Müasir telekom bazarında unikal olan “Azercell”in “Kabinetim” mobil tətbiqi abunəçilərin rahatlığı üçün daha geniş imkanlar yaradır. İndi artıq bu tətbiqin istifadəçiləri vahid mənbə olaraq “Kabinetim” vasitəsilə “Azercell” tətbiqlərinə abunəlik əldə edəcək, cari statusu asanlıqla izləyib idarə edə biləcəklər.
Belə ki, “Kabinetim” tətbiqinin son yenilənmiş versiyasında “iVi Mobil Cinema” və “BluTV” tətbiqlərinə anında qoşulma imkanı yaradılıb. Bunun üçün, sadəcə, “Tətbiqlər” bölməsinə daxil olub, abunə olmaq istədiyin tətbiqi seçmək lazımdır. Xatırladaq ki, “iVi” tətbiqi minlərlə film və serialı eyni anda 5 cihazdan izləməyə imkan verir. “BluTV”yə abunəlik isə eksklüziv olaraq türk film və seriallarını maneəsiz izləmək imkanı yaradır.
Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi abunəçilərə nömrəyə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidməti aktiv və deaktiv etmək imkanı verir. “Kabinetim” çərçivəsində onlayn çat vasitəsilə müştəri xidmətlərinə birbaşa müraciət etmək mümkündür. Nömrə ilə bağlı əksər əməliyyatın şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir. Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini “App Store”, “PlayStore” və ya “Huawei AppGallery”dən ödənişsiz olaraq yükləmək mümkündür.
Gələcəkdə “Kabinetim” üzərindən digər tətbiqlər - xarici dillər öyrənmək üçün “Busuu”, “Bookmate” onlayn kitabxanasına, 200-dən çox kanala abunəlik verən NNTV, 40 milyona yaxın mahın bazası olan “Zvuk” və digər tətbiqlərə qoşulmaq imkanı yaradılacaq.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.