Cümə günü, 13 noyabr 2026
     

Tanınmış alim, nəcib insan - Eldar Məmmədbəyli...

Image


AMEA Neft-kimya Prosesləri İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor Məmmədbəyli Eldar Hüseynqulu oğlunu istedadlı kimyaçı alim kimi 30 ildən artıqdır ki, tanıyıram. Lakin onunla şəxsi tanışlığımız mənin AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  işləməyə başladığım 2014-cü ildə baş verib.

Həmin dövrdə Eldar müəllimin bizim institutun əməkdaşları ilə sıx elmi əlaqələri var idi. O, professor Sərdar Zeynalovun rəhbərlik etdiyi laboratoriya ilə tərkibində halogen saxlayan norbornen sırası yeni efirlərin sintezi və polimerlərə əlavələr, plastifikator, SRB-yə qarşı bakterisid kimi xassələrinin öyrənilməsi sahəsində birğə elmi işlər aparırdı. Eldar müəllim eyni zamanda professor Gülməmməd Süleymanov və əməkdaşları ilə birlikdə ferrosen və simantrenin, birli, ikili və tsiklik karbinolların, onların bəzi amin törəmələrinin sintezi, xassələrinin öyrənilməsi sahəsində tədqiqat səmərəli tədqiqat işləri aparırdı. Bu tədqiqatlar nəticəsində sintez olunmuş birləşmələr bioloji aktiv maddələr, dizel yanacaqları üçün tüstüazaldıcı və benzin fraksiyasının demerkantanizasiya üçün komponent kimi sınaqdan keçirilib və yüksək nəticələr əldə olunub. Hazırda o, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərlik etdiyi laboratoriya ilə birlikdə yeni bioloji aktiv maddələrin sintezi və xassələrinin öyrənilməsi sahəsində birgə tədqiqatlar aparır.

  • Professor E.H. Məmmədbəyli akademik, AMEA-nin vitse prezidenti Tofiq Nağıyev (soldan) və Məhəmməd Babanlı (sağdan) ilə birlikdə

Mənim, prof. Eldar Məmmədbəylinin elmi nailiyyətləri və şəxsi keyfiyyətləri ilə daha yaxından tanış olmağımda Gəncə Dövlət Universitetində keçirilən ənənəvi “Müasir təbiət elmlərinin aktual problemləri” Beynəlxalq elmi konfransının böyük rolu olub. GDU-nin rektoru, mənim yaxın dostum və tələbə yoldaşım prof. Yusif Yusibovun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olması münasibəti ilə hər il may ayının ilk on günlüyündə keçirilən bu konfrans Respublikamızın təbiət elmləri sahəsində çalışan tədqiqatçıların, o cümlədən kimyaçıların iştirak etdiyi və yüksək səviyyədə təşkil olunan mötəbər elmi tədbirlərdən biridir. Eldar müəllim, bir qayda olaraq, bu konfransa dəvət olunur və onun işində çox fəal iştirak edir. Kimya bölməsinin iclaslarında onun təqdim etdiyi məruzələrinin mövzusu həmişə aktual, müasir və diqqətçəkən olur. Bu məruzələrdə o, yeni yüksək təsirə malik bioloji aktiv maddələrin sintezi, asimmetrik sintez, Azərbaycanın yeni quru və dəniz yataqları neftlərinin optiki aktivliyinin tədqiqi və s. sahələrdə apardığı tədqiqatların nəticələrini təqdim edir, çıxışları həmişə maraqlı və canlı olur. Elmi çıxışlardan başqa Eldar müəllim konfransın mədəni tədbirlərində də fəal iştirak edir və bu, iştirakçılar tərəfindən rəğbətlə qarşılanır.

Ümumiyyətlə, Eldar müəllim Respublikamızda və xaricdə keçirilən bir çox nüfuzlu elmi konfranslarda neft kimyasına, üzvi kimyaya dair maraqlı məruzələrlə çıxış etmişdir.

  • E.H. Məmmədbəyli Rusiya Elmlər Akademiyasını akademiki İrina Petrovna Beletskaya ilə  birlikdə

Bunlardan əlavə mən prof.Eldar Məmmədbəylinin elmi işləri ilə AMEA Kimya Bölməsinin və “Kimya üzrə Koordinasiya Şurasının” iclaslarında da tanış olmuşam. Onun doktorant və dissertantlara təklif etdiyi elmi mövzular həmişə aktual olur və müasir çağırışlara cavab verir.

Eldar müəllim AMEA-nın Rusiya Elmlər Akademiyasının (REA) ilə əməkdaşlığında da fəal iştirak edir. O, 2005-ci ildə AMEA Neft-kimya Prosesləri İnstitutunun (NKPİ) REA-nın Elementüzvi Birləşmələr (EÜBİ) və Kimyəvi Fizika İnstitutları (KFİ) ilə bağladığı ikitərəfli elmi-texniki saziş və müqavilələrin koordinatoru və məsul icraçısı olub.

Bu Saziş və müqavilələrə əsasən həmin institutlarla asimmetrik sintez, neftlərin optiki aktivliyinin öyrənilməsi, sənaye bitkilərinin mikrokapsullaşdırılma üsulu ilə məhsuldarlığının artırılma sınaqları sahəsində birgə tədqiqat işləri aparılıb. Hazırda AMEA NKPİ-nin və REA EÜBİ-nin arasında 2018-ci ildə bağlanmış beşillik müqavilə əsasında prof.E.Məmmədbəylinin və prof. K.Koçetkovun rəhbərlik etdikləri laboratoriyaların əməkdaşları tərəfindən yeni yüksək təsirli bioloji aktiv birləşmələrin alınması və xassələrinin öyrənilməsi sahəsində birgə elmi işlər davam etdirilir. Aparılan tədqiqat işlərinin nəticələri nüfuzlu jurnallarda birgə məqalələrdə dərc edilir və konfranslarda məruzə edilir.

  • EÜBİ-nin direktoru, akademik Yuriy Nikolayeviç Bubnovla

Qeyd etmək istəyirəm ki, professor E.Məmmədbəyli Respublikamızda asimmetrik sintez sahəsində sistemli şəkildə çalışan ilk azərbaycanlı alimdir. Onun REA EÜBİ-nin nəzdindəki İxtisaslaşmış Şurada müdafiə etdiyi namizədlik dissertasiyası və BDU-nun nəzdindəki Dissertasiya Şurasında müdafiə etdiyi doktorluq dissertasiyası bütövlükdə asimmetrik sintez problemlərinə həsr olunub. Hələ 1976-cı ildə o, NKPİ-nin Sumqayıt filialının (indiki Polimer Materialları İnstitutunun) direktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvi Mustafa Məhəmməd oğlu Hüseynovun rəhbərliyi ilə asimmetrik dien sintezinin prinsipcə yeni variantını təklif edib və xiral katalizatorun iştirakı ilə bu reaksiyanın aparılmasını həyata keçirib.

Sonrakı illərdə  bu sahədə yapon  (K.Kopa və b., 1979) və amerika (V.R. Rouşet və b., 1982) alimləri tərəfindən Eldar müəllimin bu işləri  prioritet kimi qəbul və inkişaf etdirilib. Daha sonra bu işlərə dünyanın bir sıra aparıcı alimlərinin əsərlərində istinadlar  edilib (Y.Mori, 1982; M.Noqradi, 1989; K.Narasaka, 1991; H.V. Kaqan, V.D. Riant, 1992 və s.).

REA-nın görkəmli kimyaçı alimləri: “Jurnal Opqaniçeskoy Ximii” jurnalının baş redaktoru, MDU-nun professoru, akademik İ.P. Beletskaya, uzun müddət EÜBİ-nin direktoru işləmiş akademik Y.N. Bubnov, KFİ-nin laboratoriya müdiri, professor R.Q .Kostyanovski və başqaları Eldar müəllimin elmi işlərinə yüksək qiymət veriblər.

Geniş intellektə, müasir dünyagörüşünə malik, yüksək ixtisaslı mütəxəssis olan prof.Eldar Məmmədbəyli üzvi kimya, neft kimyası, asimmetrik sintez, sulfatreduksiyaedici bakteriyalar əleyhinə antimikrob maddələrin sintezi və xassələrinin tədqiqi sahəsində özünəməxsus elmi istiqamət yarada bilib. Hazırda o, bu istiqamətdə fəal tədqiqatlarını uğurla, gənclik həvəsi ilə davam etdirir. Onun elmi fəaliyyətinin nəticələri 470-dən çox elmi əsərdə, o cümlədən 13 müəlliflik şəhadətnaməsində və patentdə öz əksini tapıb. Əsərlərinin böyük bir qismi nüfuzlu beynəlxalq jurnallada - “Jurnal Opqaniçeskoy Ximii”, “Jurnal Obhey Ximii”, “Jurnal Prikladnoy Ximii”, “Neftiximiə”, “İzvestie AN SSR”, “Jurnal analitiçeskoy ximii”, “Kataliz v promışlennosti”, “Tetrahedron”, “Green Chemistry” və s. dərc edilib. Eldar müəllim, elmi əsərlərlə yanaşı, Respublika mətbuatında vaxtaşırı elmi-kütləvi məqalələrlə də çıxış edir.

Eldar müəllim yüksək ixtisaslı kimyaçı kadrların yetişdirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 6 fəlsəfə doktorluğu və 3 elmlər doktorluğu dissertasiya işi yerinə yetirilib və uğurla müdafiə edilib. O, həmçinin, bir çox dissertasiya işlərinin rəsmi opponenti olub.

  • E.H. Məmmədbəyli, soldan sağa AMEA-nın müxbir üzvü, prof Yuriy Litvişkov, prof. Konstantin Koçetkov, akademik Toğrul Şahtaxtinski, akademik Musa Rüstəmov və prof. Gülməmməd Süleymanov ilə birlikdə

Prof. Eldar Məmmədbəyli AMEA NKPİ-nin Elmi Şurasının, həmin institutun nəzdindəki  Dissertasiya Şurasının, “Azərbaycan Əczaçılıq və Farmakoterapiya”, “Neft-kimya prosesləri və neft emalı” jurnallarının redaksiya şurasının üzvüdür.

Bu yazıda mən Eldar müəllimi bir tədqiqatçı alim kimi təqdim etməyə çalışdım. Sonda onun bir insan kimi şəxsi keyfiyyətlərini də qeyd etməyi özümə borc bilirəm. O, olduqca sadə və təvazökar bir insandır, insanlarla asanlıqla ünsiyyət qura bilir. Bununla yanaşı, sözünü açıq deyə bilən xarakterli bir insandır. Vətənini, millətini, müstəqil dövlətimizi çox sevir, torpağa, el-obaya ürəkdən bağlıdır. Elə bu səbəbdən poeziyanı, aşıq sənətini, sazı-sözü çox sevir. Onun bir çox məclislərdə qəlbəyatan çıxışları, əzbərdən dediyi şeirlər xoş qarşılanır. Dostların, tanışların tədbirlərində yaxından iştirak edir, çox maraqlı həmsöhbət və yaxşı yol yoldaşıdır. Gözü, könlü tox adamdır.

Eldar müəllimin yüksək keyfiyyətlərindən biri də onun soykökünə, ailəsinə ürəkdən bağlı bir insan olmasıdır.

Nobel mükafatı laureatı akademik Pyotr Kapista deyirdi ki, görkəmli alimin böyük insan olması mütləq deyil, amma böyük insan olmayan şəxs görkəmli müəllim ola bilməz. Eldar müəllimin tələbələri və yetirmələri ilə qurduğu mehriban və xoş ünsiyyət onun əsl müəllim olmasını göstərir.

Ömrünün 50 ildən çoxunu elmə həsr etmiş bu fədakar insan hazırda həyatının 80-ci ilini yaşayır. Yaxınlarda 2021-ci ilin yanvarının 22-də onun səksən yaşı tamam olur. Mən şəxsən öz adımdan və çoxsaylı dostları olan institutumuzun kollektivi adından Eldar müəllimi bu münasibətlə ürəkdən təbrik edir, ona can sağlığı, uzun sağlam ömür və bir gənclik eşqilə elmi fəaliyyətini davam etdirməyi arzulayıram.

Məhəmməd BABANLI
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini,
kimya elmləri doktoru, professor
AMEA-nın müxbir üzvü 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ