Cümə günü, 13 noyabr 2026
     

Vətənləşən Vətən oğlu - Quliyev İnqilab Çingiz oğlu...

Image


Hər zaman həsrəti payız fəslinə oxşadırlar. Payızda bir-bir qopub düşən yarpaqlar kimi həsrət çəkən ürəklərdən də bir-bir ümidlər qopub düşür. Payızın dolub-boşalan buludlarını andırır həsrət çəkən gözlər. Qəlbin fəryadı şimşəklərə, göz yaşları isə çağlayan gur çaylara bənzəyir. Həsrət bir az da torpaq qoxur. Vətən torpağı. Axı elə o həsrətin təməli də vətən, torpaq üçün qoyulub. Bir ovucunu bağrına basıb şəhid kimi qoxlayıb öpdükdə sanki yaralı qəlbinə məlhəm olur o torpaq. Elə şəhid qanının torpağa məlhəm olduğu kimi.

Torpağa məlhəm olan, canını Vətən uğrunda fəda edən bir qəhrəman Quliyev İnqilab Çingiz oğlu. Tanıdıqca vətən sevgisinə heyran olduğum bu qəhrəmanın ömür kitabını vərəqlədikcə əzmin, cəsarətin, şücaətin sehrinə düşdüm. Bir ürəyin sonsuz sevgisinin nurlandırdığı şəhid sözü Vətən qədər əziz Vətən qədər müqəddəs sayılır. O müqəddəs şəhidi Allah Vətənə can olsun deyə göndərmişdi yer üzünə. Dünyaya gəlişi ilə nur saçan bu qəhrəman gedişi ilə də nur saçdı. Həm də bütöv cahanı nura qərq etdi. O nur şəhid nuru idi.

1983-cü ilin yaz ayları idi. Quliyevlər ailəsində həyəcan və təlaş hökm sürürdü. O həyəcan aprelin 13-də yerini sevinclə dəyişdi. Ailə üçüncü övladını bağrına basdı. Ailə bu övlada İnqilab adını qoydu. Hər zaman deyirlər ki, "insanın adı onun taleyində böyük rol oynayır". Yəqin ki, bu adı qoyarkən bu körpənin gələcəkdə kim olacağı təsəvvürü yaranmışdı. Ötüb keçən zaman İnqilabı böyüdürdü. İnqilabla bərabər arzular, ümidlər də böyüyürdü. Bu zaman ərzində ailə yaşayış məkanlarını da dəyişmişdi. Əslən Beyləqan rayonundan olan Çingiz Quliyev ailəsi ilə birlikdə Kəlbəcər rayonunun İstisu qəsəbəsinə köçüb orda müəllimlik fəaliyyətini davam etdirirdi. Elə İnqlab da ilk təhsilinə 1989-cu ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində başlamışdı. Ancaq ailə başçısının səhhətində yaranan problemlə əlaqədar onlar 1990-cı ildə yenidən Beyləqana köçür və İnqilab təhsilini burada Milli Qəhrəman Namiq Allahverdiyev adına 1 N-Lİ məktəbdə davam edir. IX sinfi bitirdikdən sonra 1997-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olur. Ürəyində vətən dərdi qövr edən bu qəhrəman vətənin dərdinə məlhəm olmaq niyyəti ilə hər vəchlə çalışır. 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin raket və artilleriya silahlarının istismarı və təmiri ixtisasının kursantı adını qazanır. Ömründən ötən hər günü Vətən naminə yaşayan İnqilabın atdığı addımlar onu pillə-pillə yüksəldir. Ancaq o hər zaman ən yüksək məqam olan şəhidlik məqamına ucalmaq arzusunda olur. İnqilab çox gözəl bilirdi ki, torpaqlarının bir qismi işğal altında olan bir vətən hər zaman şəhid verib və verəcək. O da vətənin azadlığı naminə can verməyə hər an hazır idi.

2005-ci ildə İnqilab artıq kiçik leytenant  rütbəsi almışdı. O, Tovuzda olduğu müddətdə bir hərbçi kimi düşmənə göz açmağa imkan vermirdi. Daha sonra baş-leytenant rütbəsi alan qəhrəman 2006-cı ildə Toğanada işə başlamışdı. Bununla da yetinməyərək Türkiyədə ixtisasartırma kursundan müvəffəqiyyətlə keçən İnqilab 2011 - ci ildə Gəncədəki N saylı hərbi hissədə kapitan kimi fəaliyyət göstərmişdi.

Hərbçi kimi Vətən keşiyində duran İnqilab 2011-ci ildə şəxsi həyatında da önəmli bir imza atır, Lalə xanımla ailə həyatı qurur. Oğul toyunun sevincindən cuşa gələn ata-ana ən böyük arzusuna çatır. Ailə xoşbəxt günlərə qucaq açdıq deyərkən bir anda sevinc kədərlə yerini dəyişir. 2012-ci ildə İnqilabın qardaşı rəhmətə gedir. İnqilabın ürəyinə qardaş dağı dəyir. Qardaş dağı ilə göynəyən ürəyə övlad sevinci məlhəm olur. 2012-ci il iyulun 30-da İnqilab ilk dəfə ata olmağın sevincini yaşayır. Onun Hüseyni dünyaya gəlir. 2014-cü il iyunun 29-u isə ikinci övladı Əyyam dünyaya göz açır. Vətənin dəyərli oğlu həm də dəyərli bir ailə başçısı idi. Həm Vətənin keşiyin çəkirdi, həm də ailəsinin. İnqilabın övladları ilə bağlı böyük arzuları var idi. O, 2016-cı ildə övladlarına kiçik toy etməyi planlaşdırırdı. Ancaq...

Xoş arzuların dilə gəldiyi bayram günü... Martın 21- i Novruz bayramında Quliyevlərin ocağında çal-çağır idi. Adət-ənənələrimizi yaşadan bu ailə bayramı qeyd edirdi. Sanki son İnqilablı bayram olduğunu hiss etmişdilər. Sonlar unudulmur. Nə İnqilabın iştirak etdiyi son bayram, nə də son dəfə martın 24-də evdən son gedişi. 

Aprel döyüşlərində azad olunmuş torpaqlara qanı ilə imza atanlardan biri də İnqilab Quliyev oldu. Hər zaman "Kəlbəcərə şanlı bayrağımızı sancacam" deyən İnqilabın illərlə gözlədiyi an yetişmişdi. Zəfər sorağında olan xalqımız müjdəli xəbərləri almağa başlamışdı. Hər azadlığa qan izi düşür. Bu azadlığın da izi həm torpağa, həm də ürəklərə düşmüşdü. 

Gecələri gündüzü ilə yer dəyişən İnqilab aprelin 3-də son dəfə 1 saatlıq Tərtərə dayısıgilə gəlir. Sanki anası ilə vidalaşmağa gəlir. İnqilab çox gözəl bilirdi ki, döyüşdə hər an can verə bilər. İnqilabı görən ananın ürəyi sevincdən titrəyir. Ana oğlunun qarşısında baş əyib "salam, Azərbaycan əsgəri" deyir. İnqilabın gəlişi, hər zaman olduğu kimi, yenə də toy-bayrama dönür. Ancaq onun ürəyində nigarançılıq var idi. Hətta boğazından yemək də keçmir. Bunu görən ana oğlunun gəlişinə çəkilən kababları büküb əsgərlərə göndərmək qərarına gəlir. Ah ana ürəyi... 

Artıq İnqilabın getmək zamanı çatanda ana mələk kimi uyuyan balasına yaxınlaşır ki, onu yuxudan oyatsın. Ancaq bacarmır. "Axı mən balamı od-alovun içinə necə göndərim" deyən ana geri çəkilir. Bacısı İnqilabı oyadır. Kapitan hər kəslə vidalaşır. Anası balasından ayrılmaq istəmir. Ana vətəninin də İnqilaba ehtiyacı olduğunu düşünən ana oğlundan ayrılır. 

Artıq günlər idi Azərbaycan ordusu düşməni sarsıdıcı zərbələrlə geri çəkilməyə məcbur edirdi. Aprelin 4-ü döyüş hələ də davam edirdi. Axşamçağı İnqilab son dəfə xanımına zəng edir. Hər şeyin yaxşı olduğunu deyib Laləni arxayın salmağa çalışan İnqilab vidalaşdıqdan yarım saat sonra qəhrəmancasına şəhid olur. Sonradan məlum olur ki, kapitan Quliyev və döyüş yoldaşları aprelin 3-dən 4-nə keçən gecə Ağdərəyə gedən əsas yol üzərində yerləşən strateji baxımdan əhəmiyyətli olan Madaqiz məntəqəsindəki hərbi bazanı darmadağın ediblər. Həmin vaxt erməni ordusunun çox sayda hərbi qulluqçusu, polkovnik və general rütbəli döyüşçüləri hərbiçilərimiz tərəfindən məhv edilib. 

Tarixi qədimdən qədim, qoynunda isə neçə qəhrəmanın uyuduğu Gəncəyə yenə bir qəhrəmanın şəhid olduğu xəbəri yayılır. Azərbaycanın döyünən ürəyinə sanki xəncər sancılır. Axı hələ İnqilabın hərb sahəsində hədəfləri var idi. Axı o, general olmaq istəyirdi. Gəncə camaatı hər gələn şəhiditək İnqilabı da vətənin qəhrəmanı kimi qarşılayır. Gecənin sükutunu insan izdihamı və "Şəhidlər ölməz, vətən bölünməz" şüarı pozur. Gəncənin 371-ci şəhidi 33 yaşlı Quliyev İnqilab Çingiz oğlu olur. 

Beləcə, doğularkən nur saçan İnqilab Quliyev dünyadan köçərkən də vətənə nur saçdı. Onun sevgisindən hər ürəyə pay düşdü. Vətən torpağında ucalan müqəddəs məzarı ziyarətgaha çevrildi. Müqəddəsləşən şəhidimin şücaətləri hər kəs tərəfindən dəyərləndirildi. Sağlığında Ordunun yaranmasının 90 və 95 ci il yubiley medalları ilə, 10 il qüsursuz xidmətə görə "İgidliyə görə" III dərəcəli medalı ilə, Müdafiə nazirliyi və korpus komandiri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunan qəhrəman şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi. 

İnqilab "Vətən" deyib vətənləşən oğullardan biri idi. Vətən sevgisi ilə yaşadı, böyüdü və Vətənlə bütünləşdi. Bizə bir Vətən əmanət qoydu. 

ALLAHA UCALANLAR

Ömrün Vətən adlı kədər daşından,

Görənlər ürpənib uzağa qaçar.

Torpağa çilənən hər göz yaşından

Bir şəhid boylanar, bir çiçək açar. 

 

Vətən torpağının cadar üzünü, 

Damlayan qan tutub lap hamar edib. 

Qəlbimə dağ olan şəhid sözünü

Duyanlar qəlbini köksündə didib. 

 

İndi mən ağlayım bir az gəncimə, 

Bir az da vətənlə qocalanıma. 

Ağlayım sağalmaz şəhid dərdimə

Allahın yanına ucalanıma.

Manya SƏXAVƏTQIZI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ