Ağstafa şəhərindən bir oxucumuz redaksiyaya bildirib ki, şəhərin “Köhnə pojarnı” deyilən məhəlləsində sahibsiz və quduz itlərin əlində qalıblar.
Vətəndaşın sözlərinə görə, hətta ötən həftə itlər onun ailə üzvlərindən bir uşağı qapıb. Səhər vaxtı və axşam düşəndən sonra itlərin daha təhlükəli olduğu deyilir. Rayon sakinləri ümid edirlər ki, “Bakı-Xəbər”də bu problem işıqlandırılsa, İcra Hakimiyyəti həll yolu tapacaq.
Elə isə söz Ağstafa Rayon İcra Hakimiyyətinindir.
Namiq QULİYEV