Cümə günü, 13 noyabr 2026
     

Bakı Mühəndislik Universitetində hazırki əmək bazarında daha çox tələb olunan 15 yeni ixtisas...

Image


Son iki ildə Bakı Mühəndislik Universitetində (BMU) hazırki əmək bazarında daha çox tələb olunan 15 yeni  ixtisas yaradılıb. Onların bir qismi 2020/2021-ci tədris ilinə təsadüf edir.

Bu ixtisaslar sırasına

- İnformasiya təhlükəsizliyi,

- Radiotexnika və telekommunikasiya mühəndisliyi,

- Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ,

- Memarlıq,

- Şəhərsalma,

- Dizayn,

- İqtisadiyyat,

- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi,

- Ekologiya mühəndisliyi,

- Elektrik və elektronika mühəndisliyi,

- Energetika mühəndisliyi,

- Maşın mühəndisliyi,

- Nəqliyyat tikintisi mühəndisliyi,

- Proseslərin avtomatlaşdırılması mühəndisliyi,

- Sənaye mühəndisliyi

daxildir.

Ümumilikdə, cari ildə BMU-nun bakalavr pilləsində 29 ixtisas üzrə 1210 plan yeri ayrılıb. Onlardan 640 yer Azərbaycan bölməsi, 15 yer rus bölməsi, 555 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub. BMU-nun magistratura səviyyəsi üzrə qəbul planı isə 95 faizdən artıq dolub.

Vurğulamaq yerinə düşər ki, BMU ali təhsilin bütün səviyyələrində mühəndislik, iqtisadiyyat və idarəetmə, memarlıq və inşaat, pedaqoji sahələr üzrə kadrların hazırlığını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan qabaqcıl ali təhsil müəssisəsidir. Universitetdə tədris prosesini təmin etmək üçün müasir auditoriyalar, ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanı mövcuddur. Mütəmadi olaraq laboratoriyaların və ayrı-ayrı auditoriyaların ən müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində görülən işlər davam etdirilir. BMU-da təhsilin ingilis dilində və yüksək keyfiyyətdə tədris olunması gələcək mütəxəssislərin dünya miqyasında tanınmağına böyük əsas yaradır. BMU yarandığı dövrdən etibarən elektron universitet kimi fəaliyyət göstərib. Belə ki, elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlər BMU-da geniş istifadə edilməkdədir və həmin xidmətlərin daimi təkmilləşdirilməsi işləri aparılır.

Qeyd etmək vacibdir ki, BMU məzunları dünyanın tanınmış universitetlərində (Praqa İqtisad Universiteti, Vistula Universiteti, Letbric Universiteti,Tartu Universiteti və s) təhsil alırlar. Onlar təhsillərini davam etdirməklə yanaşı, ABŞ-ın nüfuzlu  “SIRVA Relocation & Moving”,  dünyada tibbi avadanlıqlar, həmçinin əczaçılıq sənayesi üzrə tanınmış “Johnson & Johnson” kimi nüfuzlu şirkətlərdə çalışırlar.

Universitet bu il daha bir yeniliyə imza atıb. BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında əldə edilən razılığa uyğun olaraq cari tədris ilindən ilk dəfə İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlanılır. Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda 400 və daha çox bal toplayan abituriyentlər iştirak edə biləcəklər. BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən (ingilis dili, riyaziyyat və fizika) uğurla keçən abituriyentlər qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət hesabına təhsil ala biləcəklər. İkili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaqlar. Diplom işini ingilis dilində hazırlayıb müdafiə etdikdən sonra tələbələr iki diplom əldə edəcəklər. Cari proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Bundan əlavə bakalavr pilləsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.

Bundan başqa, bir müddət öncə BMU-nun nəzdində Kral Seconq İnstitutunun Xırdalan filialının təsis edilməsi layihəsi Cənubi Koreya hökumətinin Kral Seconq Fondu tərəfindən qəbul olunub. Layihənin məqsədinə uyğun olaraq cari ilin sentyabr ayından etibarən BMU-da Koreya dili kursları da təşkil olunacaq.

BMU-da təhsil alan tələbələrin əmək bazarında özlərinə iş tapmaları, həmçinin əmək bazarında istehsalatla kadr ixtisası arasındakı əlaqələrin inkişafı üçün də daimi iş aparılır. Universitet tələbələrinin təcrübə yerlərinin müəyyənləşdirilməsi, məzunlarının işlə təmin edilməsi məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasını, həmçinin tələbələrin  ixtisasları üzrə dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini və işlə təmin olunmasını təmin edən Müəssisələrlə əlaqələr və karyera departamenti fəaliyyət göstərir. Müəssisələrin tələbləri istiqamətində məzunların ixtisaslarına uyğun işlə təmin edilməsinə köməklik göstərən departament, eyni zamanda, müəssisələrin müvafiq tələbə və məzunlara istiqamətli vakant vəzifələr üzrə kadr seçimi imtahanlarını da təşkil edir.

BMU-da tələbələrin yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Universitetin ən müasir tələblərə cavab verən, oğlanlar və qızlar üçün nəzərdə tutulan 300 nəfərlik iki böyük yataqxanası fəaliyyət göstərir. Yataqxanalarda zəngin kitabxana, iaşə və məişət xidməti fəaliyyət göstərir. Hər iki binada bufet və gündə 3 dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar mövcuddur. Yataqxanaların təhlükəsizlik məsələləri də yüksək səviyyədə təşkil olunub.

Bununla yanaşı, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə universitetin klubları çox əhəmiyyətli rol oynayır. Klublar tələbələrin sosial və elmi həyatının zənginləşməsinə, dərslərdən əlavə bilik və bacarıqlarının dərinləşməsinə, həmçinin tələbəlik həyatının xoş və əyləncəli keçməsinə öz müsbət təsirini göstərir.

BMU tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə ölkəmizin universitetləri arasında ən aparıcı yeri tutur. Universitetdə hazırda 49 tələbə klubu fəaliyyət göstərir. İntellektual oyunları, şahmatı, kitab oxumağı, maraqlı oyunlar oynamağı, debat keçirməyi sevən, karyera bacarıqlarını artırmağa çalışan, xeyriyyə işi və digər fəaliyyətlərlə məşğul olmaq istəyən tələbələr üçün çoxsaylı tələbə klublarının olması onların tələbəlik həyatını daha maraqlı, effektiv və yaddaqalan edir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ