Məktəblərin bağlı olması hər birimizi narahat edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev deyib: "Bir valideyn olaraq bu məsələ məni də narahat edir. Uşaqlar evdə qalma şəraitində kompüter oyunlarına maraqları daha da artır. Ən yaxşı halda televizorda multikasiya filmlərinə baxırlar, əks halda kompüter oyunlarına alüdəlik artmağa başlayır. Öz sinif yoldaşlarını görə bilmirlər. Burada uşaqlara təsir edən psixoloji məqamlar da var.
Bu bütün dünyanın üzləşdiyi bir bəladır. Tədrisin bərpası məsələsində epidemioloji vəziyyət əsasdır".
Təhsil müəssisələrinin bərpası ilə bağlı konkret vaxt yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, konkret vaxt da demək çox çətindir: "Çünki bilavasitə epidemioloji vəziyyətlə bağlı olan məsələdir. İnsanların ən çox cəmləşdiyi yerlərdən biri də tədris müəssisələridir. Kütləvilik, yaxın təmaslar burada çox böyükdür. Bütün bu amillər vacib şərtlərdir".
H.Hacıyev bildirib ki, geniş ictimaiyyətin diqqətində olan tədrisin bərpası kompleks şəkildə araşdırılır və öyrənilir.
Onun sözlərinə görə, bu məsələ geniş formada araşdırılır, dünya təcrübəsi izlənilir: "Bununla əlaqədar fikirlər Təhsil Nazirliyi tərəfindən valideynlərin, ekspertlərin hətta şagirdlərin iştirakı ilə müzakirə olunur. Hazırda təhsilin bərpası barəsində qərarla bağlı danışmaq tez olardı.
Qeyd etmək istərdik ki, tədrisin başladılması birbaşa epidemolii vəziyyətlə bağlı olan bir məsələdir. Qonşu ölkələrin də bununla bağlı təcrübələri öyrənilir".