Ağstafalı oxucularımızın verdiyi daha bir həyəcanlı xəbər pərakəndə siqaret satışı ilə bağlıdır. Vətəndaşlardan biri özünün kiçik dükan işlətdiyini bildirir və deyir ki, topdansatış bazarları rayonda bizə məcburi qaydada “Maqna” siqaretləri üstündə “Vikeroy”, “Bakı” siqaretləri üstündə isə “Arqo” siqaretləri verirlər.
Vətəndaşın dediyinə görə, “Maqna” və “Bakı” siqaretləri yaxşı satılır, lakin “Vikeroy” və “Arqo” siqaretləri yaxşı satılmadığı üçün ziyana düşür.
Zahirən xırda problem kimi görünə bilər. Ancaq aydın görünür ki, istehlakçıların istəmədiyi siqaretlər inhisarçılıq qaydasında insanlara sırınır. İnsanlar hansısa siqareti istəmədiyi halda, həmin siqaret onlara niyə məcburən satdırılmalıdır?!
Güman edirik ki, müvafiq vergi və antiinhisar qurumları vətəndaşın qaldırdığı məsələdə inhisarçılıq və haqsız rəqabət qanunsuzluqlarının olub-olmadığını araşdıracaqlar.
Namiq QULİYEV