığını deyim ki, bu yaşımda tənbəlliyə və işsizliyə görə çox ehtiyatlanıram. İşsizlik,sonra da adamı qollarına alan tənbəllik çox təhlükəlidir... Hər  bir  yaşın  özünəxas cəhətləri varmış...

Zamanında aldığım zərbələrdən bədənim zəifləyib, güc tükənib, əl-ayaq ağırlaşıb “sözə baxmır”, dil dolaşır, yaddaşı və ağılı daha “itiləmək” olmur, dünyanın “dar mənzili” yaxınlaşır. İstəsək də, istəməsək də Əzrayılla“dostluğa”, qolboyun olmağa tələsirik. Qısa“dostluq” sədaqətsizliklə başa çatır...Bundan sonra həyatın heç mənası olarmı!?

Qoca müdrik və təbəssümlü görünəndə qəşəng olur! Qocalığı bacarmaq da böyük bir  incəsənətdir. Biz qocaların müdrikliyindən olduqca az istifadə edirik(?).

72 il ərzində ömrümün ən sakit keçən saatları mənim üçün böyük hadisəyə çevrilib, məəttəl qalmışam bu səlis məntiq qarşısında. Sən demə, 1-dən 2-yə qədər də bir rəqəm varmış. 2 rəqəmi birdən-birə yaranmır ki...

Ağac  işığa-Günəşə sarı nə qədər boy atırsa, kökü də bir o qədər dərinə, sona doğru gedir...İnsan da  ağac kimidir...

Bu çağımda bir daha özümü dərk etməyə çalışıram... Axı,dünyam əlimdən gedir...

Deyirlər ki, dadla bağlı mübahisə etməzlər. Amma görünən odur ki, həyat nə qədər sərt və dolanbac yollarla yadda qalırsa, bir o qədər də dadlıdır, mübahisəyə hacət yox...

Şəmsəddin ƏLİYEV
Hüquqşünas publisist




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ