Cümə günü, 13 noyabr 2026
     

Sosial şəbəkəni “siyasi söyüşlər” məkanı edənlərin öz ana-bacılarının və ailəsinin reaksiyası…

Image


Müasir dövrdə həyatımıza dərindən müdaxilə edən internet resurslarından, sosial şəbəkələrdən bütün istifadəçilər eyni məqsədlə istifadə etmirlər. Təəssüf ki, bu platformaları siyasi söyüş, qaralama kampaniyası məkanına çevirənlər də az deyil. Xüsusən də, xaricdəki söyüş söyən şəbəkə fəalları bu mənfi üsullardan tez-tez istifadə edir.

Məlumdur ki, söyüş şəbəkəsinin üzvləri xaricdə oturub həm “YouTube”, həm də müxtəlif sosial şəbəkələr vasitəsilə Azərbaycanda ayrı-ayrı insanların ailələrini, həyat yoldaşını küçə söyüşləri ilə söyür, barələrində olduqca vulqar ifadələr işlədirlər. Küçə əxlaqı üzərində köklənən bu adamların belə nalayiq davranışlarının ölkə ictimaiyyəti tərəfindən də ciddi narazılıqlarla qarşılandığı məlumdur. Əlaqədar qurumlar tərəfindən bu istiqamətdə tədbirlər görülür, işlər aparılır, amma hələlik xaricdəki söyüş söyənlər seçdikləri söyüş taktikasından əl çəkmək istəmirlər.

Bu da, bildirdiyimiz kimi, ölkə ictimaiyyətini ciddi narahat edir. Bu halda onların bu hərəkətlərinə, apardıqları söyüş-təhqir kampaniyasına öz ailə üzvlərinin, analarının, bacılarının, yaxınlarının münasibəti necə ola bilər? Onlar görəsən buna necə yanaşa bilər, onları təqdir edir, yaxud söyüş söyənlərin davranışlarından utanırlar?

Ekspertlərin qənaətinə görə, xaricdə oturub Azərbaycandakı ayrı-ayrı şəxsləri qaralayan, onların ailəsini çox pis ifadələrlə söyən, barələrində vulqar ifadələr işlədən, qaralama kampaniyası aparan insanların hərəkətləri ailələri tərəfindən mənfi və utanc bir hərəkət kimi qəbul edilə bilər. Onlar hesab edirlər ki, normal insan öz ana-bacısının yanında söyüş söyməz və bu və ya digər şəkildə başqalarını söyürsə, bunu onun yaxınları da eşidir.

  • “…başqası haqqında küçə sözləri işlətməsi ilə fəxr edə bilməz”

İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, bizi millət olaraq başqa xalqlardan fərqləndirən bir sıra cəhətlər var. Müsahibimizin sözlərinə görə, məhz sabiq SSRİ dönəmində də bizim bu milli xüsusiyyətlərimizə başqa xalqlar çox böyük önəm verirdilər. Bunun namus, qeyrət, əxlaq amili olduğunu deyən A.X.Əbilovun dediyinə görə, bu sahədə Azərbaycan xalqı bir nümunə olub. “Bizim fərqləndirici xüsusiyyətimiz namus, qeyrət, ailə şərəfi deyilən məsələdir ki, onu da əsrlər boyu nənələrimiz, babalarımız başqa xalqlardan fərqlənmək üçün özləri üçün bir etik norma kimi qəbul ediblər, bu, bir mənəvi dəyərlər toplusu olub. Amma təəssüflər olsun ki, son dövrlər Azərbaycandan çıxıb xaricə gedən bəzi insanlar kimlərdənsə “qisas” almaq üçün müxtəlif xarici və daxili qara qüvvələrə qoşulublar. Xaricdəki söyüş şəbəkə fəalları əllərinə düşən yeni texnologiyalardan xalqımızın maariflənməsi, gənclərimizin əxlaqi-mənəvi keyfiyyətlərinin yüksəldilməsi üçün istifadə etmək əvəzinə, xalqımızın ayrı-ayrı nümayəndələrinin özlərinə və ailə üzvlərinə qarşı söyüş kampaniyasına başlayıblar. Bir ara o söyüş kampaniyasının arxasında bəzi iri məmurların durduğu haqda şayiələr eşidirdik, bununla bağlı öz həyəcanlarımızı çatdırırdıq. Həmin məmurların bir çoxu işdən azad edildi, cəzalandırıldı. Amma yenə də xaricdəki söyüş söyənlər öz söyüş kampaniyalarını davam etdirirlər…

Bizim milli-mənəvi, əxlaqi dəyərlərimiz imkan vermir ki, hər hansı bir siyasi baxışların ayrılığına, hər hansı bir fərqliyə görə kiminləsə, hətta qan düşməninlə belə söyüşlə danışasan, onun şərəf-ləyaqətinə, şəxsi nüfuzuna və ailəsinə qarşı söyüş kampaniyası aparasan, onları küçə söyüşləri ilə təhqir edəsən. Təəssüf ki, xaricdə oturub söyüş söyənlər bunu özlərinə “siyasi mübarizə” üsulu seçiblər. Bilirik ki, Azərbaycan xalqı həmişə mərdliklə mübarizə aparıb və düşmənə belə arxadan zərbə vurmayıb. İsmayıl Şıxlının “Dəli Kür” əsərini və onun qəhrəmanı Cahandar ağanı və arvadını qaçırdığı Allahyarın qarşılaşmasını yadınıza salın. Cahandar ağa Allahyarın arvadını qaçırsa da, ortada namus söhbəti olsa da, Allahyar ağanı ailəsinin yanında vurmaq istəmir, onu bayıra çağırır. Bu baxımdan, milli dəyərlər qorunmalıdır.

Bu gün kimlərsə internet platformasını, sosial şəbəkələri “siyasi söyüş” məkanına çevirirsə və müxtəlif şəxslərin arvadını, qızını, ailə üzvlərini küçə söyüşləri ilə söyürsə, bunu onun ailə üzvləri də, ana-bacısı da, övladları da eşidir. Bu gün hər kəsin əlində bir smartfon var və təbii ki, söyüş söyənlərin ailəsi də, qohumları da onların əməllərinin şahidi olurlar. Fikrimcə, söyüş söyənlərin ailələri onların bu yolu tutmasını müsbət qarşılamır, hətta bundan utanırlar. Çünki heç bir normal valideyn övladının, qardaş-bacı qardaşının, övlad atanın söyüş söyməsi, başqası haqqında küçə sözləri işlətməsi ilə fəxr edə bilməz. Bu absurddur. Onların söyüşləri, insanları təhqir etməsi ailələri tərəfindən yaxşı qarşılana bilməz” - deyə A.X.Əbilov qeyd etdi.

Bundan başqa, ekspert hesab edir ki, bunun qarşısının alınması üçün yol var. Onun qənaətinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları xaricdə oturub tənqidlə deyil, birbaşa təhqirlə, söyüşlə dolu videolar çəkən, Azərbaycandakı müəyyən insanları ləkələməyə cəhd edən insanları İnterpol vasitəsilə axtarışa verib, onları cəzalandıra bilərlər. A.X.Əbilovun fikrincə, bu insanlara nəhayət ki, söyüşün, təhqirin ikibaşlı olduğu izah edilməlidir. “Çünki illər keçdikcə, onlar ağıllanmırlar. Ona görə də onlara qarşı tədbirlər görülməlidir. Biz onların davranışlarını pisləyirik” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ