şənbə günü, 26 sentyabr 2026
     

İslam ölkələri Məhərrəmlik mərasimlərini sağlamlıq naminə məhdudlaşdırmağa başlayır...

Image


“Bu yöndə İran hökuməti də, digər müsəlman ölkələri də qərarlar qəbul edirlərsə, bu, insanları təhlükədən qorumağa xidmət edən addımlardır”

 

Bütün dünyanı təhdid altında saxlayan koronavirus pandemiyası Məhərrəmliyi qeyd edən bütün müsəlman ölkələrini vahid mövqedən çıxış etməyə vadar edib.

Bilirik ki, artıq müsəlman ölkələrində pandemiya ilə əlaqədar Məhərrəm ayında kütləvi mərasimlər keçirilməyəcək. Bununla bağlı əzadarlıq mərasimləri təxirə salınıb. Hələ bir neçə gün əvvəl Azərbaycanda bununla bağlı qərar qəbul edilib, digər dövlətlər isə prosesə avqustun 21-dən qoşulublar. Bu il Məhərrəm ayı və Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyi üçün müvafiq qərar qəbul edilib.

Bildirək ki, Aşura mərasimini keçirməkdə iddialı olan və hətta bununla bağlı başqa ölkələrə də çağırışlar edən İranda bu tədbirlər keçirilməyəcək. Belə ki,  İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən, İranın Tehran vilayətinin məscidlərində matəm mərasimləri (Məhərrəmlik mərasimləri) qadağan edilib.

Müsəlman ölkələrində koronavirus təhlükəsi ilə əlaqədar olaraq məscidlərin müvəqqəti bağlanmasına qərar verilib, Məhərrəmliklə bağlı mərasimlərin keçirilməsinə qadağa qoyulub. Bununla da müsəlman aləmində xüsusən də Məhərrəm ayında vahid bir xətt formalaşmağa başlayır. Yəni müsəlman aləmi üçün milli-mənəvi, dini dəyərlər nə qədər əziz olsa da, cəmiyyətlərin, xalqların, insanların sağlamlığı daha ön plana çəkilir. Əslində, bu xəttin gerçəkləşməsində Azərbaycanın böyük xidməti olub. Pandemiyanın ilk günündən Azərbaycan dövlətinin yürütdüyü siyasət, tutduğu xətt belə idi ki, insanların, cəmiyyətin sağlamlığının alternativi yoxdur, insanların təhlükəsizliyini qorumaq üçün bütün sahələrdə məhdudlaşdırma həyata keçirilə bilər, təki insanları qorumaq mümkün olsun. Artıq islam ölkələri də Azərbaycanın bu təcrübəsindən bəhrələnirlər və bu yöndə işlərini ölkəmizin tətbiq etdiyi prinsiplərə uyğun şəkildə həyata keçirməyə başlayıblar.

Heydər Məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev baki-xeber.com-a bildirdi ki, hər bir ölkənin özünün strategiyası var, bizim ölkədə də dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Hacı Rüfətin qeyd etdiyinə görə, pandemiya dövründə bu cür addımların atılmasında heç bir qərəz yoxdur, burada insan sağlamlığı, insan təhlükəsizliyi hər şeydən üstün tutulduğuna görə belə qərar qəbul edilib. “Məscidlərin, məktəblərin, universitetlərin və digər qapalı məkanların, iri ticarət mərkəzlərinin bağlı olması yalnız insanların sağlamlığının qorunmasına xidmət edir. Təkcə məscidlər qapalı olsaydı, insanlarda müəyyən narazılıqlar yarana bilərdi, amma bu gün təkcə məscidlər deyil, digər qapalı məkanlar da bağlıdır. Ölkəmizdə xəstəliyin yayılma dinamikası nəzərə alınaraq bu addım atılıb. İnşallah, ümid edirik ki, bu xəstəlik tam şəkildə ortadan çıxacaq və bundan sonra məscidlərimiz açılacaq.

Digər ölkələrə gəlincə, həmin ölkələrdə də bu məhdudiyyətlərin tətbiq edilməsi insanlarda bu addımın doğru istiqamətdə atıldığına dair əminlik yaradır. Eyni zamanda, Quranın prinsipi hansısa ölkə üçün nəzərdə tutulmayıb, insanlıq, müsəlmanlar, ümməti Məhəmməd üçün nəzərdə tutulub. Yəni Quran yalnız Azərbaycan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və sair üçün deyil, bütün insanlıq, bəşəriyyət üçündür. Hətta müsəlman olmayanlar belə, Qurandan müxtəlif ayələri götürüb həyatlarına tətbiq edirlər”.

Hacı Rüfət qeyd etdi ki, bu gün müsəlman aləminin bu yöndə verdiyi qərar tam olaraq dinimizin prinsiplərinə uyğundur. “Bu gün görülən tədbirlər insanların sağlamlığı üçündür. Allah da, Peyğəmbər də bizim sağlamlığımızı istəyir. Bu mənada, görülən tədbirlər təqdirəlayiqdir.

Ümumiyyətlə, islam dini həmrəylik, insanları bir dəyər ətrafında birləşdirən dindir.  O zaman insanlar bölünüb parçalanırlar ki, Qurandan möhkəm yapışa bilmirlər. Uca Rəbbimiz Qurani-Kərimdə buyurub ki, camaat olaraq, toplu olaraq Allahın ipindən möhkəm şəkildə yapışın. Biz əgər Qurandan möhkəm yapışırıqsa, bütün məsələlərdə, dini, milli-mənəvi dəyərlərimizdə də hamımız Quranın ətrafında birləşə bilirik. Amma elə ki, Qurandan, Peyğəmbərimizin sünnətindən, Əhli-Beytin yolundan uzaq düşürük, o zaman insanlar fərqli strategiya, mövqe sərgiləyir, fərqli yöndən tutub gedirlər. Amma bu gün Azərbaycan dövləti tərəfindən (QMİ də bu işlərə ciddi dəstək verir) insanların sağlamlığının qorunması naminə belə bir addım atılırsa və bu yöndə İran hökuməti  də, digər müsəlman ölkələri də qərarlar qəbul edirlərsə, bu, insanları təhlükədən qorumağa xidmət edən addımdır. Bu da dinimizin bizə tövsiyə etdiyi bir əmrdir” - deyə Hacı Rüfət Qarayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ