Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda koronavirusla mübarizəni qeyri-ciddiliklə lağlağıya çevirənlər...

Image


Məzmunundan asılı olamayaq, ciddi və gərəkli bir işin lağlağıya çevrilməsi müsbət qəbul edilmir. Xüsusən də insanların əsəblərinin tarıma çəkildiyi, psixoloji gərginlik keçirdiyi pandemiya dövründə. Bu gün dövlət pandemiya ilə mübarizə çərçivəsində ən müxtəlif tədbirlər keçirir. Məqsəd də insanları koronavirusun cəngindən xilas etməkdir.

Karantin rejiminin idarə olunmasını həyata keçirən, karantinin sərtləşdirilməsi, yaxud yumşaldılması barədə epidemioloji vəziyyətə uyğun qərarlar qəbul edən Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti, bu qurumda təmsil olunan təşkilatların rəhbərləri və təmsilçilərinin fəaliyyətinin qaralanması, əlbəttə, yolverilməzdir.

Operativ Qərargah fəaliyyətə başladığı gündən indiyə qədər orada təmsil olunan insanların mənfi obrazını əks etdirən videoroliklər, “prikol” videoları yayılmaqdadır. Bu rolikləri hazırlayanlar guya bunu satirik nöqteyi-nəzərdən etdiklərini, insanlarda “gülüş yaratmaq” istədiklərini qeyd edirlər. Müxtəlif xarici filmlərin personajlarının görüntülərindən istifadə etməklə və o kadrlara xüsusi hazırlanmış mətnlər, səsləndirmələr əlavə etməklə Operativ Qərargahın təmsilçilərinin “dili ilə danışırlar”. Hətta bu videoçarxlarda faşizm lideri Adolf Hitlerin də görüntüsünü əks etdirən kadrlardan istifadə edilib. Bu şəxslər həmin süjetləri hazırlayaraq sosial şəbəkələrdə, “YouTube” kanalında yayımlayırlar. 

Bu gün Operativ Qərargahın iclaslarından satirik süjetlər hazırlayan bloger də məlumdur.  

Bütün hallarda, bu cür videoroliklərin “satira” adı altında ictimaiyyətə təqdim edilməsinin özü cəmiyyətdə birmənalı qarşılanmır. Operativ Qərargahın verdiyi qərarlara bu cür qeyri-ciddi don geydirməsinə münasibət birmənalı deyil. Ən azından, bu, xalqın, dövlətin taleyi ilə bağlı mühüm qərarlar qəbul edən bir quruma qarşı qarayaxmadır.

Yadınıza salaq ki, bir müddət əvvəl də koronavirus infeksiyasının özündə “yalan olması”nı əks etdirən kiçik prikol videoları yayılırdı və bəzi vətəndaşlar da bu roliklərin mahiyyətinə varmadan onları təbliğ edirdilər.

Ekspertlər qeyd edirlər ki, “satira” adı altında təqdim edilən  belə videoroliklər, əslində, Operativ Qərargahın işinə inamsızlıq aşılayır. Onların fikrincə, xalqın, dövlətin inamını qazanan və bu istiqamətdə yorulmadan fəaliyyət göstərən Operativ Qərargahla bağlı belə “satirik” süjetlərin çəkilməsi ilk baxışdan keçici təsir bağışlasa da, əslində, heç də belə deyil. Belə “satirik” videoçarx çəkənlər xalqda inamsızlıq yaratmaqla yanaşı, həm də bununla obrazlar məntiqsiz gülüş yaratmaq istəyirlər. Hər şeyin bir məntiqi olmalı olduğunu deyən ekspertlər hesab edirlər ki, belə videoçarxların sosial mediada, kütləvi informasiya vasitələrində, “Youtube”də yayımlanması müsbət hal deyil.

Bunu Azərbaycan hökumətinin pandemiya ilə mübarizə tədbirlərinə təxribat kimi qiymətləndirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, belə videoçarx çəkənlərin məqsədi görülən işlərə kölgə salmaq və əhalidə inamsızlıq, ümidsizlik yaratmaqdır. R.Zeyni hesab edir ki, bu məsələdə Operativ Qərargahın seçilməsi və onun barədə bu cür “satirik” videoçarxlar çəkilməsi təsadüfi deyil. “Ümumiyyətlə, Nazirlər Kabineti yanında Operativ Qərargah cənab Prezident tərəfindən pandemiya ilə mübarizəyə görə yaradılıb. Bilirik ki, dövlət pandemiyanın qarşısının alınması üçün bütün mümkün imkanlarını səfərbər edib. Təbii ki, iş olan yerdə nöqsanların, müəyyən problemlərin olması qaçılmazdır. Bu nöqsanların aradan qaldırılmasında da həm vətəndaş cəmiyyəti, həm qeyri-hökumət təşkilatları, həm media, həm sosial şəbəkə istifadəçiləri, həm də ziyalılar yaxından iştirak edirlər. Sadə vətəndaşlardan tutmuş, həkimlərə, mütəxəssislərə qədər hər kəs öz təkliflərini verir. Bütün bunlar Operativ Qərargahın öz işini daha mükəmməl, daha peşəkar səviyyədə təşkil etməsi üçün böyük faydaya malikdir.

Əlbəttə, tənqidlə bağlı belə bir fikir var: “İşləməyəni, fəaliyyəti olmayanı heç kəs tənqid etmir”. Demək, Operativ Qərargah fəaliyyət göstərir ki, onun fəaliyyəti ilə bağlı müxtəlif fikirlər yaranır. Təbii, pandemiya, eləcə də bir müddət əvvələ qədər ölkəmizdə mövcud olan sosial təcrid insanların psixologiyasına mənfi təsir edib. Biz bunu sosial şəbəkələrdə də müşahidə edirik.

Bu videoçarxları çəkib adını “satirik prikol” qoyanların, əslində, hədəfi Operativ Qərargah deyil, Azərbaycan hakimiyyətidir. Bu adamlar dövlətimizin həyata keçirdiyi uğurlu antipandemiya siyasətinə qara yaxmaq, onu gözdən salmaq məqsədi güdürlər. Onlar bu qara niyyətlərini həyata keçirmək üçün Operativ Qərargahdan, QHT-lərdən, mediadan və sair mövcud elementlərdən istifadə edirlər, dövlət hakimiyyətinin fəaliyyətinə, gördüyü işlərə mənfi təsir göstərmək, ona kölgə salmaq istəyirlər. Burada da məqsəd əhalidə inamsızlıq yaratmaq, onların narahatlığını artırmaqdır. Bu isə yolverilməzdir. Qara piar kampaniyası aparanlar dövlətin gördüyü işlərə kölgə sala bilməz. Dövlət qurumunun fəaliyyətini məshəkəyə, lağlağıya çevirmək həyat kredosu deyil, bunun üçün yaşamağın mənası yoxdur” - deyə R.Zeyni bildirdi.

Ekspertin fikirlərindən belə qənaətə gəldik ki, sözügedən videoçarxları çəkən adamların məqsədi dövlətin antipandemiya siyasətini əhalinin gözündən salmaq və əhalidə bu tədbirlərin perspektivinə inamsızlıq yaratmaqdır. Bununla belə, ekspert hesab edir ki, onların bu cəhdləri alınmayacaq.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ