Cümə günü, 13 noyabr 2026
     

Evlərdə pandemik cəhətdən qorxulu kütləvi Məhərrəmlik toplantılarının qarşısını necə almalı…

Image


Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. Miladi təqvimi ilə avqustun 21-i Məhərrəm ayının ilk günüdür. Beləliklə, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatıb və 1442-ci il daxil olub.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Bilirik ki, hər il, ənənəvi olaraq, Məhərrəm ayında məscid və ziyarətgahlarla yanaşı, ayrı-ayrı insanclı şəxslər, dindarların da evlərində əzadarlıq məclisləri keçirilir, ehsan verilirdi. Bəzən evlərdə əzadarlıq mərasimləri günlərlə davam edərdi. Bu il isə pandemiyaya görə bütün bu tip mərasimlərin keçirilməsinə rəsmən icazə verilmir. Əlbəttə, pandemiya dövründə saysız insanın toplaşdığı bu mərasimlər real koronavirus ocağı ola bilər və virusun yayılma risqini artırar, yayılma həlqəsini daha da genişləndirər. Bu təhlükə hər an gözləniləndir. Odur ki, ölkəmizdə kütləvi dini, mədəni tədbirlərin keçirilməsinə bu səbəbdən icazə verilmir.

Elə vətəndaşlar tapıla bilər ki, onlar pandemiyanın artma təhlükəsinə əhəmiyyət vermədən karantin qaydalarını pozar, Məhərrəmlikdə öz evində əzadarlıq məclisləri təşkil edər, ehsan süfrələri açar. Bu ehtimallar var.

Bu arada da İranın bəzi mənbələri Azərbaycan dindarlarına çağırışlar edərək bildiriblər ki, bu məclislər keçirilməlidir (?). Əlbəttə, bu çağırışın özü böyük təhlükədən xəbər verir və insanları dövlətin qanunlarını pozmağa səsləyir. Sözsüz ki, bu yolverilməzdir.

Bəzi insanlar karantin qaydalarını pozaraq, evlərində əzadarlıq məclisləri keçirməklə saysız insanı bu məclislərə cəlb edərsə, bunun qarşısı necə alınmalıdır? Ümumiyyətlə, Məhərrəmliyin birinci günündən vətəndaşlarımızı bu hərəkətlərdən çəkindirmək üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?

  • “Allah buyurur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru  İbrahim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, hazırkı şəraitdə ölkə dindarları dövlətin qanunlarına və dinimizin tələblərinə uyğun davranış sərgiləməli, bu kimi kütləvi mərasimlər təşkil etməkdən çəkinməlidirlər. “Bilirik ki, pandemiya bütün bəşəriyyəti öz cənginə alıb. O cümlədən də təəssüflər olsun ki, bu virusun fəsadlarını ölkəmizdə də gördük. Cənab Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Həmin Operativ Qərargahda da həkimlər və mütəxəssislər öz işlərini görməkdədirlər. Operativ Qərargahın xüsusi tövsiyələri, təlimatları var. Bununla yanaşı, Operativ Qərargah həm də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun fəaliyyət göstərir. Əvvəla, bizim vətəndaşlarımıza tövsiyələrimiz ondan ibarətdir ki, Operativ Qərargahın verdiyi tövsiyələrə, təlimatlara uyğun şəkildə davransınlar. Çünki dinimizə görə də insan sağlamlığı hər şeydən birincidir. İslama və digər səmavi dinlərə görə, insan həyatı ən yüksək dəyərə malikdir. Ona görə Qurani-Kərimdə, Peyğəmbərimizin hədislərində, imamlarımızın sözlərində insan sağlamlığı hər bir zaman, hər bir məkanda birinci olaraq önə çəkilir. Məsələn, Qurani-Kərimdə ayə var, Allah buyurur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Gərək biz Allahın bu əmrinə əməl edək. Yaxud da Peyğəmbər əleyhisalamın bu mövzuda o qədər hədisləri var ki... Deyir, əgər eşitsəniz ki, bir yerdə xəstəlik var, o yerə daxil olmayın, əgər siz o yerdəsinizsə, oradan kənara çıxmayın. Bu, Peyğəmbərimizin bizə verdiyi təlimatdır, gərək biz buna uyğun şəkildə yaşayaq. Sözümün canı ondan ibarətdir ki, həm dinimizin, həm Qurani-Kərimin tələblərinə, həm Peyğəmbərimizin kəlamlarına, həm də dövlətimizin, Operativ Qərargahın verdiyi qərar və tövsiyələrə biz əməl edək, özümüzü və ətrafımızı qoruyaq. Həkimlərin, mütəxəssislərin verdiyi məlumata görə, yeni növ COVID-19 hava-damcı yolu ilə keçir və bu, qapalı məkanlarda daha çox yoluxma risqini artırır. Bu gün nəinki məscidlər, eyni zamanda, bütün dinlərə aid olan ziyarətgahlar, məbədlər pandemiyaya görə müvəqqəti olaraq bağlıdır. Yəni bu yalnız Azərbaycanda baş verən proses deyil. Bizim cəmiyyətin mömin təbəqəsi yaxşı başa düşməlidir ki, bu yalnız Azərbaycana aid deyil, bu bəla bütün dünyanı bürüyüb, bu bəla üzündən də bütün dinlərə məxsus olan ibadətgahlar, məbədlər dindarların üzünə bağlıdır. Operativ Qərargahın da təlimatına uyğun olaraq, ölkə ərazisində bütün qapalı məkanlar, o cümlədən də məscidlər, sinaqoqlar, kilsələr müvəqqəti olaraq bağlıdır”.

  • “...bura kənar şəxsləri cəlb etməsinlər”

İ.Quliyev qeyd etdi ki, buna görə də məscidlər qapalı məkan olduğundan, bizim möminlərimizin bir araya toplaşması pandemiyaya yoluxma risqinin daha da artmasına səbəb ola bilər. QMİ əməkdaşının sözlərinə görə, həmin toplantıya qatılan bir insan çoxlu sayda insanı yoluxdura bilər, yaxud özü başqasında olan xəstəliyə yoluxa bilər. “Bütün bu amillər nəzərə alınmalıdır. Çünki Məhərrəmlik mərasimləri toplu şəkildə icra olunduğundan, burada xəstəliyə yoluxma risqi daha yüksək ola bilər. Bu baxımdan, həm Operativ Qərargahın,  həm də QMİ-nin və onun rəhbərliyinin  tövsiyəsinə uyğun olaraq, gərək, bu mərasimlər zamanı kütləvi bir araya toplanmayaq. QMİ olaraq dindarlara tövsiyələrimiz ondan ibarətdir ki, mömin insanlarımız bu mərasimi fərdi şəkildə, öz ailəsinin içində icra etsinlər, bura kənar şəxsləri cəlb etməsinlər. Bu günlərdə evlərdə və digər yerlərdə kütləvi mərasimlərin keçirilməsi qətiyyən olmaz, bu yolverilməzdir. Çünki 10-15 nəfərin bir araya gəlməsi virusa yoluxma risqini daha da artırır. Ona görə də insanlarımız can təhlükəsini göz önündə tutsunlar, həm dinimizin, həm də dövlətimizin tövsiyələrinə əməl edərək, kütləvi mərasim təşkil etməkdən çəkinsinlər”.

İ.Quliyev qeyd etdi ki, pandemiya dövründə İslam aləmi üçün çox böyük əhəmiyyət daşıyan Həcc ziyarətinin təxirə salınmasının özü bu təhlükənin daha ciddi olduğunu, daha böyük fəsadlar törədə biləcəyini deməyə əsas verir. Müsahibimizin sözlərinə görə, dünyada olan müsəlman dindarlar bunu böyük anlayışla qarşıladılar, ölkə dindarları da bundan ibrət götürməli və mərasimlər təşkil etməməlidirlər: “Bu gün Məhərrəmlik mərasimlərinin qapalı yerlərdə, o cümlədən də məscidlərdə, evlərdə, “Hüseyniyyə”lərdə (xüsusi mərasim üçün təşkil olunmuş yerlərdir) keçirilməsinə icazə verilmir, hər kəs buna əməl etməlidir. Tövsiyəmiz odur ki, hər kəs bu mərasimi ailəsi içində yaşasın. Çünki bu mərasimi inkar da etmək olmaz. Ona görə də Məhərrəmlik bizim Azərbaycan milli-mənəvi mədəniyyəti tarixində müstəsna əhəmiyyətə malik olub. Bizim şəhidlərimizin həyatlarına, onlardan qalmış məktublara baxsaq görərik ki, onlar İmam Hüseyn əleyhisalamın şəhadət məktəbini özlərinə örnək seçiblər. Müasir dövrdə sosial şəbəkələrdə, internet resurslarında cürbəcür mərsiyələr, rövzələr, dini söhbətlər, Kərbəla hadisəsini gözəl şəkildə izah edən kitablar, filmlər, videomateriallar var, yaxşı olar ki, insanlar bunlardan istifadə edərək mərasimi öz ailələrində yaşasınlar. Övladlarına, nəvə-nəticələrinə, xüsusən də oğlan uşaqlarına o hadisənin mahiyyətini, insanlarının mübarizə əzmini çatdırsınlar. Onlar necə bir-birini, dini-imanı, Vətəni, torpağı seviblər, bu şeyləri izah etmək, anlatmaq ailə şəraitində olsun. Amma evlərdə kütləvi Məhərrəmlik mərasimlərinin keçirilməsinə yol vermək olmaz”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ