Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı – “dünyada olandan çox aşağı...”

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

“Trend”in məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri - TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Mərkəzi Neftçilər Xəstəxanasınln həkim-infekionisti Fərrux Sədirov, ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov jurnalistləri maraqlandıran suallara cavab verib.

  • “Yoluxmanın artması yumşalmalarla bağlıdır...”

Yaqut Qarayeva isə bildirib ki, hazırda ölkədə ən çox yoluxma Bakı və Abşerondadır. Onun sözlərinə görə, yoluxma artmaqdadır: "Ölkə üzrə ümumi yoluxmanın 50 faizə yaxını bu ərazilərdədir. Ən çox 50-59 yaş həddində olan insanlar bu virusa daha çox yoluxub. Son həftədə 651 nəfər bu virusa yoluxub. Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır. Amma bu o demək deyil ki, biz bununla razılaşmalıyıq. Hər birimiz qaydalara riayət etməliyik. Maskalardan istifadə vacibdir. Qaydalara riayət etsək yoluxmanın artmasının qarşısını ala bilərik".

  • Yaqut Qarayeva payız-qış mövsümünə ciddi hazırlığın getdiyini dedi

Yaqut Qarayeva deyib ki, pandemiya bütün dünyada fövqəladə hadisədir. Onun sözlərinə görə, heç bir ölkə bu xəstəliyə hazır deyil: "Bizim bütün həkimlər bu virusa qarşı hazırlanır. Bakıda həkimlərə bununla bağlı seminarlar da ke,irilib. Bütün həkimlər bu işə səfərbər olunub. Biz bu virusa qarşı hazırlaşmaqda davam edirik. Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar. Tibbi heyət bu işdə əlindən gələni əsirgəmir".

  • Xəstə sayı artarsa, qeyri-koronavirus xəstələri...

“Mart ayından başlayaraq biz bəyan edirik ki, COVİD xəstəliyi sürətlə yayılır və bu da çarpayı çatışmazlığına gətirib çıxara bilər” – deyən Y.Qarayevanın sözlərinə görə, xəstə sayı artarsa qeyri-koronavirus xəstələrinin yerləşdirilməsində problem yarana bilər: "Biz koronavirus xəstələrinin müalicəsinin öhdəsindən gələ bilirik və biz xəstə sayının artmasına baxmayaraq onların yerldirilməsinə də hazırıq. Bunun üçün kifayət qədər çarpayı sayımız və dərman təminatımız da var. Lakin koronavirus xəstələrinin sayının artması qeyri-koronavirus xəstələri üçün çarpayı çatışmazlığına gətirib çıxara bilər".

  • TƏBİB sərtləşmədən danışmağın tez olduğu qənaətindədir

Y.Qarayeva qeyd edib ki, yumşalmaya mərhələli getməyimiz vəziyyətə nəzarət etməklə bağlıdır. Onun sözlərinə görə, amma bugünki yoluxma sayında artımın olmasının sərtləşməyə səbəb olacağı barədə danışmaq tezdir: "Bu barədə mən heç nə deyə bilmərəm. Sərtləşmə barədə qərarın veriləcəyini deyə bilmərəm. Amma yoluxma sayında nisbətən artım olması yəqin ki müzakirə olunacaq, bu proseslə bağlı hansı qərar qəbul edilərsə, ictimaiyyətə məlumat veriləcək".

  • Koronavirusdan sağalan 90 nəfər qan vermək üçün müraciət edib

TƏBİB-in şöbə müdiri deyib ki, 90 nəfərə yaxın COVİD-19 xəstəliyindən sağalan şəxs koronavurus xəstələrinə qan vermək üçün müraciət edib. Onun sözlərinə görə, həmin şəxslər yoxlanılıb və 79 nəfərin qan verməsinə icazə verilib: "Həmin şəxslərdən götürülən qanla 231 plazma hazırlanıb. Bu plazmalar 179 xəstənin müalicəsinə istifadə olunub".

  • İstehsal olunan hər peyvənddən istifadə etmək olmaz

Y.Qarayeva deyib ki, Azərbaycan hazırda peyvənd istehsalı ilə məşğul olan şirkət və beynəlxalq təşkilatlarla danışıqlar aparır. Onun sözlərinə görə, peyvəndin istehsalı asan deyil: "Bu bir məsuliyyətdir. İstehsal olunan hər peyvənddən istifadə etmək olmaz. Bizim üçün peyvəndin hazırlanması əsas deyil, həmin peyvəndin necə təsiridir. Peyvənd xəstəliyi sağaltmaqla yanaşı immunitet yaratmalıdır. Ona görə də bu prosesin tez bir zamanda əldə olunması mümkün deyil".

  • Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı - 1.5-1.6 faiz...

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov isə bildirib ki, bugünə qədər Mərkəzi Neftçilər Xəstəxanasında 900-ə qədər koronavirus xəstəsi qəbul olunub. Dünya statistikasından misal gətirən F.Sədirov bildirib ki, fevral-aprel ayrlarında Almaniyada xəstəxanadaxili ölüm faizi 22 faiz olaraq göstərilib. Onun sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında xəstəxanadaxili ölüm faizi 12 faizdir.

F.Sədirovun sözlərinə görə, Azərbaycanda koronavirus xəstələrinin ölüm faizi 1.5-1.6 faiz arasında dəyişir, digər ölkələrdə bu rəqəm 10-faizdən yuxarıdır: “Bu gün dünya nəyi tətbiq edirsə biz də onu tətbiq edirik, nəyi bilirsə biz də onu bilirik. Bizim ölüm faizimiz dünyada olandan çox aşağıdır”.

  • Sağlam gənclərin koronavirusdan ölüm səbəbi... virus yükü...

F.Sədirov Azərbaycanda koronavirusdan vəfat edən sağlam gənclərin ölüm səbəbini də açqlayıb. Həkim-infekionist deyib ki, sağlam gənclərin ölüm səbəbləri arasında virus yükü çox önəmlidir.

Onun sözlərinə görə, virus yükü nə qədər çox olarsa, xəstəlik bir o qədər ağır keçir: “İmmun sistemi nə qədər güclü olsa da milyonlarla virus yükü qarşısında aciz qalır və müqavimət göstərə bilmir. Bu səbəbdən digər orqanlar da sıradan çıxır və xəstəlik ölümlə nəticələnir. Bu virus adi qriplə və başqa respirator xəstəliklə müqayisə olunmamalıdır”.

  • Koronavirusa xas olan əsas əlamətlər hansılardır...

Onun sözlərinə görə, koronavirusun dünyada qəbul olunan əsas əlamətləri qızdırma, quru öskürək və halsızlıqdır. F.Sədirov bildirib ki, daha sonra gələn əlamətlər isə əzələ ağrıları, başağrıları, ürək bulanmaları, mədə-bağırsaq problemləri və digər əlamətlərdir. Onun sözlərinə görə, heç bir şikayət olmadığı halda dad və iy bilmə hissinin birdən-birə itməsi koronavirusa xas olan bir xarakterdir. Hətta bəzi ölkələrdə bu əlamətin olması virusun müsbət olması ehtimal kimi qəbul edilir.

  • Azərbaycanda 15 minə qədər tibb işçisi koronavirusla mübarizə aparır

Elnur Azadxanov deyib ki, hazırda 15 minə qədər tibb işçisi koronavirusla mübarizə aparır. Onun sözlərinə görə, ümumilikdə 51 xəstəxana koronavirusla mübarizəyə cəlb olunub. Bunlardan 31 hazırda xidmət göstərir. COVİD-li xəstələrin müalicəsində bütün gücü ilə çalışmaqdadır. Bu xəstəxanalar bütün cihazlar və dərmanlara təmin olunub.

  • ATU-nun şöbə müdiri: “İmmun plazmadan effekt aldğımız xəstələrimiz çoxdur”

ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov isə bildirib ki, immun plazmadan efekt aldığımız xəstələrimiz çoxdur. Onun sözlərinə görə, hər qurtarılan can bizim üçün çox dəyərlidir: “İmmun plazma hələlik dünyada müzakirə mərhələsindədir. Bəzi ölkələr deyir ki, çox effekt ala bilmirik, ancaq Azərbaycanda bizim effekt aldığımız kifayət qədər xəstələrimiz var. Son aylar immun plazmaların istifadəsində heç bir problem olmayıb”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ