Avqustun 17-də “Nigar Hezi” adlı sosial şəbəkə istifadəçisi əsgərlikdə olan qardaşı Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən travma aldığı və guya əməliyyata ehtiyacı olduğu halda hərbi hissədə müalicə olunmadığı barədə paylaşım edib.
Avqustun 18-də Müdafiə Nazirliyi dərhal məsələyə reaksiya verib və deyilənlərin tam həqiqəti əks etdirmədiyi məlum olub. Belə ki, Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, “Hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyyəsindən aldığı travma ilə bağlı o, cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub.
Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə əsgər R.Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək”.