Cümə günü, 13 noyabr 2026
     

Karantinə zidd toplantılar keçirən məmurların xəstəliyi din xadimlərinə də keçir...

Image


Pandemiya ilə əlaqədar olaraq rəsmən ölkəmizdə bütün istiqamətlərdə kütləvi mərasimlərin, toplantıların keçirilməsi dayandırlıb. Bu, içində yaşadığımız Məhərrəm ayında keçirilən mərasimlərə də aiddir. Bilirik ki, pandemiya üzündən məscidlərdə, eləcə də evlərdə, bir sözlə, qapalı məkanlarda Kərbəla şəhidlərinin xatirəsini anma mərasimlərinin, təziyə məclislərinin keçirilməsinə icazə verilmir.

Dəfələrlə aidiyyəti dövlət qurumlarının, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli şəxslərinin, tanınmış din xadimlərinin çağırışlarına baxmayaraq, bəzi din xadimləri, möminlərin evlərində təziyə məclisləri keçirilir.  

Təəssüflər olsun ki, evində təziyə mərasimi keçirməklə karantin rejimini pozan din adamlarına da təsadüf edirik. “Report”un yaydığı məlumata görə, din xadimi Hacı Tahir (Tahir İbişov) Saatlı rayonunda Məhərrəm ayı ilə əlaqədar olaraq evində təziyə mərasimi keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə 25 sutkalıq həbs olunub.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 21-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Həmçinin, Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı ilə əlaqədar, o cümlədən, “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmağın yolverilməz olduğu barədə açıqlama yayıb.

  • “...insanlarımızın sağlamlığını qorumalıyıq”

Bu istiqamətdə maarifçilik tədbirləri yetərincə aparılmır ki, din adamı karantin qaydalarını pozub?

QMİ-nin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu yöndə QMİ tərəfindən bütün mövcud resurslardan istifadə edilməklə maarifçilik işləri görülüb.

İ.Quliyev qeyd etdi ki, karantin qaydalarını pozan din xadimlərinin heç biri QMİ-də rəsmi qeydiyyatda deyil, onlar müstəqil fəaliyyət göstərən şəxslərdir. “Baş verən bu hal təəssüf doğurur. Məlumat üçün deyim ki, karantin qaydalarını pozanlar QMİ-də rəsmi qeydiyyatda olmayan şəxslərdir. Onlar müstəqil şəkildə dinlə məşğul olan adamlardır. QMİ-də qeydiyyatda olan ruhanilər, imamlar karantin qaydalarının tələblərinə tam cavab verən şəkildə fəaliyyət göstərirlər.

Qaldı ki, bəzi şəxslərin məclislər təşkil etməsinə, əlbəttə, bu məqsədəuyğun deyil. Bu, dövlətin qoyduğu qayda-qanunun əleyhinə çıxmaq kimi dəyərləndirilir. Ola bilsin ki, evində bu mərasimi təşkil edən şəxslər qayda-qanunları yetərincə bilməsinlər, yaxud tövsiyələri lazımi qaydada başa düşməsinlər. Amma bilməlidirlər ki, pandemiya şəraitində qapalı məkanda bir araya toplanmaq yolverilməzdir. Yaxşı olar ki, onlar bu mərasimi ailə çərçivəsində qeyd etsinlər və insanları bir məkana toplamasınlar. Çünki toplantı nəticəsində virusun yayılma təhlükəsi daha da artar, fəsadlar ortaya çıxar. Yenə də deyirəm ki, bu mərasimi keçirən şəxslərin heç biri QMİ-nin rəsmi qeydiyyatında deyil. Onlar fərdi ruhanilərdir, yaxud, ümumiyyətlə, heç din xadimi deyillər, sadəcə olaraq, öz evlərində məclis, mərasim təşkil ediblər. Bunun da qarşısı vaxtında aidiyyəti dövlət qurumları tərəfindən alınmaqdadır” - deyə İ.Quliyev vurğuladı.

İ.Quliyev qeyd etdi ki, dünyanın bir çox ölkəsində pandemiya yayılmaqdadır və bu, öldürücü bir xəstəlikdir. Əfsuslar olsun ki, bunun fəsadlarının ölkəmizdə də göründüyünü deyən QMİ təmsilçisi bildirdi ki, artıq bizim 500-dən artıq vətəndaşımız COVID-19-dan öz həyatını itirib. “Amma şükürlər olsun ki, dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində bu xəstəliyin sürətlə yayılmasının və daha çox fəsada səbəb olmasının qarşısı alındı. Dövlətimiz bu xəstəliyin ölkəmizdə yayılmasını önləmək üçün bütün mümkün olan tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirlərini həyata keçirdi. Cənab Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Operativ Qərargaha mütəxəssislər cəlb edildi. Son vaxlar bu xəstəliyin həm dünyada, həm də ölkəmizdə sürətlə yayılmasının qarşısının alınmasına yardım etmək üçün müxtəlif xarici ölkələrdən Azərbaycana mütəxəssislər, həkim-infeksionistlər, həkim-epidemioloqlar dəvət edildi. Nəticədə də xəstəliyin sürətlə yayılmasının qarşısı alındı, sağalanların sayı yoluxanların sayını üstələdi və az qala 9 minə çatan xəstə sayı 2 mindən aşağı endirildi.

Amma son yumşaldılmalardan sonra son iki-üç günün göstəriciləri bizi bir vətəndaş kimi narahat edir. Çünki görürük ki, yoluxanların sayı sayı bir az çoxalıb. Bunun da baş verəcəyi gözlənilən idi. Çünki bəzi insanlar bu yumşaldılmadan sui-istifadə ediblər. Onlar sosial məsafəni qorumurlar, maska taxmırlar, bəzən bir araya toplanırlar. Bildiyimiz kimi, bu xəstəlik hava-damcı yolu ilə yoluxduğundan, qapalı məkanların hamısı, xüsusən də dini məkanlar, o cümlədən, ziyarətgahlar müvəqqəti olaraq bağlanıb, orada dini ayinin keçirilməsi, hər hansı bir mərasimin təşkil edilməsi qadağan edilib. Əlbəttə, bu başadüşüləndir. Ona görə ki, bu xəstəlik öldürücü xəstəlikdir. Peyğəmbər əleyhisalamın gözəl bir kəlamı var. Buyurur ki, Allah insana imandan sonra ən üstün nemət sağlamlığı verib. Yəni insan üçün sağlamlıqdan üstün bir nemət yoxdur. Bu hədisə dayanaraq deyə bilərik ki, bizim üçün sağlamlıq birinci dərəcəli məsələdir. Təsəvvür edin, sağlamlıq olmasa, insan dini ayinləri necə icra edə bilər? Ona görə də, ilk növbədə, biz sağlamlığımızı qorumalıyıq ki, yeri gələndə dini ayinlərimizi də normal şəkildə yerinə yetirə bilək”.

İ.Quliyevin sözlərinə görə, bu xəstəlik öldürücü təsirə malik olduğundan, QMİ Operativ Qərargahın qərarına, təlimat və tövsiyələrinə uyğun olaraq, məscidləri, ziyarətgahları müvəqqəti olaraq bağlı elan edib. “Yaxşı olar ki, bizim dini kəsim də, dini təbəqəmiz də bu mərasimi fərdi şəkildə evlərdə qeyd etsin, bu mərasimləri qapalı şəkildə kütləvi şəkildə keçirməsin. Çünki buna icazə verilmir. İcazə verilmədiyi halda, kütləvi dini mərasimlərin keçirilməsi Konstitusiyamızın müvafiq bəndinin pozulması deməkdir. Bunu edənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tələblərini pozurlar.

Şübhəsiz, dövlətimiz, dövlətçiliyimiz, qanunlarımız var, biz ibtidai icma dövründə yaşamırıq ki, kimlərsə öz istədikləri kimi hərəkət etsinlər. Ona görə də dövlətimizin mövcud qayda-qanunlarına, bununla yanaşı, bir dini mərkəz, bir dini qurum olan QMİ sədrinin verdiyi tövsiyələrə, tapşırıqlara dini kəsimin əməl etməsi zəruridir, mütləqdir. Dini kəsim bilsin ki, biz bu mərasimin əleyhinə deyilik, heç ola da bilmərik. Aşura mədəniyyəti Azərbaycan xalqının milli-nənəvi mədəniyyətində müstəsna yerə sahibdir. Yüz illərdən bəri xalqımız bu mərasimi keçirməkdədir. Hətta təsəvvür edin ki, xalqımız Sovet dövrünün ən kəskin zamanı olan Stalinizm çağında belə gizlin şəkildə, müxtəlif yollarla bu mərasimi keçirib. Xalqımızın qəlbində Peyğəmbərimizin, əhli-beytin məhəbbəti xüsusi yer tutur. Mərsiyyə janrı bizim ədəbiyyatımızda böyük bir hissəni təşkil edir. Böyük mütəfəkkir Füzulidən, Seyid Əzimdən üzü bəri Sabirə, Vahidə qədər şairlərimiz mərsiyələr yazıblar. Hətta Sovet dövründə Vahidin  mərsiyəsi var. O, Kərbəla şəhidləri haqqında mərsiyə yazıb. Bütün bunların hamısını qeyd etməkdə məqsədim ondan ibarətdir ki, Aşura mərasimi bizim xalqımızın mədəniyyətində xüsusi bir yerə sahibdir. Bu mərasimin əleyhinə deyilik. Sadəcə olaraq, pandemiya dövründə xəstəlikdən qorunmalıyıq və insanlarımızın sağlamlığını qorumalıyıq. Bu xəstəliyin sürətlə yayılmasının qarşısını almaq, fəsadlarını minimuma endirmək üçün dövlət məqsədyönlü tədbirlər görür. Operativ Qərargahın tövsiyələrinə əməl etmək bütün insanlara, o cümlədən də din xadimlərinə vacibdir” - deyə İ.Quliyev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ