Cümə günü, 13 noyabr 2026
     

Pandemiya şəraitində ehsan əvəzinə qanvermə - Azərbaycanın tətbiq etdiyi daha bir unikal üsul...

Image


Azərbaycan dövlətinin seçdiyi və tətbiq etdiyi fərqli, özünəməxsus pandemiya ilə mübarizə tədbirləri başqa ölkələr tərəfindən də gerçək nümunə kimi qəbul edilir.

Azərbaycanda Aşura mərasimi ilə də bağlı yeni üsul tətbiq ediləcək. Belə ki, vətəndaşlar Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyətilə qan verəcəklər. Aşura günü ilə bağlı qərarda deyilir ki, vətəndaşlarımızın bu il də humanist ənənəni davam etdirərək ehsan niyyətilə qan verməsi daha zərurudir.

Artıq bununla bağlı Milli Hematologiya və Transfuziologiya Mərkəzi vətəndaşlara müraciət edib.

Mərkəzdən mətbuata verilən məlumata görə, bu il Məhərrəm ayının 10-u - Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövründə keçirilir: "Bundan öncəki illərdə vətəndaşlarımız Aşura günlərində məscidlərə gedərək qanvermə aksiyalarında iştirak edirdilər. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin rejiminin tətbiqi ilə bağlı qərarın tətbiqinə başlanan ilk günlərdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələri nəzərə alaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin bu il Aşura günü ilə bağlı qərarında deyilir ki, vətəndaşlarımız bu il də humanist ənənəni davam etdirərək, Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyətilə qan verəcəklər. Mərkəzi Qan bankı olaraq vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirik ki, müəssisəmizdə mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirləri görülür”.

Din xadimləri hesab edirlər ki, ehsan məqsədilə qanvermə aksiyasının təşkil edilməsi olduqca müsbət bir haldır. Bir insanın qanının başqa birisinə həyat verməsi baxımından böyük əhəmiyyət daşıdığını deyən ilahiyyatçıların fikrincə, ən ciddi yoluxma risqi kütləvi tədbirlər zamanı yaşana bilər, odur ki, indiki halda, qanvermənin təşkili məqsədəuyğundur. İlahiyyatçılar qeyd edirlər ki, Aşura  günü ehsan məqsədilə qanvermə aksiyasının təşkil edilməsinin həm də böyük mənəvi dəyəri var. Onların sözlərinə görə, hər il ehsan verən, böyük ehsan süfrələri açanlar hazırda pandemiyaya görə bunu edə bilmir və onlar həm sağlamlıqlarının yol verdiyi dərəcədə qan verməklə, həm də ehsan məclislərinə xərcləyəcəkləri vəsaitləri ərzaq yardımı şəklində ehtiyaclı insanlara yönəltməklə böyük savab iş görmüş olarlar.

  • “Əsas məqsəd qan verib yaşatmaqdır”

Tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, Məhərrəmliyin mahiyyətində qan verib yaşatmaq missiyası var. İlahiyyatçı vurğuladı ki, İmam Hüseyn əleyhisalam və Kərbəla faciəsində şəhid olanlar qan verərək həqiqətin, mənəviyyatın, insaniyyətin dirilişini, oyanışını, azadlığın, hürriyyətin, ədalətin bərpa olunmasını əqidəmizdə yaşatmaq üçün həyatlarını fəda ediblər. “Bu il Aşura mərasimində hər il keçirilən qanvermə aksiyası pandemiya üzündən məscidlərdə təşkil edilməyəcək. Əvvəlki illərdə qanvermə məscidlərdə keçirilirdi və tamamilə səhiyyə qaydalarına uyğun şəkildə gerçəkləşdirilirdi. Deyildiyi kimi, qan vermək istəyənlər müəyyən edilən ünvana gedib ehsan olaraq öz qanlarını verə biləcəklər. Ümumi vəziyyəti, pandemiya təhlükəsini, yoluxma risqini nəzərə alaraq, qanvermə aksiyasının bu şəkildə təşkil edilməsi tam uyğundur. Qan verib yaşatmaq, xəstəlikdən, pandemiyadan əziyyət çəkən insanların bu şəkildə imdadına yetmək, bütövlükdə, xəstələrə yardım dinimizin məqsədlərindən biridir. Xəstəliklə mübarizə ilahi bir şəfa prinsipinə qoşulmaqdır, bu xidməti insanlıq yolunda göstərmək hər bir əqidəli insanın borcudur. İnanclı insan üçün fərqi yoxdur ki, ünvan olaraq Allah-Təalanın adına ibadi məkan-məscid, yaxud Qan bankı seçilib, əsas məqsəd qan verib yaşatmaqdır. Qan vermək xalqımız, inanclı insanlarımız üçün Aşura mahiyyətinə, həqiqətinə, fəlsəfəsinə bəslənən bir sevgi və verilən dəyərdir. İmam Hüseyn əleyhisalam və Kərbəla şəhidləri canlarından, qanlarından keçdilər və nəticə əldə etdilər, mənəvi dirçəlişə nail oldular. Verilən qanlarda da məqsəd odur ki, həmin ideoloji əqidə davam etsin. Mahiyyəti eynidirsə, məqsəd qan verib yaşatmaqdırsa, qeyd etdiyim bütün mənəvi keyfiyyətləri yaşatmaqdırsa və qan verənlər öz əqidələri yolunda qanlarından keçirlərsə, verilən qanlar da tam şəffaf şəkildə öz ünvanına çatdırılmalıdır. Əlbəttə, biz buna inanırıq ki, bu istiqamətdə şəffaflıq tam təmin olunacaq”.

H.T.Hüseynli qeyd etdi ki, Aşura günü inanclı insanların dövlətimizin, cəmiyyətimizin bu humanist addımına qoşulması təqdirəlayiqdir. İlahiyyatçı hesab edir ki, Azərbaycan xalqınının mənəviyyatımız, dinimiz, əqidəmiz üçün önəmli olan əhamiyyətli bir gündə - Aşura günündə qanvermə aksiyasına qoşulması çox yüksək qiymətləndirilir. “Bizim insanlarımız əzəli tərbiyəsindən, tarixi keçmişindən heç zaman qopmayıb, peyğəmbərləri, imamları, müqəddəsləri və dini inanclarını, Quranımızı, mənəvi dəyərləri həmişə yaşadıb və yaşadacaqlar da. İnsanlarımızın humanistliyi davamlı olacaq. Allah-Təala xalqımızı bu göstərdiyi xidmətlərə, atdığı addımlara görə tezliklə bütün bəlalardan, bütün xarici və daxili xəyanətlərdən qoruyar” - deyə ilahiyyatçı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ