Cümə günü, 13 noyabr 2026
     

Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək

Image


Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəmlik ayı ilə bağlı müraciət edib. Müraciətdə deyilir: "Bismillahir-rəhmanir-rəhim! Möhtərəm mömin qardaş və bacılarımız! Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-cü il avqust ayının 21-nə təsadüf edir.

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İmam Hüseyn əleyhissəlam tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi Əhli-Beyt (ə) tarixinə kədərli, lakin, eyni zamanda, inanclı insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuşdur. Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük mənəvi-əxlaqi əhəmiyyət kəsb edir. İmam Hüseyn əleyhissəlamın əzadarlığı iman sevgisinin, əqidəyə sadiqliyin, Vətən uğrunda şəhadətə hazırlıq ruhunun təcəssümüdür.

Möhtərəm qardaş və bacılarımız! Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu münasibətlə bütün dindarlarımıza dərin hüznlə başsağlığı verir, Allah-Təaladan səbr, məğfirət diləyirik.

Bu il Aşura dünyada davam edən koronovirus pandemiyası dövrünə təsadüf edir. Aylardır ki koronovirus pandemiyası bütün dünyanı cənginə alıb, yüz minlərlə insan bu qorxunc bəla üzündən həyatını itirib, milyonlarla insan xəstəxanalarda ölümlə həyat arasında mübarizə aparmaqdadır. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan, hələ də səngiməyən bu bəlanın aradan qaldırılması yönündə dünya birliyi böyük səylə çalışır. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar. Ölkə rəhbərliyinin qayğı və diqqətini öz üzərində hiss edən insanlarımız hökümətin verdiyi zəruri qərarlara hörmət, məsuliyyət və anlayışla yanaşırlar. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığı üçün önləyici tədbirlər görülür, həm Bakıda, həm də ayrı-ayrı bölgələrimizdə modul tipli xəstəxanalar istifadəyə verilir. Xəstəliklə mübarizədə yerli həkimlər fədakarlıq nümayiş etdirirlər, əcnəbi həkimlər də prosesə cəlb olunur, Nazirlər Kabineti yanında Operativ Qərargah xəstəliyin miqyasının genişlənməməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə lazımı tədbirlər həyata keçirir, müvafiq tövsiyələrini verir.

Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ölkəmizdə karantin gündəmə gələn ilk günlərdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələr nəzərə alınaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilmişdir. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır.

Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə diğər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcəkdir. QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar.

İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və bununla bağlı hər birimizin üzərinə həm özümüz, həm də yaxınlarımızın sağlamlığı ilə bağlı böyük məsuliyyət və dövlətimizin bu istiqamətdə tədbirlərinin səmərəliliyinin təmini baxımından ictimai vəzifə düşür. QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir dindarın borcudur. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul, mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir. Bir yerdə yoluxucu xəstəlik olduğunu bilə-bilə oraya getmək insanın özünü təhlükəyə atması deməkdir. Deməli, belə bir xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaq lazımdır. Yoluxucu xəstəlik olan vəba haqqında Hz. Peyğəmbər belə buyurmuşdur: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın". Yoluxucu xəstəliklərin geniş yayıldığı şəraitdə yaşayan insanlar bu mövzuda ayıq olmalı, heç bir vəchlə öz həyatını təhlükəyə atmamalıdır. Çünki, həm gündəlik həyatımızdan, həm də tarixdən məlum olduğu kimi yoluxucu xəstəliklər məhz insanların etinasızlığı ucbatından sürətlə yayılmış və bəşəriyyətin bəlasına çevrilmişdir. Heç bir müsəlmanın özünü təhlükəyə atmağa ixtiyarı yoxdur. Çünki bizi yaradan Allah bu canı bizə əmanət olaraq vermişdir və əmanəti sahibinə qaytarana qədər onu qorumaq hər birimizin borcudur. Elə isə bu əmanəti qoruyaq və özümüzü təhlükəyə məruz qoymayaq. Qurani-Kərimdə buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195).

Dövlətimiz tərəfindən görülən zəruri tədbirlərə böyük önəm və dəyər verən biz, din xadimləri hər zaman olduğu kimi, dövlətimizin yanındayıq və onun xalqımızın rifah və tərəqqisi naminə səylərini dəstəkləyir, fəaliyyətinə rəvac diləyirik. Öz növbəmizdə, pandemiyaya dair hökümətimiz tərəfindən müəyyən edilmiş bütün zəruri qaydalara əməl etməli, verilmiş tövsiyələri hər kəsə təlqin etməli, xəstəlik təhlükəsinin qarşısının alınması, tezliklə sovuşması üçün əlimizdən gələni əsirgəməməliyik. Ümidvarıq və dualar edirik ki, Allahın izni ilə bu çətin günlər keçəcək, xalqımız yenidən məscidlərdə ibadət etmək, dini ayin və mərasimlərini kütləvi şəkildə yerinə yetirmək lütfünə qovuşacaqdır, inşallah!

Vətənimiz və millətimizin rifahı üçün Allaha dualar etmək hər zaman hər birimizin mənəvi borcudur. Məhərrəmlik dönəmində də bütün ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərinin, suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün Vətən övladlarının əziz xatirəsini yad edir, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunmasını diləyirik. Vətəni sevmək imandandır. Allah doğma torpağımız uğrunda canlarını fəda etmiş, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmiş bütün Vətən övladlarına rəhmət eləsin! Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını, Vətən torpağının bütövlüyünün bərpasını bizlərə nəsib etsin, inşallah!

Məhərrəmlik dövründə təziyə ehsanı olaraq imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılması Allaha xoş gedən bəyənilən əməldir. Həmçinin, son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilmişdir".

Uca Allah xalqımızı, dövlətimizi hifz etsin və möhtərəm dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə rəvac versin! Amin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ